Məhkəmə qərarları › İş №2(102)-3862/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3862/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3862/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2818/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Vəkil) kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(002)-124/2024 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ümumilikdə 27507,62 manat pulun tutulmas ı barədə iddiası qismən təmin edilərək, cavabdehdən 24979,21 manat pulun tutulması qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2818/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (vəkili Vəkil) kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2818/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv, işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti 2528,41 manat təşkil edir. Bu baxımdan iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi 27507,62 manat həddində o lmuş, birinci instansiya məhkəməsi iddianı 24979,21 manat hissədə olmaqla qismən təmin etmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı kassasiya şikayətində iddianın tam təmin edilməsini xahiş etməklə, faktiki olaraq 2528,41 manat hissəni mübahisələndirib. Belə olan halda iddiaçının hazırda kassasiya şikayətində mübahisələndiridiyi hissə 2528,41 manat olmaqla 5 min manat həddi keçmir. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən mü bahisələndirilən hissə ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia çı Açıq Səhmdar Cəmiyyətinin (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 2(103)2818/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar