Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3854/2018 21.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3854/2018 şəhəri 21 may 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(104)677/2018 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin (hakim A.Mahmudov) 19.10.2017-ci il tarixli 2(044)-591 1/2017 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddiası təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 07.05.2014-cü il tarixli 243 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh3 12.088,38 manat əsas borc, 691,04 manat faiz olmaqla, cəmi 12.779,42 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 28.000 manata qiymətləndirilmiş Gəncə şəhəri *************************** nömrəli mənzilinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına 12.088,38 manat əsas borc, 691,04 manat faiz olmaqla, cəmi 12.779,42 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti artıq olduqda isə qalan pul məbləğinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan əmlak Gəncə şəhəri ************************ nömrəli mənzilinin satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, Ç.Məmmədov) 17.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.10.2017-ci il tarixli qətnaməsi - Cavabdeh3 münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili X1 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə 14.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 07.05.2014-cü il tarixli 243 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 07.05.2014-cü il tarixli 243 nömrəli kredit m üqaviləsi üzrə borcun əsas hissəsindən qalan 12.088,38 manat, faiz hissəsindən ödənilməmiş qalan 691,04 manat olmaqla, cəmi 12.779,42 manat, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, bu tutulmanın təminat kimi 07.05.2014-cü il tarixli 193 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş, Cavabdeh1 məxsus Gəncə şəhəri ************************ nömrəli mənzilinə yönəldilməsi, bu fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına keçirilməsi, Gəncə şəhəri **************************** nömrəli mənzili satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəb ul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi, Cavabdeh3 və vəkili X1 oğlu, digər Cavabdeh1 məhkəmə icl asına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.10.2017-ci il tarixli qətnaməsinin - Cavabdeh3 münasibətdə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 07.05.2014-cü il tarixli 243 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borc alan Cavabdeh3 illik faiz dərəcəsi 6 % olmaqla 36 ay müddətinə 14.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 07.05.2014-cü il tarixli 193 nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə borc alan Cavabdeh3 arasında bağlanmış 07.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri *************************** nömrəli mənzilini "xxxx" ASC-nin qarşısında 36 ay müddətində ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 28.000 manat qiymətləndirilmişdir. İpoteka müqavilə si 08.05.2014-cü il tarixdə təsdiq edilmiş, 16.05.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borcalanın kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu yaranmışdır. İpoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayr ı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozul ması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotek a saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yö nəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinəəsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdi r. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci i l tarixli 2(104)-677/2018 nömrəli qətnaməsi - Cavabdeh3 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-3854/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3854/2018
21.05.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver