Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3863/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)2196/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 20.10.2014-cü il tarixli, 27-M-1-0-268-14 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 28% olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, digər cavabdehlər X2 və Cavabdeh3 kreditorla zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 öhdəliyinin icra edilmədiyi halda öhdəliyin icra olunması üçün birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. 01.12.2015-ci il tarixdə borcalan və zaminlərlə bağlanmış müqaviləyə əsasən kreditin müddəti 30.11.2018-ci il tarixədək uzadılmışdır. 2. 20.10.2014-08.10.2020-ci illəri əhatə edən hesabdan çıxarışa əsasən 19.04.2019cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Preziden tinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya edilmiş 3.340,06 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 əsas borcundan silinmişdir.
3. Cavabdeh1, X1 və Cavabdeh3 22.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kreditin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün banka müraciət edilməsinə dair bank tərəfindən SMS bildirişlər göndərilmişdir.
4. Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh1 5.747,63 manat məbləğində kompensasiya hesablanmışdır. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 10.606,84 manat təşkil edir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.239,32 ABŞ dolları əsas, 4.327,08 ABŞ dolları faiz borcu, 373,45 ABŞ dolları cərimə borcu, 30.11.2018-ci il tarixdən 20.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 603,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.542,90 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh1 arasında 20.10.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 əs as borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 3.340,06 ABŞ dolları azaldılmış, lakin cavabdehlər banka müraciət etmədikərindən qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4846/2021 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova,) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 6.239,32 ABŞ dolları əsas borcun (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının“ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələr inin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçının nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)-2196/2021 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qalıq borcun restrukturizasiya olunub-olunmaması borcluya dövlət vəsaiti hesabına güzəşt edilməsinin qarşısını ala bilməz, faiz və dəbbə pulunun silinməsi restrukturizasiyadan öncə atılmalı olan addımdır, lakin hazırki işin hallarından görünür ki, bank tərəfindən Cavabdeh1 faiz və dəbbə pulu silinməmiş, eləcə də əsas borcun qalıq hissəsinin restruk turizasiya olunmasında bank maraqlı olmamışdır. Belə ki, bank yalnız bir dəfə – 22.11.2019-cu il tarixdə borclu və zaminlərə SMS bildirişi göndərməklə kifayətlənmiş, həmin bildirişin ünvan sahiblərinə çatıb-çatmaması ilə maraqlanmamış, borcluları tapmaq üçün əlavə səy göstərməmişdir (ünvanlarına bildiriş göndərməmiş və s.).
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, öhdəliyin icra müddəti 30.11.2018-ci il tarixdə bitdiyi halda iddiaçı hazırki iddia ilə məhkəməyə 1 il keçdikdə sonra, yəni 25.08.2020-ci il tarixdə müraciət etmişdir. Qanunun imperativ tələbinə görə isə öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bununla da müəyyən olunur ki, iddiaçı bank zaminlərə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının vəkili kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zaminlər tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 məxsus tel efon nömrəsinə 20.11.2019-cu il tarixdə, zaminlər Cavabdeh2 və Cavabdeh3 məxsus telefon nömrələrinə 22.11.2019-cu il tarixdə smslər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminlər banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi faiz və cərimə borcunun silinməsi restrukturizasiyadan öncə deyil, yalnız kredit borcu restrukturizasiya olunduğu halda faiz və cərimə borcu bank tərəfindən silinməlidir. Kredit borcu restrukturizasiya olunduqdan və bu barədə rəsmi məlumat verildikdən sonra Fərmana əsasən dövlət tərəfindən ayrı lmış maliyyə dəstəyindən bank istifadə edə bilər. Cavabdeh1 və zaminlər banka gəlmədikləri üçün onlar ilə güzəştli şərtlərlə yeni müqavilənin bağlanmaması səbəbindən bank dövlət tərəfindən ayrılmış maliyyə dəstəyindən də tam olaraq istifadə edə bilməmişdir. Cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq banka vaxtında müraciət etməmələri və onların məhkəmə iclaslarında iştirak etmədikləri onu göstərir ki, məhkəmənin qətnamədə qeyd etdiyi kimi deyil, əksinə cavabdehlər əsas borcun qalıq hissəsinin restrukturizasiya olunmasında maraqlı olmamışlar. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 20 oktyabr 2014-cü il tarixli kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zaminlərin bank qarşısında olan hüquq və vəzifələri, həmçinin də zaminlik üzrə münasibətlərə xitam verilməsi halları aşağıdakı kimi müəyyən edilmişdir.Məhkəmə cavabdehlərdən faiz,cərimə və illik 5 % faizlə hesablanmış əldən çıxmış fayda olan borc məbləğini bankın xeyrinə tutmamaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxsl ərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkəts izlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya l azımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə
477. Zaminliyə xitam verilməsi 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki i l ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hər əkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
20. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditləri nin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin h esabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya kollegiyası Cavabdeh1 iddiaçı ilə olan kredit öhdəliklərinin Azərbaycan Respublikas ı Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasının məhkəmə tərəfindən nəzərə alınaraq, cavabdehin əsas borcunun 6.239,32 ABŞ dolları məbləğdə müəyyən olunması, kreditor tərəfindən 4.327,08 ABŞ dolları faiz borcu, 373,45 ABŞ dolları cərimə borcu və 30.11.2018-ci il tarixdən 20.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 603,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmasının Fərmanın ruhuna zidd olması ilə bağlı gəldiyi qənaətlə razılaşır.
27. Həmçinin apellyasiya instansiyası məhkəməsinin zaminlərə qarşı iddianın rədd olunması barədə mövqeyi də əsaslıdır. Həmin mövqe işin məhkəmələ r tərəfindən müəyyən olunmuş hallarına (öhdəliyin icra müddətinin 30.11.2018-ci il tarixdə bitməsi, hazırki iddia ilə məhkəməyə 1 il keçdikdə sonra, yəni 25.08.2020-ci il tarixdə müraciət edilməsi) və zaminliyə xitam verilməsini müəyyən edən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin dispozisiya şərtlərinə (zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir) uyğundur.
28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
29. Məhkəmə kolle giyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)2196/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.