Məhkəmə qərarları › İş №2(102)-3866/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3866/2020

20.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3866/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, X5 saylı qətnaməsi ilə “azyaşlı uşağın saxlanılması üçün” 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, 07 noyabr 2013-cü il təvəllüdlü X5 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 07 noyabr 2013-ci il təvəllüdlü X5 adlı bir uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2018ci il tarixli, X5 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah qeydiyyatı pozulmuş, birgə nikahdan olan X5 adlı övladları onun yanında qalması müəyyən edilmiş və uşaq yetkinlik yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən hər ay 154 manat alimentin tutulması qərara alınmışdır. Məlum olduğu kimi, hal-hazırda bütün mağazalarda qiymət artımı müşahidə olunur. Uşaq böyüdükcə onun xərcləri də, artır və sabit məbləğdə tutulan 154 manatla uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən o məcburiyyət qarşısında qalaraq alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Onun əldə etdiyi şifahi məlumata əsasən cavabdeh özünə yeni iş yeri tapıb və onun aylıq əmək haqqı 2557 manat təşkil edir. O, onun iş yerindən arayışın əldə olunması ilə bağlı ərizə ilə işlədiyi şirkətə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Babək Qasımov) X5 saylı 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X5 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 07 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi Abiddin Hüseynov və Vahid Sadıqov) X5 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X5 saylı 13 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir və bundan əlavə qızı nın saxlanılmasında, təlim-tərbiyəsində, təhsil və səhhəti ilə bütün məsələlərində yaxından iştirak edir və əlavə pul xərcləyir. Hazırki alimentin miqdarından daha çox məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsinə əsas yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 07 noyabr 2013-cü il tarixdə X2 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalmas ı müəyyən edilmiş, cavabdehdən iddiaçının xeyrinə uşaq yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik olduğuna görə həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək cavabdehdən hər ay qazancının 1/4 hissəsi miqdarında artırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Veus Holdinq LLC Şirkətinin 05.09.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh həqiqətən Veus Holdinq, LLC. Şirkətində 18.03.2019-cu il tarixdən Keyfiyyət, SƏTƏM və Mühafizə üzrə məsləhətçi vəzifəsində çalışır və onun aylıq hesablanmış əmək haqqısı 2552,45 manatdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının alimentin cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulmasının tələb etdiyini, cavabdehin daimi iş yerinin olmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin alimentin aylıq qazancının (başqa gəlirlərin) 1/4 (dörddə biri) hissəsi məbləğində tutulması barədə nəticəsini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hallarından göründüyü kimi, cavabdehin maddi vəziyyətində dəyişiklik olduğundan qətnamə ilə tutulan sabit pul məbləğində 154 manat aliment məbləğinin dəyişdirilərək uşağın saxlanılması üçün alimentin miqdarını Cavabdeh onun aylıq qazancının (başqa gəlirlərin) 1/4 (dörddə biri) hissəsində müəyyən etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri qətnaməninləğvi üçün əsas vermir. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar