Məhkəmə qərarları › İş №2(102)-3865/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3865/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3865/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3865/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli, 2(103)3973/2020 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan aldadaraq aldığı 6.402 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia qismən təmin edilərək, cavabdehdən 4.715 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldadaraq özünü N saylı hərbi hissən in komandiri kimi təqdim edib bu üsulla etibarından sui-istifadə edərək onu N saylı hərbi hissəyə sürücü düzəldəcəyini qabaqcadan vəd edib əvvəl 3.000 manat, eyni məqsədlə 17 noyabr 2015-ci il tarixdə 1.000 manat, sonradan isə aldadaraq 3.000 manat olmaqla, cəmi 7.000 manat pul vəsaitini ələ keçirərək ziyan vurmaqla dələduzluq edib. Daha sonra, cinayət işinə baxılarkən İddiaçı izahatında etiraf etmişdir ki, ona dəymiş maddi ziyandan 3.000 manat Cavabdeh tərəfindən ödənilsə də, 4.000 manat bu günədək ödənilməyib. Eyni zamanda 26 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı adına özünün istifadəsi üçün “Maqnit” mağazasından 9 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 1.480 manata “Toshiba” markalı soyuducu aldığını etiraf edib və soyuducuya görə İddiaçı onun əvəzinə 715 man at pul ödəyib. Qalan hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.2, 1092.1, 1096-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavabdehdən cəmi 4.715 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldadaraq özünü N saylı hərbi hissənin komandiri kimi təqdim edib bu üsulla etibarından sui-istifadə edərək onu N saylı hərbi hissəyə sürücü düzəldəcəyini qabaqcadan vəd edib əvvəl 3.000 manat, eyni məqsədlə 17 noyabr 2015-ci il tarixdə 1.000 manat, sonradan isə aldadaraq 3.000 manat olmaqla, cəmi 7.000 manat pul vəsaitini ələ keçirərək ziyan vurmaqla dələduzluq edib. İşin araşdırılan hallarından görünür ki, bu 7.000 manat ziyanı n 3.000 manatını Cavabdeh İddiaçı işə düzəltmək üçün, 4.000 manatını isə əmrinin verilməsi üçün tələb edib. Eyni zamanda 26 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı adına özünün istifadəsi üçün “Maqnit” mağazasından 9 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 1.480 manata “Toshiba” markalı soyuducu aldığını etiraf edib və soyuducuya görə İddiaçı onun əvəzinə 715 manat pul ödəyib. Bu baxımdan iddia tələbi qismən, yəni 4.000 manat və 715 manat olmaqla, cəmi 4.715 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etsə də, maddi hüquq normasının tətbiqində səhvə yol verib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbu l edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozu lmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) əslində fiziki şəxsin şəxsiyyətinə və ya əmlak ına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəmə si şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya in stansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yo xdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldadaraq özünü N saylı hərbi hissənin komandiri kimi təqdim edib bu üsulla etibarından sui-istifadə edərək onu N saylı hərbi hissəyə sürücü düzəldəcəyini qabaqcadan vəd edib əvvəl 3.000 manat, eyni məqsədlə 17 noyabr 2015-ci il tarixdə 1.000 manat, sonradan isə aldadaraq 3.000 manat olmaqla, cəmi 7.000 manat pul vəsaitini ələ keçirərək ziyan vurmaqla dələduzluq edib. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılan hallarına istinad edərək qeyd etmişdir ki, bu 7.000 manat ziyanın 3.000 manatını Cavabdeh İddiaçı işə düzəltmək üçün, 4.000 manatını isə əmrinin verilməsi üçün tələb edib. Eyni zamanda 26 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı adına özünün istifadəsi üçün “Maqnit” mağazasından 9 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 1.480 manata “Toshiba” markalı soyuducu aldığını etiraf edib və soyuducuya görə İddiaçı onun əvəzinə 715 manat pul ödəyib. Bu baxımdan iddia tələbi qismən, yəni 4.000 manat və 715 manat olmaqla, cəmi 4.715 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi z ərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin iddiaçıya qarşı dələduzluq cinayətinə yol verməsi və nəticədə onun qanunla müdafiə edilən iddiaçıya qarşı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi mülki iş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə müəyyən edildiyindən, iddianı qi smən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli, 2(103)-3973/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar