Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3867/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC- nin ləğvedicisi olan X1 vəkili X2, Cavabdeh vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2016-cı il tarixli, 277/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1.800.000 (bir milyon səkkiz yüz min) manat əsas borc, 274.500,12 (iki yüz yetmiş dörd min beş yüz manat on iki qəpik) faiz borcu, 28.250 (iyirmi səkkiz min iki yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış borc olmaqla, cəmi 2.102.750,12 (iki milyon bir yüz iki min yeddi yüz əlli manat on iki qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı ASCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC” ilə bağlanmış xx xxx 2016 ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizin xx xxxx 2015 ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Mərkəzi bankdan götürdüyü 5.000.000 manat kreditə təminat olan 6.890.000 manat dəyərində qiymətləndirilmiş mülkiyyəti iləünvan 1 ünvanında yerləşən 819,6 kv.m ümumi sahəsi olan 12 otaqdan ibarət fərdi yaşayış evi ilə qismən əvəzləşdirilməsi, kredit borcuna xitam verilməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 2(005)-304/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh 1.800.000 (bir milyon səkkiz yüz min) manat əsas borc, 274.500,12 (iki yüz yetmiş dörd min beş yüz manat on iki qəpik) faiz borc, 28.250 (iyirmi səkkiz min iki yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış borc olmaqla, cəmi 2.102.750,12 (iki milyon bir yüz iki min yeddi yüz əlli manat on iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı kredit borcunun ilkin iddiaçının və cavabdehin kreditinə təminat olan əmlakının satışından əldə olunacaq vəsaitlə qarşılıqlı əvəzləşdirilməklə borcun bağlanması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə a id edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 240 manat məbləğində pul vəsaitinin ilk iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-304/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianı n isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı ASC-nin səhmdarı olduğundan bank ləğv edildikdən sonra bankda sığortalanmayan və kompensasiya olunmayan 13 nəfər əmanətçinin əmanətini tam olaraq şəxsən geri qaytarmışdır. Belə ki, Qurbanov Dünyamalıya-10.060 ABŞ dolları, Qurbanov Mehdiyə-114.824 ABŞ dolları, Məmmədova Nəzakətə-288.000 ABŞ dolları, Əliyev Sərdara-41.274 ABŞ dolları, Məmmədov Bəhruza-9.054 ABŞ dolları, Babayeva Zeynəbə-7.414 ABŞ dolları, Məhərrəmov Əlibabaya-25.044 ABŞ dolları, Həsənov Ehtirama-5.544 ABŞ dolları, Həsənova Səyyarəyə- 2.026 ABŞ dolları, Həsənov İskəndərə-23.308 ABŞ dolları, Cəfərov Əbülfəzə-10.975 ABŞ dolları olmaqla ümümilikdə 537.523 ABŞ dolları, Əliyev İlhama17.068 manat və “xxxx” MMC-yə 8.474 manat ödəm əklə ümümilikdə 25.542 manat olmaqla əmanəti geri qaytarmışdır. Qeyd olunan əmanətçilərin əmanətləri geri qaytarıldığından bankdan tələb hüquqlarını ona güzəşt etmişlər. Buna dair notarial ərizələr verilmişdir. Hazırda o, bankdan tələb hüququ olduğu 537.523 ABŞ dolları və 25.542 manat məbləğində pulun banka olan 1.800.000 manat kredit borcu ilə əvəzləşdirilməsində tam hüquqlu olduğunu düşünür. Buna dair banka rəsmi müraciətinə heç bir cavab verilmədiyindən və qanunla ləğvetmədə olan bankın öhdəliklərinin əvəzələşdirilməsinə yol verilmədiyindən onun tələb hüquqları icrasız qalmışdır. Ancaq bank ondan xəbərsiz əsassız borcələb edir. Bundan başqa şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 990,8 kv.m ümümi sahəsi olan 28 otaqdan ibarət fərdi yaşayış evi (hotel) xx xxxxxxx 2015 ci il t arixli ipoteka müqaviləsinə əsasən hazırki ilkin iddiaçı olan İddiaçıASCnin Mərkəzi bankdan götürdüyü 2.000.000 manat kreditə təminat edilmişdir. Onun ipoteka olunan əmlakının qiyməti isə 6.970.000 manat qiymətləndirilib. Apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almayaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili isə kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiy ası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli, C nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ASC tikinti işlərinin aparılması məqsədilə borc alan Cavabdeh 1.800.000 (bir milyon səkkiz yüz min) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Kredit vəsaitindən istifadə müddəti xx xxx 2019-cu il tarixdə saat 17:00-da bitir. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 6 faizlə hesablanır. Kredit üzrə əsas borcun ödənişi isə xx.x x.2019-cu il tarixinə qədər ödənilir. Azərbaycan Respublikası Mərkəzi Bankı, ipoteka qoyulan əmlakın mülkiyyətçisi Cavabdeh etibarnaməsi əsasında çıxış edən Vəkilov Kamran İsa oğlu, borc alan İddiaçı ASC arasında xx xxxx 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsinə əlavə olaraq bağlanmış xx xxxx 2015-ci il tarixli, İBQ15-1670/2 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipotekanın predmeti Azərbaycan Respublikası Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 819,6 kv.m ümümi sahədən ibarət 12 otaqlı fərdi yaşayış evidir. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 6.890.000 (altı milyon səkkiz yüz doxsan min) manat məbləğində qiymətləndirilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, **********805 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 277/1 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019cu il tarixinə yaranmış borc məbləği 1.800.000 (bir milyon səkkiz yüz min) manat əsas borc, 274.500,12 (iki yüz yetmiş dörd min beş yüz manat on iki qəpik) faiz borcu, 28.250 (iyirmi səkkiz min iki yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış borc olmaqla, cəmi 2.102.750,12 (iki milyon bir yüz iki min yeddi yüz əlli manat on iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli, 12842 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 277/ 1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh, maliyyə arayışı müddətinə, yəni xx.xx.2018-ci il tarixə banka 1.800.000 manat əsas, 165.939,58 manat faiz borcunun olması müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 277/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh, xx.xx.2018-ci il tarixə banka 1.800.000 manat əsas, 245.439,58 manat faiz borcunun olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25180 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasə n, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 277/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh, maliyyə arayışı müddətinə, yəni xx.xx.2019-cu il tarixə banka 1.800.000 manat əsas, 298.539,58 manat faiz borcunun olması müəyyən edilmişdir. Müqavilə müddətindən sonra illik 5 faiz ilə hesablanmaqla xx.xx.2019-cu il tarixə banka olan borcu əsas borc üzrə 1.800.000 manat əsas, 327.039,58 (298.539,58+28.500 =327.039,58) manat faiz borcunun olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllə nin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətlə ri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasmı mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda bankın özü tərəfindən də təqdim edilmiş maliyyə arayışından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə tutulan qalıq məbləğin illik 5% dərəcəsi ilə müəyyən olunan hissəsi 28.250 (iyirmi səkkiz min iki yüz əlli) manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25180 nömrəli ekspert rəyinə əsasən isə 28.500 (iyirmi səkkiz min beş yüz) manat təşkil edir. Apelyasiya məhkəmə si hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, ilk iddiada Cavabdeh 1.800.000 (bir milyon səkkiz yüz min) manat əsas borc, 274.500,12 (iki yüz yetmiş dörd min beş yüz manat on iki qəpik) faiz borcu, 28.250 (iyirmi səkkiz min iki yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış b orc olmaqla, cəmi 2.102.750,12 (iki milyon bir yüz iki min yeddi yüz əlli manat on iki qəpik) manat məbləğində borc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 963.1-ci maddəsinə əsasən hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblə rinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən normaları qarşılıqlı iddia tələbinə tətbiq edərək haqlı olaraq hesab etmişdir ki, ilk iddiada Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş kreditin və hesablanmış faizlərin xx xxxx 2015 ci il tarixli ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və İddiaçı ASC-nin Mərkəzi bankdan götürdüyü 5.000.000 manat kreditin təminatı qismində ipoteka ilə yüklü edilmiş 6.890.00 0 manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən 819,6 kv.m ümumi sahəsi olan 12 otaqdan ibarət fərdi yaşayış evi ilə qismən əvəzləşdirilməsi qeyri- mümkündür. Belə ki, öncəliklə Mülki Məcəllənin 963.1-ci maddəsinə əsasən əvəzləşdirmə bank tərəfindən tərəfindən həyata keçirilir və hazırki mülki iş üzrə ilk iddiada İddiaçı ASC” Cavabdeh kredit borcunun və ona hesablanmış faizlərin tutulmasını tələb edir. Digər tərəfdən qarşılıqlı iddiada iddiaçı Cavabdeh tərəfindən əvəzləşdirilməsi tələb edilən müqavilələrdən birinin (xx xxx 2016-cı il tarixli kredit müqaviləsi) predmeti pul məbləği, digərinin (xx xxxx 2015-ci il tarixli, İBQ15-1670/2 nömrəli sonrakı ipoteka müqaviləsi) predmeti isə daşınmaz əmlakdır. Eyni zamanda həmin daşınmaz əmlak İddiaçı ASC-nin Mərkəzi Bankdan götürdüy ü kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da nəzərə alır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsa s təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3867/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3867/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver