Məhkəmə qərarları › İş №2(102)-3860/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3860/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3860/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai ra yon Məhkəməsinin (hakim Ə.Abbasova) xx.xx.2019-cu il tarixli, 2(011)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilk qismən təmin edilərək,Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 23743 ABŞ dolları məbləğində əsas borc, 7421,30 ABŞ dolları məbləğində faiz borcu, 33,24 ABŞ dolları cərimə olmaqla, cəmi 31197,54 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 1-də yerləş ən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, ünvan 1-də yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilin, ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 31197,54 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, ilkin iddia tələbinin q alan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı İKB ASC-yə qarşı “kredit müqaviləsinə əlavə sazişin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı İKB ASC tərəfindən apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermi şdir. İşin halları: İddiaçı” İKB ASC Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 29740,62 ABŞ dolları əsas, 4717,33 ABŞ dolları faiz, 33,24 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 34491,19 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus Baki şəhəri, ünvan 1-də yerləşən, 3 otaqlı, 87.5 kv,m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılm ası və borcun Bakı şəhəri,ünvan 1-də yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh məxsus olan Bakı şəhəri,ünvan 1-də yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri,ünvan 1-də yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx. 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı İKB ASC-yə qarşı “kredit müqaviləsinə əlavə sazişin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı İKB ASC arasında xx.xx.2017-ci il tarixdə, xx.xx.2014-cü il tarixli, 3G-1-0746-14 saylı Kredit müqaviləsinə İstehlak (Təminatlı xüsusi şərtlər) Əlavə Sazişi etibarsız hesab edərək, xx.xx.2014-cü il tarixli, 3-G-1-0746-14 saylı ipoteka müqaviləsi və eyni tarixdə bağlanmış kredit müqaviləsi üzrə 28000 ABŞ dolları məbləğində kredit pulunun Bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0.78 manat hesablanaraq onun tərəfindən (köhnə qrafika üzrə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin borc məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol verilmişdir. Hesab edir ki, məhkəmə təkrar ekspertiza təyin etməli və ekspert rəyi təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə ə sasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin e dilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh (borcalan) ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya istehlak məqsədilə 60 ay müddətinə, xx.xx.2019-cu il tarixədək, illik 25% olmaqla 28000 ABŞ dolları məbləğində kredit verm işdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli 3-G-1-0- 746-14 saylı Kredit müqaviləsinə Əlavə Saziş”ə əsasən İddiaçı ASC ilə Cavabdeh xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 saylı Kredit müqaviləsi üzrə kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 30627,74 ABŞ dollar təşkil etdiyi, müqavilə üzrə 60 ay müəyyən edilmiş müddətin 125 ayadək uzadılması, kredit üzrə faizin 25 faiz deyil, 10,32 faizlə müəyyən edilməsi barədə razılığa gəlmişlər. Cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, ilkin iddia üzrə cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, bank Cavabdeh borcunu ödəməsini xatırlatmasına baxmayaraq sonuncu borcunu ödəmədiyindən, ilkin iddia üzrə iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş borcun məbləği işin faktiki hallarına uyğun olmuşdur. Belə ki, iş materi allarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 23376 saylı, xx.xx.2019cu il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 23743 ABŞ dolları və faiz borcu isə 7421,30 ABŞ dolları təşkil edir. Qeyd olunanlarla yanaşı apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbinin tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus Bakı şəhəri, ünvan 1-də yerləşən, 3 otaqlı, 87.5 kv,m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apelyasiya şikayətinin kredit borcu məbləğinin düzgün hesablanmamasından ibarət dəlilinə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas deyildir. Belə ki, iddiaçı borcun məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı apelyasiya baxışı zamanı da borcun düzgün müəyyən edilmədiyi, məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəyin qeyrimötəbərliyi barədə məhkəməyə barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müə yyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikd ə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqa viləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar