Məhkəmə qərarları › İş №2(102)-3864/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3864/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3864/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh4-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun iştirakları ilə, İddiaçı-nin, vəkili Əyyubzadə Fuad Azad oğlunun və Cavabdeh4-nin, vəkili X6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)-137/2020 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq M üəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2015-ci il tarixli, 2(011)4608/2015 saylı qərardadı ilə (hakim N.Ə.Misirzadə) İddiaçı-nin cavabdehlər Cavabdeh4yə, X7, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddiasına dair iş üzrə icraata cavabdeh X7 aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı, 05 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilərək, 1.185.104,49 (bir milyon bir yüz səksən beş min bir yüz dörd manat qırx doqquz qəpik) manat məbləğində əsas borc, 121.110,73 (bir yüz iyrimi bir min bir yüz on manat yetmiş üç qəpik) manat faiz borcu, 1.000 (bir min) manat məbləğində cərimə, cəmi 1.307.215,22 (bir milyon üç yüz yeddi min iki yüz on beş manat iyrlimi iki qəpi k) manat məbləğində kredit borcu, 16,50 (on altı manat əlli qəpik) manat müqavilə üzrə pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh4-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6416/2016 saylı,16 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Q.Hüseynov, S.Ə.Məmmədov və İ.K.Xəlilov) cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı, 05 oktyabr 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdeh “xxxx” MMC-yə qa rşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Resbublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2017-ci il tarixli, 2(102)-402/2017 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.A.Mirzəliyev, A.K.Kalbalıyev və İ.R.Xələfov) cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsi 121.110,73 manat faiz borcu tutulmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3766/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edil məyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi fazi borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Resbublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(102)-6314/2018 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev və Ə.M.Rüstəmov) Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsi 121.110,73 manat faiz borcu tutulmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)137/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İm anov, V.M.Ağayev və V.N.Sadıqov) cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 76.646,39 (yetmiş altı min altı yüz qırx altı manat otuz doqquz qəpik) manat müəyyən edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 245 (iki yüz qırx beş) manat pulun cavabdeh “xxxx” MMC-dən tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4-yə, X7, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh4-dən, X2, X5 və Cavabdeh2 müştərək (birgə) qaydada 1.222.987,17 manat məbləğində əsas borcun, 80.147, 82 manat məbləğində faiz borcunun, 114852,97 manat məbləğində cərimə borcunun, 16,50 manat müqavilə üzrə öhdəliklərinin pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1.418.034,46 manat məbləğində kredit borcunun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.04.2010-cu il tarixdə İddiaçı və Cavabdeh4 arasında 32 nömrəli kredit müaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh4-yə maliyyə dövriyyəsinin genişləndirilməsi məqsədilə 1.269.390 manat məbləğində 29.08.2015-ci il tarixinədək kredit xətti açılmışdır və Cavabdeh4 kreditin əsas məbləği və ona hesablanmış faizləri razılaşdırılmış qaydada geri ödəməli idi. Kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zaminlər X10, Cavabdeh2 və Cavabdeh1 müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini tam icra etsə də, borclan Cavabdeh4 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalan və zaminə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. Nəticədə cavabdehlərin banka borcları yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək. Cavabdeh4-dən, X3, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 1.185.104,49 manat məbləğində əsas kredit borcunun, 121110,73 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 196920,65 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 16,50 manat məbləğində müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilmə üzrə poçt xərclərinin və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1.503.182,37 manat məbləğində kredit borcunun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədə n Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin faiz borcunun müəyyən olunması hissəsində ləğv edilib həmin hissədə faiz borcunun 121.110,73 (bir yüz iyirmi bir min yüz on manat yetmiş üç qəpik) məbləğində təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh4 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Əyyubzadə Fuad Azad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası ekspertizanın verdiyi ekspert rəyinə istinad etməklə kifayətlənmiş, nə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, nə də ki, bununla bağlı mövcud qanunvericiliyin müddəalarını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh4 və vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə i nstansiyası işə birtərəfli yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X9 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi ni xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər X4 hüquqi varisi X8, Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh4nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı-nin kassasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh4-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilməli, faiz borcu 101.7 17,82 (yüz bir min yeddi yüz on yeddi manat səksən iki qəpik) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiy ası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 23.04.2010-cu il tarixli. 32 saylı kredit müqaviləsinə 1 saylı əlavə razılaşmadan görünür ki, kredit xəttinin məbləği 904050 manat təşkil edir. İşdə olan 23.04.2010-cu il tarixli, 32 saylı kredit müqaviləsinə 3 saylı əlavə razılaşmadan müəyyən olunur ki, kredit xətti üzrə borcalan kredit 25.08.2012-ci il tarixədək 18 ay müddətinə istifadə edilməsi üçün illik 14 % dərəcəsi ilə verilir. İş materiallarında olan 23.04.2010-cu il tarixli, 32 saylı kredit müqaviləsinə 4 saylı əlavə razılaşmaya əsasən kredit xəttinin məbləği ******* manat təşkil edir. Kredit xətti üzrə borcalana kredit 20.10.2013-cü il tarix ədək 42 ay müddətinə istifadə edilməsinə görə illik 12% dərəcəsi ilə verilir. İş materiallarında olan 23.04.2010-cu il tarixli, 32 saylı kredit müqaviləsinə 29.05.2013-cü il tarixli 5 saylı əlavə razılaşmasından görünür ki, kredit müqaviləsi üzrə nəzərdə tutulan kredit məbləği 29.08.2015-ci il tarixinədək (64 ay müddətinə) istifadə edilməsi üçün illik 14 faiz dərəcəsi ilə borclana verilir. İş materiallarından görünür ki, verilmiş kreditin təminatı kimi iddiaçı “X14 Azırbaycan” QSC ilə cavabdehlər Cavabdeh1 Nazil oğlu, X10 və Cavabdeh2 arasında 23.04.2010-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən cavabdehlərə borcu ödəmələrinə dair 23.04.2015-ci il tarixdə bildiriş (pretenziya) göndərilmişdir. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq 23 yanvar 2019-cu il tarixli, 2(103)-693/2019 saylı qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еtmişdir. İş materiallarına əlavə edilmiş və təkrar apelyasiya baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 6949 nömrəli rəyindən görünür ki, 23 aprel 2010-cu il tarixli 32 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş müqavlələrin şərtləri nəzərə alınmaqla Cavabdeh4-nin İddiaçı-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. 1. 27.05.2015-ci il tarixə (yəni məhkəməyə müraciət edilmə tarixinə) 1.299.633,56 manat: a. əsas borc üzrə-1.222.987,17 manat b. faiz borcu üzrə-76.646,39 manat 2. 29.08.2015-ci il tarixə (yəni müqavi lənin bitmə tarixinə) 1.286.822,31 manat: a. əsas borc üzrə-1.185.104,49 manat b. faiz borcu üzrə-101.717,82 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) is ə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərk ən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instanisya məhkəməsi iddiaçının iddia tələbini əsas götürməklə cavabdehlər Cavabdeh4-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 121.110,73 (bir yüz iyrimi bir min bir yüz on manat yetmiş üç qəpik) manat faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 6949 nömrəli rəyi ilə 23 aprel 2010-cu il tarixli, 32 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş müqavlələrin şərtləri nəzərə alınmaqla Cavabdeh4-nin İddiaçı-yə 27.05.2015-ci il tarixə (yəni məhkəməyə müraciət edilmə tarixinə) olan faiz borcu 76.646,39 manat müəyyən edildiyindən apelyasiya instansiyası m əhkəməsi hesab etmişdir ki, 23 aprel 2010-cu il tarixli, 32 saylı kredit müqaviləsi üzrə məhz ekspert rəyində göstərilən həddə faiz borcu müəyyənləşdirilməklə cavabdehlərdən İddiaçı-nin xeyrinə tutulmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi faiz borcunun müəyyən edilməsi hissəsində tərəflər arasında bağlanmış müqavilənin bitmə tarixini nəzərə almadığından düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək k reditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, həmin qərara əsasən kredit müqaviləsi üzrə müqavilədə göstərilən faiz məbləği müqavilənin bitmə tarixinə kimi hesablanmalıdır. Yuxarıda qeyd olunan ekspert rəyi ilə isə müqavilənin bitmə tarixinə faiz borcunun 101.717,82 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşin şərh olunan hallarını müzakirə edən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz məbləğinə dair hissədə dəyişdirilməli, faiz b orcu 101.717,82 (yüz bir min yeddi yüz on yeddi manat səksən iki qəpik) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh4-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)137/2020 saylı qətnaməsi dəyişdirilsin. Faiz borcu 101.717,82 (yüz bir min yeddi yüz on yeddi manat səksən iki qəpik) manat məbləğində müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar