Məhkəmə qərarları › İş №2(102)-3857/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3857/2019

17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3857/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-440/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 18 oktyabr 2018-ci il tarixli, 2(004)-4543/2018 saylı q ətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, *************** nömrəli, 09.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3649,39 ABŞ dolları əsas borc, 1822,10 ABŞ dolları faiz borcu, 90 ABŞ dolları cərimə borcu, cəmi 5561,49 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı İKB-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İKB-nin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada ödənilməmiş 3649,39 ABŞ dolları əsas borc, 3125,32 ABŞ dolları faiz borcu, 928,53 ABŞ dolları cərimə borcu, cəmi 7703,24 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı X1 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(004)-4543/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilərək məhkəmə əmri çıxarılmışdır. Borclu Zamin məhkəmə əmrinə etiraz verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(004)-4543/2018 say lı məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(004)-4543/2018 saylı qərardadı ilə etiraz təmin olunmuş və Yasamal rayon məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(004)-4543/2018 saylı məhkəmə əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı İKB ilə Cavabdeh arasında bağlanılmış *************** nömrəli, 09.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB tərəfindən borc alana illik 27 faizlə, 24 ay müddətinə 19000 ABŞ dolları kredit verilmiş, eyni zamanda kredit müqaviləsinin təminatı olaraq bankla Zamin arasında zaminlik bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. Lakin borclu tərəfindən kredit müqavilənin şərtlərinə əməl edilməmiş, üzərinə düşən öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsinin qüvvədə olma tarixindən sonra sonra cavabdeh tərəfindən banka müəyyən ödənişlər edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı İKB ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Faiz borcu öhdəlik tam icra edilənə kimi h esablanmalıdır. Məhkəmə cərimə borcunu həddindən artıq azaltmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi İddiaçı İKB ASC-nin kassasiya şikayətinə əsasən mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin e dilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə çıxarılmış qətnamələri iddiaçı bank yalnız iddia tələbinin təmin edilməyən faiz və cərimə hissələrini mübahisləndirir. Cavabdehlər qətnamədən apellyasiya və kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı İKB ilə Cavabdeh arasında bağlanılmış, 09.12.2014-cü il tarixli, *************** saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehə 27 faizlə, 24 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda verilmiş kreditin təminatı olaraq A6 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə ic ra edilməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. 09.12.2016-ci il tarixli maliyyə arayışına əsasən borclunun *************** nömrəli, 09.12.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən banka 5099,39 ABŞ dolları əsas borc, 1822,1 ABŞ dolları faiz borcu, 433,34 ABŞ dolları cərimə borcu, cəmi 7354,83 ABŞ dolları məbləğində borcu olduğunu iddia edir. 16.04.2018-ci il tarixli maliyyə arayışına əsasən borclunun *************** nömrəli, 09.12.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən banka 3649,39 ABŞ dolları əsas borc, 3125,32 ABŞ dolları faiz borcu, 928,53 ABŞ dolları cərimə borcu, cəmi 7703,24 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 19574 saylı, 25.08.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh *************** nö mrəli, 09.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 09.12.2016-cı il tarixə yəni, kredit müqaviləsinin qüvvədə olduğu müddətə əsas borcu üzrə 5099,39 ABŞ dolları, faiz borcu üzrə isə 1822,10 ABŞ dolları, 16.04.2018-ci il tarixə 3649,39 ABŞ dolları əsas, 3125,32 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsaəsn müəyyən etmişdir ki, İddiaçı İKB ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi la zımınca icra etmədiyi üçün zamin A6 cavabdeh borcalan Cavabdeh məsuliyyətini öz üzərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 3649,36 ABŞ dolları əsas, 1822,10 ABŞ dolları faiz, MM-nin 467-ci maddəsinə əsasən azaldılmış 90 ABŞ dolları cərimə borcunun tutulması ilə bağlı gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Öhdəliklər icra edilənədək faiz borcunun hesablanması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kre ditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna mal ikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qərardan göründüyü kimi, iddiaçı bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə iddiaçı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, müqavilə müddətindən sonrakı dövr üçün də müqavilə ilə müəyyən edilmiş faiz məbləği ilə borc hesablanmasını tələb edir. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yal nız vurulmuş zərər qismində illik 5 % məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. Dəbbə borcunun azaldılması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin dəbbə pulunun azaltması Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilmədən Bakı Ap ellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-440/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi İddiaçı İKB ASC-nin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar