Məhkəmə qərarları › İş №2(102)-3868/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3868/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3868/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 13.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3232/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi nə əsasən İddiaçı Cavabdeh 20 aprel 2020-ci il tarixədək qaytarmaq şərtilə 68.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. 2. 07 may 2022-ci il tarixli, 8İ-2446 nömrəli icra qeydinə əsasən, Bakı şəhəri, 19 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 68.000 manat pulun tutulması, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 68.025 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır.

3. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, 19 saylı notariat ofisinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və Bakı şəhəri, 19 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 07 may 2022-ci il tarixli, 8İ2446 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) 66.321 manat borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 66.321 manat ödənilməmiş öhdəliyi mövcuddur.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsində borcun məbləği 68.000 manat qeyd edilməsinə baxmayaraq, reallıqda 51.000 manat vəsait verilmişdir. Müqavilədə məbləğin artıq yazılmasında məqsəd ondan ibarət olmuşdur ki, müqavilədə borcun faizsiz götürülməsi göstərilməsinə baxmayaraq ümumi faiz məbləği hesablanmaqla cəmi borc 68.000 manat kimi qeyd edilmişdir. O, borcu tam şəkildə ödəmişdir. Lakin iddiaçıya pulu qaytararkən səhvliyə yol verərək rəsmiləşdirməmiş və ona inanmışdır. Onun iddiaçı ilə əvvəldə borc münasibəti olub və müqavilə olub. İndi olan müqavilədə ödəniş qaydası əvvəlki olan müqavilədə olduğu kimi həmin qaydada olub. Əvvəlki müqavilə üzrə olan borc məblə ği ödənilibdir. Qayda isə belədir ki, hər ay əsas məbləğin 3 faizi məbləğində aylıq ödəniş edilməli idi. Həmin 3 faiz isə 900 ABŞ dolları təşkil edirdi. İddiaçının bank kartının hesab nömrəsini bildiyi halda kart hesabına ödəməyərək, əlbəəl ödəməyinin səbəbi borc məbləğinin dollar valyutası ilə olması idi. Kart hesabına dollar ilə ödəniş etmək mümkün olmurdu. Həmçinin iddiaçı özü belə razılaşmışdır ki, məbləğ dollar ilə olduğu üçün pulu nağd şəkildə götürsün. Pulu iddiaçıya verərkən isə qəbz almamaqda səhv etmişdir. Onun iddiaçının bank kartına manat hesabı ilə köçürmə etməyi istisna hal idi, bu hal bir-iki dəfə olub, çünki həmin zaman əlində dollar vəsaiti olmamışdır. İddiaçı ödənişi dollar ilə tələb etmişdir. Hər ay özü şəxsən iddiaçıya 900 ABŞ dolları əlbəəl vermişdir. Digər şahid isə bir dəfə 24.00 ABŞ dolları iddiaçının evinə apararaq evində verib. Həmin şahid iddiaçını görsə tanıya biləcəkdir. Həyat yoldaşı da görüb ki, iddiaçı dəfələrlə evə gəlib və o, iddiaçıya dollarla ödəniş etmişdir. Verilmiş suallara əsasən bildirir ki, müqavilədə 68.000 manat kimi qeyd edilməsinin səbəbi o olmuşdur ki, hələ birinci kredit müqaviləsi bağlanan zamanda Nigar xanım bildirmişdir ki, bu sığortalamaq üçündür. İddiaçı ilə müqaviləni notariat kontorunda bağlamış və tam oxumuşdur. Həmin vaxt iddiaçı bank vasitəsi ilə həmin pulu köçürmüşdür. Müqaviləüzrəpulunalınmasıbarədəbankdakassaməxaricorderiniimzalamışdır. Hazıradək notariusun depozit hesabı vasitəsiilə pul qaytarmamışdır. Borc məbləğini nağd şəkildə götürmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahi ş edir.

7. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020ci il tarixdə 900 ABŞ dolları ödənilmişdir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)278/2024 nömrəli qətnaməsi ilə (hakim Əkbərli Günel) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 48.490 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 235,47 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin t əmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının bank hesabından olan çıxarışa əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 1.680 manat, iş üzrə dindirilmiş şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 8.650 manat, məhkəməyə təqdim olunmuş video görüntüyə əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 8.500 manat, məhkəməyə təqdim olunmuş audio yazıya əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 680 manat, ümumilikdə isə 19.510 manat məbləğində pul qaytarılmışdır. Bu hal nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin iddiaçıya ödənilməmiş (68.000-19.510=) 48.490 manat məbləğində borcu var.

10. Cavabdeh həmin borcun da qaytarıldığını b ildirmişdir və bu zaman sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlara istinad etmişdir. Lakin həmin yazışmalarda və səsli mesajlarda borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, borcun tam məbləğdə ödənilməsi faktı öz təsdiqini tapmamışdır. Yəni danışıqlarda ödənişlə bağlı görüşlə bağlı təkliflər olmasına baxmayaraq, konkret olaraq danışıqlardan sonra pul məbləğlərinin təhvil alınması təsdiq edilməmişdir.

11. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 385.1, 442, 739.1, 740.2-ci, MPMin 14.2, 77.1, 82.3, 217.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Əsasları iddiaya qarşı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qeyri-obyektiv, qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3232/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlə r Məmməd Məmmədov, sədrlik edən, məruzəçi, Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borcun qaytarılmasını sübut etmək vəzifəsi üzərinə düşən cavabdeh bu halı sübuta yetirə bilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin tam şəkildə ödənilməsi öz təsdiqini tapmamışdır. Yəni danışıqlarda ödənişlə, görüşlə bağlı təkliflər olmasına baxmayaraq, konkret olaraq danışıqlard an sonra pul məbləğlərinin təhvil alınması təsdiq edilməmişdir.

17. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 739.1, 740.2-ci, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına, habelə MPM-in14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasi ya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasındakı səs yazılarına qulaq asanda da aydın olur ki, tərəflər arasında 3 il borcun ödənilməsi ilə bağlı görüşlər olmuşdur. Əgər borcun ödənilməsi həyata keçirilməsəydi, İddiaçı 3 il sonra məhkəməyə müraciət etməzdir. 10.000 ABŞ dolları pulun İddiaçı ödənilməsinə dair sübut yazışmalarda açıq-aşkar görünsədə məhkəmə tərəfindən həmin məbləğ nəzərə alınmamışdır. Yazışmadan da görünür ki, Cavabdeh İddiaçı 10.000 dolları ödəyəcəyini və bunun üçün sabah görüşmək lazım olduğunu bildirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 38 5.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdir sə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

28. Maddə 407.2. Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiyabaxışınınhədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (vəya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya ş ikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 20 aprel 2020-ci il tarixədək qaytarmaq şərti ilə 68.000 manat məbləğində borc vermiş və sonradan cavabdeh həmin puldan iddiaçıya ayrı-ayrı vaxt darda cəmi 19.510 manat məbləğində pul qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 48.490 manat məbləğində borcu vardır. Ona görə də iddia qismən təmin olunmalıdır.

35. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində iddiaçıya əlavə olaraq 10.000 ABŞ dolları məbləğində pul qaytardığını və lakin həmin məbləğin nəzərə alınmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassa siya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2(103)3232/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar