Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3864/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun və hesablanmış faizin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)6310/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında 07.11.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 manat verilmişdir. Cavabdeh isə götürdüyü krediti 07.01.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «borcun və hesablanmış faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 07.11.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 30.000 manat pulun, həmin məbləğə gecikdirilmiş vaxt üçün (gecikdirilmiş üç ay üçün) illik beş faiz hesablanmaqla 375 manat faiz pulunun, mənəvi zərərə görə 10.000 manat pulun, eləcə də məhkəmə yə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh cinayət əməli barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehə 30.000 (otuz min) manat məbləğində pul vermiş və sonuncu həmin pulu 07.01.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı şəhərinin notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş 07.11.2013-cü il tarixli «Kredit müqaviləsi»nin 1-ci bəndindən görünür ki, borc verən tərəfındən borc alan - Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə - 30.000 manat məbləğində borc pul verilmiş və Cavabdeh həmin pul məbləğini 07.01.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqa vilənin 5-ci bəndində göstərilmişdir ki, verilən borc qaytarılmadığı təqdirdə Azərbaycan Respublikasının qanununa uyğun olaraq həmin müqavilə məcburi icra etdiriləcəkdir. Göstərilən müqavilədə razılaşdırılmış 07.01.2014-cü il tarixdən üç aylıq müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər müqavilə öhdəliyini icra etməmiş və pulu qaytarmamışdır. Ondan pulu geri qaytarmasını tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirməklə pulun qaytarılmasından boyun qaçırır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli, 2(006)2506/2014 saylı qətnaməsi ilə (hakim Ş.Həsənova) iddia ərizəsi qismən təmin olunmuş, cavabdehdən 30.000 manat əsas borc, 375 manat faiz borcu, və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 30.395 manat məbləğində pulun tutularaq iddi açıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 07.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh oğlunun 30.000 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də iddia tələbinin 30.000 manat pulun cavabdehdən tutulması hissəsi təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 445, 448, 449, 739,741-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)-6310/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Ey vazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən, bununla da müqavilənin şərtlərini pozduğundan cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 300.000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim məhkəmə baxışını birtərəfli qaydada aparmış, qətnaməsini əsaslandırarkən də, sübutları yalnız apellyasiya şikayətinin rədd edilməsi istiqamətində əsaslandırmış və qiymət vermişdir. Məhkəmənin qətnaməsində göstərdiyi dəlillər də işin hallarına uyğun deyil. Məhkəmə qeyd edilən halları düzgün araşdırılmadığı və hüquqi qiymət vermədiyi üçün də düzgün nəticəyə gəlməmiş və düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etmədiyini, müqaviləni məcburiyyət qarşısında qalıb imzaladığın bildirmişdir. Məhkəmədə onun nümayəndəsi də bunu məhkəmənin diqqətinə çatdırmış və bildirmişdir ki, bu barədə hər han sı sübut təqdim edə bilmirlər. Apellyasiya instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən birinci instansiya məhəməsinin buraxdığı səhvləri təkrar etmiş, maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, tətbiq etdiyi qanunu isə səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri bar ədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
14. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır (maddə 416).
15. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiri lməməlidir. 17.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqa vilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
529. Öhdəliyin icrasının qəbulu 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
22. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhəməsinin buraxdığı səhvlər in təkrar edildiyini, maddi və prosessual hüquq normalarını kobud surətdə pozularaq, Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələblərinə əməl edilmədiyini, hüququn tətbiq edilməsində səhv buraxıldığını, tətbiq edilməli olan qanunun tətbiq edilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.
23. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin olunmamalıdır.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)6310/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.