Məhkəmə qərarları › İş №2(102)-386/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-386/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-386/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mərkəzləşdirilmiş kredit reyestrindən məlumatların silinməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4755/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh ASC, İddiaçı illik 24 faiz dərəcəsi ilə 18 ay müddətinə 4000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən iddiaçının adına Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 814 əsas, 1505,42 manat faiz kredit qalıq məbləği göstərilmişdir. Həmin çıxarışda müqavilənin başlanılması tarixi xx.xx.2015-ci il, bitməsi isə xx.xx.2020-ci il göstərilmişdir.

3. İddiaçı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirdiyini, xx.xx.2015-ci il tarixli kredit müqaviləsini isə bağlamadığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), onunla Cavabdeh ASC arasında bağlanmış xx xxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, onunla Cavabdeh ASC arasında bağlandığı bildirilən bitmə tarixi xx xxxxxx 2020-ci il olaraq göstərilən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, mərkəzləşdirilmiş kredit reyestrindən onunla cavabdeh bank arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin mövcudluğu barədə yanlış qeydin, eləcə də onun cavabdeh banka borcunun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcu qalmamışdır, bu barədə sübutları banka təqdim etmişdir. Buna baxmayaraq mərkəzləşdirilmiş kredit reyestrində bağlamadığı müqavilə üzrə məlumatlar mövcuddur.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə götürülmüş kredit üzrə qalıq borc qaldığından və bank tərəfindən iddia müddəti ötürüldüyündən həmin kredit üzrə borc xx.xx.2015-ci il tarixdə balansdan silinmiş və balansdan kənarda təqibə alınmışdır. Bu zaman MKR-də borc sıfırlanmış və yeni tarixdən borc formalaşmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi səbəbindən tələbin rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməs inin (hakim P.Hüseynov) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2964/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı adına xx.xx.2015-ci il tarixli 198BSKİ153270006 saylı hesab nömrəsi üzrə rəsmiləşdirilmiş kredit məlumatlarının (məlumat təchizatçısı (“xxxx” ASC), kreditin qalıq məbləği 814 manat, faiz məbləği 1539,06 manat, kreditin verilmə tarixi xx.xx.2015, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2020, kreditin son müqavilə üzrə bitmə tarixi xx.xx.2020, faizlərin gecikdirildiyi günlərin sayı 923, sonuncu ödəniş tarixi xx.xx.2020, məqsədi fiziki şəxlərə istehlak kreditləri, əsas borcun gecikdirildiyi günlərin sayı 0) Azərbaycan Kredit Bürosundan silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin xxxx ASC-nin üzərinə qoyulması, iddianın digər hiss ədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən iddiaçının adına “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 814 manat kredit qalıq məbləği göstərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə iddiaçı ilə imzalanmış kredit müqaviləsinin mövcud olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı xx xxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğini tam ödədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və H.Əhmədovxx xxxx 2020-ci il tarixli, 2(103)-47 55/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətində qeyd olunan bü tün xüsusatlar üzrə hansı dəlillərə əsasən şikayətin təmin edilməməsi apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüquq unu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraci əti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən iddiaçının adına “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 814 manat kredit qalıq məbləği göstərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə iddiaçı ilə imzalanmış kredit müqaviləsinin mövcud olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir.

26. Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtləri baxımından borc müqaviləsi üzrə kreditor həmin müqavilədə nəzərdə tutulmuş məbləği və faizləri borcludan t ələb etmək üçün həmin pulu borcluya verdiyini sübut etməlidir. 27. “Azərbaycan Kredit Bürosu MMC-dən xx.xx.2019-cu il tarixli SF16/1733 saylı Çıxarışda İddiaçı kreditin verilmə tarixi xx.xx.2015-ci il olan müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 814 manat, faiz məbləği üzrə 1539,06 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. 28. “Azərbaycan kredit bürosuna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qə rarına əsasən aparılır.

29. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329.1, 331.1, 385.1, 386.1, 389.1 və 390.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı adına xx.xx.2015-ci il tarixli 198BSKİ153270006 saylı hesab nömrəsi üzrə rəsmiləşdirilmiş kredit məlumatlarının Azərbaycan Kredit Bürosundan silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsi “xxxx” ASC-nin üzərinə qoyulmalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdeh iddia müddətinin tətbiqinə dair xx.xx.2019-cu il tarixli ərizədə iddiaçı ilə Bank arasında xx xxx 2007-ci il tarixdə 18 ay müddətinə kredit müqaviləsinin bağlandığından iddia müddətinin axımının xx xxxxxx 2009-cu il tarixdə başladığını, xx xxxxxx 2012-ci il tarixdə başa çatdığını əsas gətirərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir, birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan müqaviləyə aid hissədə təmin etmədiyindən Məhkəmə kollegiyası həmin tələbə iddia müddətinin tətbiq olunması barədə məsələ üzrə əlavə araşdırma aparılmasına zərurət olmamasını hesab etmişdir.

31. Kollegiya bildirir ki, mərkəzləşdirilmiş kredit reyestrində şəxsin borcu barəsində olan məlumatlar kreditorla borclu arasında bağlanmış etibarlı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyə əsaslanmalıdır. Belə bir müqavilə bağlanmadığı halda, hər hansı (icra olunmamış) öhdəlikdən söhbət gedə bilməz. Mövcud olmayan müqaviləyə istinad edilməklə reyestrdə aparılmış qeydiyyat isə əsassızdır. Həmin məlumatlar borclu kimi göstərilən şəxsin mənafeyini pozduğu halda onların silinməsi tələb edilə bilər. Bu hal, kreditorun mövcud (bağlanmış) müqavilə üzrə icra edilməmiş öhdəliklərin həmin reyestrə daxil edilməsi üçün müraciət etmək imkanını aradan qaldırmır.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4755/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar