Məhkəmə qərarları › İş №2(102)-3858/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3858/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3858/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan "xxxx" Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-3858/2*22 Açar sözlər: kredit borcu, müqavilənin mövcud olub-olmaması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan "xxxx" Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-635/2 *22 nömrəli iş üzrə 24 fevral 2*22-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 iyul 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Ləğv prosesində olan "xxxx" ASC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5518,36 ABŞ dolları əsas, 7915,26 ABŞ dolları faiz, 9522,13 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2*14-cü il tarixli qərarına əsasən hesablanmış 888,58 ABŞ dolları faiz olmaqla cəmi borcu 23844,33 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 3* manat tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi İddiaçı2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərlə 11 avqust 2*14-cü il tarixli kredit və zaminlik müqavilələri bağlanmış, lakin həmin müqavilələrin şərtlərinə əməl edilməmiş və borc öhdəliyiicra edilməmişdir.

3. Ağdam Rayon Məhkəməsinin 21 oktyabr 2*21-ci il tarixli, 2(*13)-1996/2*21 nömrəli qətnaməsi ilə (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim M.Ş.Niftəliyev) iddia rədd edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə kredit müqaviləsinin və zaminlik müqaviləsinin təqdim e dilməsi təklif olunsa da, sonuncu həmin sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlərlə 11 avqust 2*14cü il tarixli kredit və zaminlik müqavilələri bağlansa da, həmin müqavilələr onlarda saxlanmadığı üçün təqdim edə bilmirlər. Bundan baş qa, 11.*8.2*14-cü il tarixli kassa məxaric orderinin əsli olmasa da, kserosurəti mövcuddur ki, həmin orderlə də, borclu Cavabdeh1 Bank tərəfindən 127** ABŞ Dolları məbləğində kredit verilməsi öz təsdiqni tapır.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-635/2*22 nömrəli iş üzrə 24 fevral 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi),A.H.Hüseynzadə və İ.T.Həsənov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə iddianın əsasını təşkil edən kredit və zaminlik müqavilə sinin və kassa məxaric orderinin əslinin təqdim edilməsi təklif olunsa da, sonuncu həmin sənədlərin mövcud olmadığını və təqdim edə bilmədiyini bildirmişdir. 1*. Apellyasiya şikayətinə əlavə edilən kassa məxaric orderinin kserosurətinə gəldikdə isə, həmin sənəd kserosurət olduğundan, Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinə əsasən, iddianın təmin edilməsinə əsas verən yazılı sübut kimi qiymətləndirilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2*22-ci il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 389.1, 399.1-ci və Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, Cavabdeh1 kredit ödənişləri etməklə iddiaçı Banka kredit borcunun olmasını etiraf etmişdir. Həmçinin kassa mədaxil orderlərinin əsli və kassa məxaric orderinin surəti və s. sübutlar kredit və zaminlik müqavilələri tapılmasa belə tərəflər arasında kredit münasibətlərinin mövcud olduğunu sübut edir. Məhkəmə bütün bu sübutlar əsasında ekspertiza təyin edərək cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliklərinin tam icra edilib-edilməməsini müəyyən etməli olsa da bunu etməmişdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 4*7.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməd iyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

28. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

29. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə borcun verilməsinin sübut etmə vəzifəsi borc verənin üzərinə düşür. 3*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 739.1, 739.2-ci maddələrinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə 11.*8.2*14-cü il tarixli kredit müqaviləsi üzrə 127** ABŞ Dolları məbləğində kredit verilməsi sübut olunmadığına görə, bununla da, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətləri yaranmadığına görə iddiaçının tələblərinin əsassız olması barədə gəlinən nəticə düzgündür.

32. İddiaçı məhkəməyə kassa məxaric orderinin surətini təqdim etmişdir, lakin həmin sənədlərin əsli bankda mövcud olmadığına görə həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilməz.

33. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

34. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

35. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şi kayəti üzrə 22 yanvar 2*13cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hü quq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 42*-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(1*4)-635/2*22 nömrəli iş üzrə 24 fevral 2*22-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar