Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-386/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X3 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-xxx/19) iddia təmin edilərək İddiaçı1, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhə ri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 19 saylı evin 103 saylı 5 otaqlı mənzilin açıq hərracda satılması, həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaitinin paylarına mütənasib olaraq 20/48 hissənin İddiaçı1, 4/48 hissənin İddiaçı2 ödənilməsi təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)xxx/19) Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmadığı məsələsinin müəyyən edilməsi üçün apell yasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Maraqlı şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə olan mənzilin açıq hərracda satılaraq əldə olunmuş pulun paylara mütənasib bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 19 saylı evin 103 saylı 5 otaqlı mənzilinin açıq hərracdan satılması və həmin mənzilin satışından əldə olunan vəsaitin 5/16 hissəsinin İddiaçı1 və 1/16 hissəsinin X2 ödənilməsi barədə müvafiq qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktlar ı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin d əlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini qeyrimümkün sayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş Maraqlı şəxs işə mahiyyəti üzrə baxılarkən işdə iştirak edən şəxs olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən Azərbaycan Respublikasının birinci i nstansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə g öndərilir (maddə 364). Sadalanan prosessual hüquq normalarından göründüyü kimi, əgər birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamə ilə hüquq və vəzifələrinə toxunulduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən etməli və bu barədə qərardad qəbul etməlidir. Bu məsələlər həll edilmədən hazırkı apellyasiya şikayətinin baxılmaq üçün göndərilməsi şikayəti vermiş şəxsin işdəki prosessual vəziyyətini qeyri-müəyyən edir, onun ümumiyyətlə, şikayət vermək hüququna malik şəxs olub-olmadığı məsələsi həll edilməmiş qalır. Bu mənada, hazırkı işin halları baxımından iş üzrə tərəf olmayan şəxs in verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, həmin şəxs qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınsın. MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə qəbul edilmiş qətnamənin apellyasiya şikayəti vermiş şəxsin hüquq və vəz ifələrinə toxunub-toxunmadığının müəyyən edilməsi üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 oktyabr 2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apel lyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-386/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-386/2020
21.01.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver