Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3868/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi, vəkil xxx oğlunun iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1858/20 20 nömrəli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi, vəkil xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4196,40 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4226,40 manat pulun məcburi qaydada İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)2239/2019 nömrəli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1858 /2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanov - sədrlik edən və məruzəçi, hakimlər A.Q.Hüseynov və V.N.Sadıqovdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2239/2019 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı İB-nin etibarnamə əsasında nümayəndəsi, vəkil xxx kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1858/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi iddia çının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutları araşdırmamış, ekspert rəyinin qeyri-mötəbər olmasına baxmayaraq, həmin rəyi əsas götürərək, iddianı rədd etmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyibödəmədiyini araşdırmamış, təqdim edilmiş fotoşəkillərəmünasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin vəkili xxx oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və vəkili məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutar aq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən sonuncunun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı Bakı RQSD-nin əməkdaşları tərəfindən istehlakçıya məx sus fərdi yaşayış evində yoxlamalar aparılmış və qaz xəttinin üzərində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmasına istinad edilməklə tərtib edilmiş Təbii X1nın pozulması haqqında xx xxxxxxx 2017-ci il tarixli, ******* saylı akt əsasında 907,20 manat, xx xxxx 2017-ci il tarixli, ******* saylı akt əsasında 584,80 manat, xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akt əsasında 926,40 manat, xx xxxxxx 2018-ci tarixli ******* saylı akt əsasında 153,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 202,40 manat, xx xxx 2018-ci il tarixli, ******* saylı akt əsasında 288 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115, 20 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx xxxxxx 2018-ci il tarixli 017786 saylı akt əsasında 115,20 manat, xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx xxxxxxx 2018-ci tarixli ******* saylı akt əsasında 57,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx xxxxxx 2019cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx xxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx xxx 2019-cu il tarixli, 02125390 saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat məbləğləri ndə ziyan hesablanmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasənünvan 1 saylı yaşayış evinə baxış zamanı İddiaçı İB-yə məxsus paylayıcı qaz xəttindən yaşayış evinə doğru çəkilərək istifadə olunan sayğacdan kənar hər hansı qoşulma aşkar edilməmişdir. Paylayıcı qaz xəttinə birləşdirilməklə evin Cavabdeh yaşadığı hissəsinə doğru çəkilərək istifadəsiz saxlanılmış xətt vasitəsilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilibedilməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən həll edilə bilər. ünvan 1saylı yaşayış evinə İddiaçı İB-yə məxsus qaz xəttinin sayğaca qə dər olan hissəsindən hər hansı kənar qoşulma halı aşkar edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində göstərmişdir ki, cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə ist ehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehla kçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin77.1 və 77.2-ci maddələrinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az ol mayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçının sübut kimi istinad etdiyi aktların surətlərindən görünür ki, bütün aktlar birtərəfli qaydada iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh aktları imzalamamışdır. Aktlarda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı qanunsuz qoşulma faktını təsdiq edən sübut qismində təqdim etdiyi müxtəlif rakurslu bir neç ə fotolar əsasında onların hansı tarixlərdə, hansı ünvanda çəkildiyini və ya hansı akta aid olduğunu müəyyən etmək, o cümlədən, cavabdehin qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulduğu barədə birmənalı qənaətə gəlmək mümkün deyil. Həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019cu il tarixli rəyi ilə iddiaçının evinə qanunsuz qoşulmanın mövcudluğu təsdiq olunmamışdır. Odur ki, iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkıişinfaktikihallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər a rasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin nümayəndəsi, vəkil xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məh kəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1858/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3868/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3868/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver