Məhkəmə qərarları › İş №2(102)-3860/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3860/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3860/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4546/2024 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı 155.000 manat (və ya hər iki tərəfin razılaşdığı məzənnə ilə, konvertasiya ediləndən sonra 100.000 ABŞ dolları ekvivalentində) borcu olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2017-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh pretenziya məktubu ünvanlayaraq 60000 dollar pulun 15 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

3. Mübahisə həmin müqavilə üzrə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “idd iaçı”) 18 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 102.000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 395 manat pulun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bu günədək borcundan 40000 ABŞ dolları ödəmişdir. Ən son borc xx.xx.2022-ci ildə ödənilmişdir.

6. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 439.1, 443.1 və449-cu maddələrinə istinad etmişdir.

7. Məhkəmə baxışında ddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı etimad münasibətlərindən yaranan bir neçə illik d ostluq əlaqələri olmuşdur. Onlar dəfələrlə birbirilərinə borc verib-alıb, biznes fəaliyyəti ilə məşğul olublar. Sonuncu dəfə 2015-ci ildə aralarında bağlanmış müqavilə üzrə 2022-ci ilin sonunadək ödənişlər edilib. Sonuncu ödənişlər isə “Zolotoya korona” ödəniş sistemi vasitəsi ilə edilib. Hazırda cavabdehin 60000 dollar borcu qalıb. İddiaçı dəfələrlə borc barədə qarşı tərəfə pretenziya məktubu göndərsə də, qarşı tərəf borcunu ödəməkdən yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

8. Məhkəmə baxışında cavabdehin nümayəndəsi və vəkili iddiya etiraz etmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında başlanılmış müqavilə yalan əqddir və iddiaçı ilə cavabdehin həyat yoldaşı arasında olan borc münasibətlərini p ərdələmək məqsədilə imzalandığından əhəmiyyətsizdir. Konsitutusiya Məhkəməsinin mövqeyinə görə müqavilədən irəli gələn mübahisələr üzrə işlərə baxarkən məhkəmə həmin əqdin etibarlılığına qiymət verməlidir. Etibarsız müqavilə üzrə öhdəliklərin icrasının tələb edilməsi qanunsuzdur. Məhkəmə belə qənaətə gəlsə ki, hazırkı iddianın predmeti olan müqavilə etibarlı əqdir, o zaman da, iddia müddəti tətbiq etməlidir. Belə ki, xx.xx.2025-c il tarixli müqavilənin 2.1-ci bəndinə görə borc xx.xx.2017-ci ilədək bütov şəkildə borc verənə qaytarılmalı idi. Mülki iş isə məhkəməyə xx.xx.2023-cü il tarixində təqdim edilib. Yəni iddia borcun qaytarılması üçün müəyyən edilmiş son müddətdən 6 il səkkiz aydan sonra qaldırılmışdır.

9. İddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiq olunması barədə ərizəy ə münasibətdə göstərmişdir ki, ərizə əsassızdır. Belə ki, iddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq borclunun öhdəliyinin icrasını humanistlik göstərərək tələb etməmişdir. “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcütan Respublikasından cavabdehin yaxın qohumu X2 tərəfindən xx.xx.2022-ci tarixdə 200 Amerika dolları və xx.xx.2022-ci il tarixdə 200 Amerika dolları, ümumilikdə 400 dollar, manat məzənnəsi ilə 680 manat pul köçürülmüşdür. Sözügedən şəxslərin hər iki tərəfin yaxın qohumları olması nəzərə alınarsa, yuxarıda göstərilən pul köçürmələri cavabdehin borcunu etiraf etməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya son dəfə xx.xx.20 22-ci il tarixdə borcun bir qismi ödənmişdir. Sonuncu ödəmə tarixinə əsaslanaraq Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri pozulmamışdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-246/24 saylı iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 102.000 (bir yüz iki min) manat məbləğində pulun və dövlət rüsmunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Təranə Mahmudova)

11. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdin etibarlılıq şərtlərini yoxlayaraq qeyd etmişdir ki, müqavilə üzrə etibarlılıq şərtlərinin pozulduğu müəyyən edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi qanunda nəzərdə tutulmuş formaya uyğun olaraq yazılı qaydada bağlanmış və notarial qayda da təsdiq edilmiş, müqavilənin bağlanması üçün hər iki tərəfin razılığı alınmış, müqaviləni imzalayan şəxslərin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması müəyyən edilmiş və bundan sonra notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi hazırki müqavilə üzrə etibarlılıq şərtlərinə əməl edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə göstərmişdir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə borcun qaytarılma müddə ti xx.xx.2017-ci il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2017-ci il tarixdən başlamışdır. Lakin iş materiallarında olan “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışlarda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcüstan Respublikasından cavabdehin həyat yoldaşı X2 tərəfindən 2022-ci il tarixdə müxtəlif pul vəsaitləri köçürülmüş, bununla da borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. İddiaçı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borc aldığı pulu iddiaçıya qaytarmaqdan yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunveri ciliklə ziddiyyət təşkil etməsin.

15. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi, iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337, 373, 377, 375, 376, 380, 385, 389, 406, 442, 448, 739, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müddətlər ərzində iddiaçı öz pozulmuş hüquqlarını tələb etmədikdə, bu hal qarşı tərəfin öhdəliyinin xitamına səbəb olur. Mülki Məcəllənin 550-ci maddəsində də birbaşa olaraq göstərilir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarış adı qoyulan kağız parçasını mötəbər sübut kimi qəbul etməsi, yalnız məhkəmənin qərəzli və qeyri-obyektiv münasibətin göstəricisi ola bilər. Nəzərə alınmalıdır ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlid ir. İddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Həqiqətən də cavabdehin özünün iddiaçıya borcu var idisə, deməli, iddiaçı xx.xx.2020-ci ilədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Hazırda iddiaçı iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən 40000 ABŞ dolları miqdarında ödənişlərin edilməsini, həmin ödənişlər varsa, kim tərəfindən, necə, hansı təyinatla ödənilməsini, iddia müddəti bitənədək hər hansı bir ödənişin edilib-edilməməsini aydınlaşdırmadan, iş materiallarına heç bir dəlilə söykəməyən öz mülahizəsi ilə qiymət verərək, nəticədə əsassız qətnamə qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(103)-4546/2024 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin rədd edilməmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Ziya Şirinov)

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçının borcu tələb etmək hüququ həmin tarixdən yaranmış, 3 il ərzində - xx.xx.2020-ci ilədək borcu tələb etmək hüququ mövcud olmuşdur. İddiaçı həmin müddət ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

21. İşin qeyd edilən hallarına istinadən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin cavabdehin borcu etiraf edən hərəkətlərə yol verməsi və bununla müddətin axımının kəsilməsinə dair mövqeyi əsaslı olmamışdır.

22. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

23. Qanunun yuxarıda göstərilən mənasından da görünür ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddətinin axımının kəsilməsinə səbəb olur.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddə tinin axımının başlandığı vaxtı düzgün müəyyən etsə də, həmin müddətin bitdiyi vaxt və müddətin axımının kəsilməsi ilə bağlı normaları mübahisəyə düzgün tətbiq etməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2017-ci ildə başlamış və xx.xx.2020-ci ildə bitmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti bitdikdən 2 il sonra, yəni 2022-ci il tarixdə cavabdeh tərəfindən 40000 ABŞ dolları ödəniş edilməsi və bunun iddia müddətinin axımını kəsməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayaraq qeyd göstərmişdir ki, əvvəla, cavabdeh bunu qəbul etmir və 2022-ci ildə iddiaçıya hər hansı ödəniş etmədiyini bildirir. İddiaçı özü də bu ödənişlərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmi şdir. Digər tərəfdən, belə bir ödəniş aparılmış olsaydı belə, həmin ödəniş iddia müddətinin axımını kəsə bilməzdi. Belə ki, cavabdehin borcun etirafına yönəlmiş hərəkəti iddia müddəti ərzində deyil, 3 illik iddia müddəti keçdikdən sonra edilmişdir. Halbuki bu cür hərəkətlər yalnız iddia müddəti ərzində edildikdə iddia müddətinin axımının kəsilməsinə səbəb olur. İddia müddəti qurtardıqdan sonra borcun etirafına yönələn hər hansı ödənişin aparılması iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 427.4, 442, 448.1, 372.1, 372.2, 373.2, 377.2, 375.2, 376, 380.1, 380.2, 389.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2017-ci il tarixdən başlamışdır. Lakin iş materiallarında olan “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışlarda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcüstan Respublikasından cavabdehin həyat yoldaşı X2 tərəfindən 2022-ci il tarixdə müxtəlif pul vəsait ləri köçürülmüş, bununla da borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassator şikayətində qanunvericilik normalarına istinad edərək və işin halların sadəcə sadalamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən konkret olaraq hansı pozunutlara yol verildiyi göstərilməmiş və əsaslandırılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə d ə iddia müddəti keçir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərarda dının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

36. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, borcun qaytarılması barədədir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçının borcu tələb etmək hüququ həmin tarixdən yaranmış, onun 3 il ərzində - xx.xx.2020-ci ilədək borcu tələb etmək hüququ mövcud olsa da, iddiaçı həmin müddət ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

38. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin ötürülməsi müəyyən edildiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

39. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-27-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələbi, iddia müddətinin axımının başlanması, bitməsi, müddətin kəsilməməsi ilə bağlı məsələlərə tam aydınlıq gətirmişdir.

40. Azərbaycan Respublikasi Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumun un qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edən apellyasiya instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxl anmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

43. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı şikayətində iddiaçının oğlu X1 hesabına Gürcüstan Respublikasından cavabdehin həyat yoldaşı X2 tərəfindən 2022-ci il tarixdə müxtəlif pul vəsaitləri köçürülməsini, bununla da borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımının kəsilməsini göstərmişdir.

44. Məhkəmə kollegiyası şikayətin bu dəlilni əsassız sayır. Belə ki, əvvəla, bu dəlil iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz olaraq irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi bu dəlilə işin halları və qanunvericilik normaları əsasında qiymət vermişdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillə bağlı qiymətləndirməsi ilə razılaşır və əlavə olaraq izah edir ki, iddia müddətinin kəsilməsinə yönələn hərəkət həmin müddətin daxilində olmalıdır. Başqa sözlə, iddia müddəti mövcud olmalıdır ki, müəyyən hərəkətlərlə onun kəsilməsi də mümkün olsun.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4546/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar