Məhkəmə qərarları › İş №2(102)-3865/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-3865/2018

04.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3865/2018 04.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3865/2018 Bakı şəhəri 04 iyun 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli 2(103)1150/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim F.Abdıyev) 17.08.2016-cı il tarixli 2(005)-4226/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, "xxxx" QSC və X6 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.02.2008-ci il tarixdə ********** reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmiş, çıxarışın ləğv edilməsi hissəsində iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, A.İmanov, İ.Əsədov) 23.05.2017-ci il tarixli 2(103)-5640/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh1 və X3 apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.08.2016-cı il tarixli 2(005)-4226/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, Ə.Şadıyev, T.Qoldman) 06.11.2017-ci il tarixli 2(102)-7680/2017 n ömrəli qərarı ilə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2017-ci il tarixli 2(103)-5640/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 30.01.2018-ci il tarixli 2(103)-1150/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi C8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.08.2016-cı il tarixli 2(005)-4226/2016 nömrəli qətnaməsi - həmin şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılm ışdır. Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, "xxxx" QSC və X6 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüquqlarının 01.02.2008-ci il tarixdə ********** reyestr nömrəsi ilə daşınmaz əmla kın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən 378 kv.m torpaq sahəsi Nərimanov Bələdiyyəsinin 05.04.2006-cı il tarixli 6 saylı protokolu əsasında 15 il müddətinə ona icarəyə verilmişdir. Eyni zamanda, 07.04.2006-cı il tarixli 41 saylı müqaviləyə əsasən həmin vaxtdan mütəmadi olaraq bu günə kimi onun tərəfindən hər il 302,40 manat icarə haqqı ödənilir. Nərimanov rayon İcra Hakimiyyətinin 08.08.2006-cı il tarixli 374 nömrəli sərəncamı əsasında Cavabdeh2 onun istifadəsinə verilmiş torpaq sahəsində fərdi ev tikilməsinə dair sərəncam verdiyindən aralarında məhkəmə mübahisəsi başlamışdır. ünvan 3 ünvanda y erləşən torpaq sahəsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində mübahisə getdiyi bir vaxtda İbrahimov X5 bələdiyyəsi ilə əlbir olub sənədləri saxtalaşdıraraq, həmin vaxtda Bakı şəhəri Nərimanov rayon Məhkəməsində başqa bir hakimin icraatında icraat işi başlamış, qanunsuz və əsassız qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli həmin qətnaməsi onun hüquqlarına toxunduğundan tərəfindən mübahisələndirilmiş və nəticədə qətnamə Bakı Apellyasiya Məhkəməsinin 11.09.2012-ci il tarixli 2(103)3671/2012 saylı qətnaməsi ilə ləğv edilmişdir. Eyni zamanda, qətnamənin icrasında dönüş edilmiş, onun doğurduğu bütün hüquqi nəticələr ləğv edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş bütün məhkəmə proseslərində iş üzrə bütün maraqlı şəxslər, o cüm lədən AR DTXK-nin Bakı şəhər Şöbəsi, Nərimanov Bələdiyyəsi və Cavabdeh2 da iştirak etmişlər. 22.06.2007-ci il tarixli qətnamənin ləğv olunması və icrada dönüş edilməsi ilə bağlı məhkəmə qərarı aidiyyəti məhkəmə və icra məmuru tərəfindən qeyd olunan maraqlı fiziki və hüquqi şəxslərə göndərilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh2 hüquqi əsası olmayan, məhkəmə qərarı ilə nəticələri ləğv olunmuş ünvan 6 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 01.02.2008-ci il tarixli ********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında torpaq sahəsi əvvəl X6, daha sonra isə 28.02.2014-cü il tarixdə Cavabdeh1 satılmışdır. Cavabdehlər DƏDRXnin Bakı şəhər Ərazi və DTXK-nin Bakı şəhər şöbəsinin əməkdaşları üzərilərinə düşən vəzifə borclarını y erinə yetirmədiklərindən Cavabdeh2 da bundan cinayətkarcasına suiistifadə etmişdir. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə verilmiş hüquqi qüvvəsi olmayan çıxarışla alqı-satqı əməliyyatı aparılmışdır. Eyni zamanda bütün bunları bilərəkdən və qəsdən etmişdir. Buna görə də, həmin çıxarış etibarsız hesab edilməklə ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, tətbiq edilməli olan hüquq normasını tətbiq edərək, iddia tələblərini tamamilə rədd etmək əvəzinə, tətbiq edilməli olmayan qanunu tətbiq ed ərək, qanunu səhv təfsir etmiş, iddia tələblərini böyük hissədə təmin etmişdir. Belə ki, cavabdeh Cavabdeh2 Bakı şəhəri *********************** ünvanda yerləşən 0,799 ha torpaq sahəsini 2009-cu ildə qanuni alqı-satqı müqaviləsi əsasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2. Sonuncu da, həmin torpaq sahəsini ipoteka ilə yüklü edərək QSC "xxxx" KB-dən kredit götürmüş, daha sonra H6 həmin krediti geri qaytara bilmədiyi üçün QSC "xxxx" KB onu məhkəməyə vermiş və nəticədə kredit məbləğinin ödənilməsi ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəlmişdir. Nəticə etibarılə, keçirilmiş hərracda QSC "xxxx" KB həmin torpaq sahəsini almış və 2014-cü ilin fevral ayında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. Hal-hazırd a Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinin qanuni mülkiyyətçisidir. Həmin torpaq sahəsinə dair ilkin qeydiyyatın etibarsız hesab edilməsi, hazırda mülkiyyətçi olan Cavabdeh1 da maraqlarına toxunur. Çünki, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi həmin qeydiyyat əsasında verilmiş çıxarışın həqiqiliyini də şübhə altına almış olur. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli, obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının təl əblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli qətnaməsinin iddia ərizəsinin təmin edən hissəsində ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin tamamilə rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSCnin nümayəndəsi və X9 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin s əbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi C8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətlərini təmin etməyib, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.08.2016-cı il tarixli qətnaməsi - həmin şəxslərə münasibətdə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Nərimanov Bələdiyyəsinin 05.04.2006-cı il tarixli 06 saylı iclasının protokoluna əsasən ünvan 3 ünvanda yerləşən 378,0 kv.m torpaq sahəsinin İddiaçı tərəfindən istifadə etməsi faktı təsdiq edilmiş və qeydə alınması qərara alınmış, habelə istifadəsində olan 378,0 kv.m torpaq sahəsinə dair İddiaçı ilə 15 il müddətinə icarə mü qaviləsinin bağlanması İqtisadi İnkişaf şöbəsinə tapşırılmışdır. Bakı şəhəri Nərimanov Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış "Torpaq sahəsinin İcarəyə verilməsinə dair" 07.04.2006-cı il tarixli 41 saylı müqaviləyə əsasən Bakı şəhəri ***************************** küçəsindəki 378,0 kv.m torpaq sahəsi 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyəti başçısının 08.08.2006-cı il tarixli 374 saylı sərəncamı ilə sərəncamı ilə ünvan 3 ünvanda Cavabdeh2 tərəfindən fərdi evin tikintisinə icazə verilmişdir. Həmçinin, Nərimanov bələdiyyəsinin 08.06.2007-ci il tarixli 06 saylı iclasının "fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi barəsində" protokoluna əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin Bakı şəhər M emarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun 799 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş Cavabdeh2 mülkiyyətinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli 2-147/2007 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı "vəzifəli şəxsin qeyriqanuni hərəkətlərindən şikayətə dair" iddiası təmin edilmiş, Nərimanov rayon bələdiyyəsinin 08.07.2007-ci il tarixli aktına əsasən satılmış Nərimanov rayonu ************************* ünvanda yerləşən 799 kv.m torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququ tanınmış, Nərimanov rayon Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış torpağın alqı-satqısına dair aktın təsdiq edilməsi və həm in sahəyə dair torpaq kadastr planı tərtib edilərək Cavabdeh2 təqdim edilməsi qət edilmişdir. Həmin torpaq sahəsinə dair qətnamə əsasında Cavabdeh2 adına 27.06.2007-ci ildə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. AN-İ seriyalı ******* nömrəli 23.07.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.02.2008-ci il tarixdə verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsini 200.000 manata X1. MH seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 10318 nömrəli vərəqində *********= reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olmaqla 12.08.2009-cu il tarixdə qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən QSC "xxxx" KB mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsini 310.000 manata Cavabdeh1 satmışdır. RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri *********************** ünvanda yerləşən 0,0799 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 10318 nömrəli vərəqində 28.02.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2012-ci il tarixli 2(103)3671/2012 nömrəli qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nər imanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli 2-147/2007 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh2 iddiası rədd edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli 2-147/2007 nömrəli qətnaməsinin icrasından geriyə dönüş edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.02.2013-cü il tarixli 2(102)-625/2013 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2012-ci il tarixli 2(103)-3671/2012 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.11.2007-ci il tarixli 2-1245/2007 nömrəli qətnaməsi ilə iddia çı X7 cavabdehlər Nərimanov Bələdiyyəsinə,Nərimanov rayon İcra hakimiyyətinə, Cavabdeh2, İddiaçı qarşı “qərarın, sərəncamların, protokolların etibarsız hesab edilməsi, icarə müqaviləsinin bərpa edilməsi” tələbinə dair ilkin iddiası; Cavabdeh2 Nərimanov Bələdiyyəsinə, İddiaçı və X8 qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 05.04.2006-cı il tarixli 06 saylı iclasının protokolu, Nərimanov bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanda yerləşən 378.0 kv.m. torpaq sahəsinə dair 07.04.2006-cı il tarixli 41 saylı icarə müqaviləsi etibarsız sayılmış, Nərimanov rayon icra Hakimiyyəti başçısının 08.08.2006-cı il tarixli 374 saylı sərəncamı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 29.0 7.2008-ci il tarixli 2(103)-933/2008 nömrəli qətnaməsi ilə iddiaçı X7 və cavabdeh İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.11.2007-ci il tarixli qətnaməsi - ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.11.2015-ci il tarixli 2-1(82)-1212/2015 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.02.2008-ci il tarixdə ********** reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə ünvan 8 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının Cavabdeh2 adına aparılmış qeydiyyat və bun a dair verilmiş dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12.04.2016-cı il tarixli 21(103)-770/2016 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 18.11.2015-ci il tarixli 2-1(82)-1212/15 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs: Cavabdeh2, X10 və X9) qarşı "torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüquqlarının Cavabdeh2 adına aparılmış qeydiy yat və buna dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 18.01.2016-cı il tarixli 2(103)-391/2016 nömrəli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti tam, QSC "Bank Standard" KB-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16.07.2015-ci il tarixli 2(005)-524/2015 nömrəli qətnaməsi - iddianın təmin olunmuş hissəsində qismən, yəni “mübahisəli torpaq sahəsinə dair QSC "Bank Standard" KB-yə verilmiş 08.02.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, bankla Cavabdeh1 arasında bağlanmış, 18.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının torpaq sahəsi üzərində mülki yyət hüquqlarının bərpa edilməsi” hissələrində ləğv edilmişdir. Tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, Bakı şəhəri *********************** ünvanda yerləşən və hazırda Cavabdeh1 mülkiyyətində olan 0,0799 ha torpaq sahəsinə bir yerdən giriş mövcuddur. Girişdən sağ hissə boşdur, orada hər hansı tikili mövcud deyildir. Girişdən sol hissədə sahə baxımdan böyük olmayan iki tikili mövcuddur. Onlardan biri yarım tikilidir, damı mövcud deyildir. Verilmiş məlumatlara əsasən hər iki tikili iddiaçı tərəfindən inşa edilmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edərək müəyyən etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı əvvəllər baxılmış mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarının preyudisiallığını əsas götürərək, Bakı şəhəri ************************* ünvanda yerləşən 0,0799 ha torpaq sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin etibarsız hesab edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.4-cü, MPM-nin 82.3-cü maddələrinə istinad edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli 2-147/2007 nömrəli qətnaməsinin hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti əsasında ləğv edildiyinə əsaslanaraq, həmin şəxsin mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin etibarsız hesab edilməsi barədə iddia qaldırmağa subyektiv hüququnun olduğu qənaətinə gələrək, iddianı həmin qeydiyyatın etibarsız hesab edilməsi hissəsində təmin etmiş, qeyd edilən torpaq sahəsinin artıq Cavabdeh2 deyil, Cavabdeh1 mülkiyyətində olmasına və iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın hazırda mövcud olmadığına istinad etməklə, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddianı rədd etmişdir. İddiaçı hazırkı iddianı qaldırılması ilə bağlı subyektiv hüquqa malik olan şəxsdir. Birinci instansiya məhkəməsi haqlı olaraq digər məhkəmə aktlarının deyil, məhz hazırkı və sonrakı mübahisələrin yaranmasına və Cavabdeh2 hüquq əldə etməsinə əsas olan maraqlı şəxs İddiaçı şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli 2-147/2007 nömrəli qətnaməsiniləğv edən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2012-ci il tarixli 2(103)-3671/2012 nömrəli qətnaməsini iş üçün əhəmiyyəti olan sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına əsas Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli qətnaməsi olduğuna və həmin qətnamə İddiaçı apellyasiya şikayəti əsasında ləğv olunduğuna və qətnamənin icrasına dönüş edildiyinə görə, İddiaçı hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ yaranmışdır. Çünki, iddiaçı bundan əvvəl həm inzibati icraat, həm də icraya dönüşlə bağlı məhkəmə qətnaməsinin icrası qaydasında hazırda mübahisələndirdiyi məsələnin həll edilməsinə səylər göstərmiş, lakin onun özündən asılı olmayan səbəbdən mübahisə qanunvericilyin müəyyən etdiyi qaydada öz həllini ta pmamışdır. Bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2012-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti əsasında qəbul edilmiş, hər hansı əsasla ləğv olunmasına baxmayaraq, İ ddiaçı həmin iş üzrə maraqlarına toxunulan şəxs kimi qəbul edilmiş və digər əsaslarla yanaşı, məhkəmə qətnaməsinin qüvvədə qalması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.02.2013-cü il tarixli 2(102)-625/2013 nömrəli qərarında da istinad edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin Nərimanov Bələdiyyəsinə ünvanlanmış 25.07.2006-cı il tarixli ************* nömrəli və 21.07.2008-ci il tarixli 01/04-533 nömrəli məktublarından görünür ki, mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.09.2000-ci il tarixli 914 saylı sərəncamı ilə Nərimanov Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, sənədlərə qətnamədə və ya digər m əhkəmə aktında istinad edilməsi məhkəmənin müəyyən etdiyi hallar kimi qəbul edilməməli və ya digər işə baxılarkən müəyyən edilmiş mübahisələndirilməyən faktlar kimi qəbul olunması yolverilən hesab edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsinin məhz İddiaçı apellyasiya şikayəti əsasında ləğv edilməsi, İddiaçı həmin torpaq sahəsi ilə bağlı istənilən iddianı qaldırmağa subyektiv hüququnun olmasını deyil, həmin məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılmış icra hərəkətlərinin geriyə dönüşün təmin edilməsinə yönələn iddia qaldırması üçün hüquq yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsi Nərimanov Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşməklə, dövlət mülkiyyətində qalan torpaq sahələrinə aid olsa da, Bələdiyyənin həmin torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüququ olmasa da, həmin hüquqların üçüncü şəxslərə verilməsi və üçüncü şəxslər tərəfındən həmin hüquqlardan istifadə edilməsini şərtləndirəcək hüquqlar yaranması müəyyən olunmasa da, hazırkı iddia yuxarda göstərildiyi kimi torpaq sahəsi üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə yönəlmiş hərəkətlərin yerinə yetirilməsi deyil, yalnız şikayəti əsasında ləğv olunmuş qətnamənin icrasının başa çatdırılmasına yönəlmişdir. Bu baxımdan reyestr qeydiyyatının aparılmasına əsas olan mə hkəmə qətnaməsinin ləğv olunması üçün hüquq əldə edən şəxs, onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş hərəkətlərin edilməsini tələb etməkdə də eyni qaydada səlahiyyətlidir. Həmçinin, iddia tələbinin digər hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, artıq ləğv edilmiş reyestrdən çıxarışın yenidən məhkəmə tərəfindən ləğv və ya etibarsız hesab edilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındak ımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və müstəqil tələ b irəli sürməyən 3-cü şəxs Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli 2(103)-1150/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar