Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3858/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1426/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh və ya Borclu) arasında bağlanmış 18 iyul 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bankla Borclu arasında bağlanmış 06.03.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən Bank Borcluya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 12000 ABŞ dolları məbləğində kredit vermişdir. 13.05.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SA sazişə əsasən 06.03.2015-ci il tarixdə bağlanmış kre dit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Bankla Borclu arasında razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği 13.01.2016-cı il tarixdən aylıq 1,75% dərəcə ilə faizlər hesablanmış, kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 135,96 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. 21.02.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SB sazişə əsasən 06.03.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Bankla Borclu arasında razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış faizlər 21.02.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2113,03 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra, yenidən 31.08.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SC sazişə əsasən 06.03.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Bankla Borclu arasında razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış faizlər 31.08.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2833,75 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında müvafiq olaraq 18.07.2008ci il, 13.01.2010-cu il və 03.09.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Bankın xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6119,05 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu kreditor qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən tələb olunan məbləğdə borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31709 saylı, 28.02.2020-ci il tarixli ekspert rəyinə əsasən Borclunun Banka 06.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.07.2018-ci il tarixə 8299,05 ABŞ dolları əsas, 3663,86 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – bi rinci instansiya məhkəməsi) 2(001)-623/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, 06.03.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsas və faiz borcunun cəmi ilə ekspertiza tədqiqatı nəticələrini müqayisə edərək borcalanın kredit razılaşması üzrə tələb ediləndən 374.17 ABŞ dolları daha az b orcu olduğunu müəyyən etmiş, qeyd etmişdir ki, iddiaçı əsas və faiz borcu üzrə cəmi 5396.37 (4878.44+517.93) ABŞ dolları tələb edir, ekspertiza tədqiqatı nəticəsinə əsasən isə əsas və faiz borcunun cəmi 5022.2 (8299.05+3663.86-6940.71=5022.2) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, 374.17 ABŞ dolları iddiaçının tələb etdiyi əsas borcdan çıxılmalı və yekun olaraq Cavabdeh1 06.03.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla Banka olan borcu əsas borc üzrə 4504.27 (4878.44-374.17=4504.27) ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları müəyyən edilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cərimə məbləği endirilməli və 100 ABŞ dolları müəyyən edilməlidir. Kredit borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4n arasında 3 zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun 18 iyul 2008-ci il tarixli 01L000001177 saylı Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 1 kredit razılaşması və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında 3 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zaminlərin razılığı alınmamışdır. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Məhkəmə qeyd etmişdir ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının dəyişdirilməsi ilə bağlı sazişlər isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin sazişlər bağlanarkən zaminlər in razılığı alınmalı olduğu halda onların razılığı alınmamışdır, belə halda məhkəmə hesab etmişdir ki, hər üç zaminin öhdəliyinə xitam verilməli, əsas borclu öhdəliyini lazımınca icra etmədiyindən kreditor qarşısında özü məsuliyyət daşımalı, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 439, 442, 443.1, 448, 462.1, 463.1, 465.2, 467, 470.1, 472, 477, 739.2, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-c ü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1426/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq 06.03.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.2 7 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 Banka 06.03.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları borcu vardır. Kredit borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı Məh kəmə kollegiyası qeyd etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) 31.05.2018-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun 11 oktyabr 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, həmin Qərardada əsasən Plenumun 2018-ci il 31 may tarixli və 2019cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvv əyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq 18.07.2008-ci il və 06.03.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə iddiaçı arasında ayrıayrılıqda zaminlik müqavilələri müvafiq olaraq 03.09.2013-cü il, 18.07.2008-ci il və 13.01.2010-cu il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə 09.10.2019-cu il tarixində (iddia ərizəsinin məhkəməyə göndərilmə tari xi) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Beləliklə, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməli, həmçinin digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 da iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri üzrə iddiaçı qarşısında məsuliyyət daşımalıdırlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasi ya şikayətinin dəlilləri Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və onun zaminliyinə xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassatora aid hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, kredit xətti müqaviləsindən sonra 1 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında 3 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağla narkən kassatorun zamin kimi razılığı alınmamışdır. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Zaminlik müqaviləsi kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının dəyişdirilməsi ilə bağlı sazişlər isə kredit müqaviləsinin müddətini uzadaraq zaminin məsuliyyətinin artmasına gətirib çıxartmış, apelyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və c avabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh4 tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı yalnız iddia tələbinin həmin cavabdehə qarşı təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icra nı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olara q pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli Qərardadı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndi rilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1426/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin Cavabdeh4 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.