Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3869/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3869/2023 Açar söz: kassasiya şikayəti ilə müraciət etmək hüququ, kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 202 3-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş üzrə cavabdehlər iddiaçının yaxın qohumları olmaqla Cavabdeh iddiaçının anası, X5 isə iddiaçının bacısıdır. 2. 21.08.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 3ı mənzili Cavabdeh satmışdır. Sonradan onun müraciətinə əsasən həmin mənzil qızı X3 adına rəsmiləşdirilmiş və mənzil üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. N küçəsi ev 25, 38 saylı mənzil İddiaçı əri olan X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
4. X6 adına ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinə dair JN13988D KOD 00306016 nömrəli torpağın mülkiyy ətinə verilməsinə dair şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 2 ünvan ünvan 3ı mənzil) təmirinə çəkilmiş 51802,63 manat pulun cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından, 40000 manat pulun isə müştərək qaydada cavabdehlər Cavabdeh və X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Müstəqil tələb irəli sürən şəxs X5 cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh qismində anası Cavabdeh qarşı mənzil ilə bağlı pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin rədd olunması və İddiaçı ailə üzvləri və şəxsi əmlakları ilə birlikdə mübahisə predmeti olan N saylı mənzilindən (indiki N mənzildən) məcburi qaydada çıxarılması və onun həmin mənzilə köçürülməsi, habelə əldən çıxmış gəlirinin əvəzi olaraq 6000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən şəxs X3 cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi təmin edilməmiş, hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərə aid edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi Raminə X1rşı 51802,63 manat pul tələbinə aid hissədə l əğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmuş, cavabdeh X2 27469,5 manat pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (Vəkil5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin – cavabdeh X2 27469,5 manat pul vəsaitinin tutulub İddiaçı verilməsi hissəsində ləğv olunması və yenidən baxış üçün apellyasiya instansiya m əhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilən iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Etiraz apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri t əmin olunmadığı hallarda şikayət verə bilərlər.
17. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Raminə X1rşı 51802,63 manat pul tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmuş, cavabdeh X2 27469,5 manat pul və saitinin tutulub İddiaçı verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin – cavabdeh X2 27469,5 manat pul vəsaitinin tutulub İddiaçı verilməsi hissəsində ləğv olunmasını və yenidən baxış üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti 12 sentyabr 2023-cü il tarixli qərardadla icraata qəbul olunsa da, sonradan müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
21. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərarda dlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
22. Baxılan iş üzrə kassasiya şikayəti vermiş şəxs cavabdehlərdən biridir və ona dair iddia tələbinin təmin olunmaması barədə qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, MPM-in 403.1-ci maddəsinə əsasən Cavabdeh digər cavabdehə münasibətdə iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur.
23. Ona görə də, kassasiya şikayətinin icraata qəbulu barədə qərardad Cavabdeh kassasiya şikayətinin icraat qəbul edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş kassasiya baxışından çıxarılaraq, kass asiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
25. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2565/2023 nömrəli mülki iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinin icraata qəbul edilməsi hissəsində Ali Məhkəmənin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş həmin hissədə kassasiya baxışından çıxarılsın. Həmin kassasiya şikayətinin qaytarılması üçün 2(102)-3869/2023 nömrəli mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.