Məhkəmə qərarları › İş №2(102)-3872/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3872/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3872/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13636/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elçin Ağayev) xx xxxxxx 2018-ci il tarixli 2(010)-867/2018 saylı qətnaməsi ilə ilk iddian ın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə 3M-91 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin etibarsız sayılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərcləri - 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia üzrə məhkəmə xərclərinin İddiaçıin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüseynov) 2(103)-5386/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx x 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) 2(102)7213/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli 2(103)1616/19-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri S uraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia üzrə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Cavabdeh2 qarşı “onunla Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə 3M-91 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 343430 manat məbləğində borc tutularaq Cavabdeh2e verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalba lıyev, Ələkbər Əliyev) 2(102)-6156/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Tofiq Səmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-867/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası r ədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı 343430 manat pulun alınaraq Cavabdeh2e verilməsi qət olunmuş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə 3M-91 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı arvadı X5 “XXXi”ndə ortağıdır. X7 ilə Cavabdeh2 birlikdə həmin şirkətdə dərman vasitələrinin satışı ilə məşğul olmuşlar. xx xxxx 2015-ci il tarixdə Cavabdeh2 id diaçının arvadı X7dan 100000 ABŞ dolları məbləğində borc almış, həmin borcu qaytaracağına dair yazılı qəbz verməklə üzərinə öhdəlik götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Buna baxmayaraq, onların sözügedən şirkətdə birgə fəaliyyətləri davam etmişdir. Bir müddət sonra Cavabdeh2 təklif etmişdir ki, vətəndaşı olduğu Türkiyə dövlətində başqa bir şəxsdən alacağı yüksək məbləğdə pulun olmasını təsdiq edən rəsmi sənəd təqdim etməklə banklardan kredit almaq mümkündür və bu mənada onlar arasında belə bir borc müqaviləsi bağlanarsa həmin müqavilə əsasında Türkiyədə yüksək məbləğdə kredit götürüb X7ya olan 100000 ABŞ dolları borcunu da dərhal qaytara bilər. İddiaçı “XXXi”nə heç bir aidiyyəti olmadığı, onunla Cavabdeh2 arasında iş birliyi olmadığı halda o, cavabdeh İddiaçıin səmimiliyinə inanıb xx xxxx 2016-cı il tarixdə onunla 343430 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlamış və həmin müqavilə Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə təsdiq edilmişdir. Müqavilədə İddiaçıin iddiaçıya qeyd edilən məbləğdə borc pul verməsi göstərilsə də, cavabdeh İddiaçı iddiaçıya pul verməmişdir. Müqavilə ancaq və ancaq cavabdeh İddiaçıin həmin müqavilə əsasında Türkiyədə yüksək məbləğdə kredit götürməsi üçün, bir növ ona yardım etmək məqsədilə bağlanmışdır. Buna baxmayaraq uzun müddət keçsə də, cavabdeh İddiaçı borcunuqaytarmamış, üstəlik şirkətin fəaliyyətində də müəyyən problemlər yaranmışdır. Buna görə şirkətin həmtəsisçisi X7 mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda onun müraciəti araşdır ılır. Bundan bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh İddiaçı Cavabdeh1na müraciət edərək onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında icra qeydinin verilməsini tələb etmiş və notariat kontoru xx xxxxxx 2017-ci il tarixdə icra qeydi vermişdir. Bu barədə icra şöbəsindən verilmiş bildirişdən sonra iddiaçı anlamışdır ki, cavabdeh İddiaçı barəsində yanılmışdır. Hər ikisi kredit müqaviləsi üzrə pulun verilmədiyini bildikləri halda cavabdeh İddiaçı həmin müqavilə üzrə pul tələb etmişdir. Halbuki, o, mübahisəli müqaviləni İddiaçıə yardım məqsədilə, arvadı X7 ilə olan iş birliyinə güvənərək və kredit müqaviləsini heç bir vaxt ona qarşı istifadə etməyəcəyini zənn edərək bağlamışdır. Digər tərəfdən cavabdeh İddiaçıdə heç vaxt kredit müqaviləsində göstərilən məbləğdə pul olmamış, müqavilənin bağlanmasından bir müddət öncə İddiaçı arvadı A.Məmmədovadan özü 100.000 ABŞ dolları borc alıb bugünə kimi qaytarmamışdır. Əks halda başqa dövlətin vətəndaşı olan İddiaçı qeyd edilən məbləğdə pulu Azərbaycan Respublikasına gətirən zaman sərhəddə qeydiyyatdan keçirməli idi ki, bununla bağlı onun heç bir sübutu da yoxdur. Bakı şəhəri Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə verilmiş icra qeydindən dekabr ayının əvvəlində Suraxanı rayon İcra Şöbəsindən verilmiş bildiriş əsasında məlumatı olmuş iddiaçı dərhal, yəni xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 343430 manat məbləğində kredit borcunun və pul vəsaitini qanunsuz saxla maqla ondan faydalandığı üçün 24040 manat faizin, cəmi 367470 pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2016-cı il tarixdə onunla cavabdeh İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri Cavabdeh1 təsdiq edilmişdir. Müqaviləyə əsasən o, İddiaçı 343430 manat borc pul vermişdir. İddiaçı öhdəsinə götürmüşdür ki, aldığı borcu xx.xx.2016-cı il tarixə kimi geri qaytaracaqdır. O, kredit müqaviləsi üzrə 343430 manatı İddiaçı versə də, İddiaçı üzərinə götürdüyü öhdəliyi pozmuş, borcunu bugünə kimi qaytarmamışdır. Belə olan halda həmin borc cavabdeh İddiaçı məcburi qaydada alınaraq ona verilməlidir. Bundan başqa, nəzərə alınmalıdır ki, İddiaçı pulu vaxtında qaytarmayıb ondan faydala ndığına görə faizlər də ödəməlidir. Faizlərin məbləği 24040 manatdır. Sözügedən kredit müqaviləsi qanunun tələblərinə uyğun şəkildə bağlanmış, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh2 özünün də etiraf etdiyinə görə İddiaçı heç bir pul vəsaiti verməmişdir. Balayevlə onun bağladığı müqavilə, əslində onun arvadı ilə birgə kommersiya fəaliyyətin dən irəli gələn borcun təminatı olaraq rəsmiləşdirilmişdir. Yəni, ilk cavabdeh, əqdin uydurma olduğunu təsdiq edən məlumatı məhkəməyə özü də bildirmişdir.İlkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmək zəruridir ki, ilk iddiaçının qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin uydurma olduğu, həmin kredit müqaviləsi üzrə notarius tərəfindən icra qeydinin verilməsi barədə icra məmuru tərəfindən icra hərəkətləri edildikdən sonra ilk iddiaçıya məlum olmuşdur. Belə ki, müqavilə üzrə icra qeydinin verildiyi ona 2017-ci ilin noyabr ayında məlum olmuş, həmin ilin dekabr ayında isə iddia ərizəsi ilə məhkəməsə müraciət etmişdir.Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gü ndən başlanır. Beləliklə, ilk iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan ba xılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidi r. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izhatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə 3M-91 saylı reyestrlə təsdiq olunmuş kredit müqaviləsinə əsasən, borc verən Cavabdeh2lə borc alan İddiaçı arasında kredit müqaviləsi bağlanmış və İddiaçı İddiaçı 343430 manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan İddiaçı krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 hər hansı bir məbləğdə borc almadığını, müqavilənin yalan əqd olduğunu qeyd edərək həmin müqavilənin etibarssız hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 isə həmin müqaviləyə istinad edərək İddiaçı 343400 manat pulu və 24040 manat faiz borcu tələb edir. Tələbin faiz borcunun tutulması hissəsinin rədd edilməsi qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilmir. Apelyasiya instansiyası məhkəməsi ilk iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı özünün və arvadı X7nın qarşılıqlı iddiaçıya hər hansı bir məbləğdə borcu olmadığını, müqavilənin yalan əqd olduğunu qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bununla belə, Cavabdeh2 İddiaçı arvad ı X7 ilə “XXXi” ndə ortaq kimi dərman vasitələrinin satışı ilə məşğul olmaları ilə bağlı münasibətlərdə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki ilk və qarşılıqlı iddiaların predmeti olmamışdır. İlk iddianın predmeti kredit müqaviləsinin etibarsızlığı tələbi, qarşılıqlı iddianın predmetini isə notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçının mövqeyini əsaslı hesab etmək olmaz. İlk iddiaçı da notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Belə ki, ilk iddiaçı bunu arvadı X9 Dölekin 100000 ABŞ dolları borc alması, uzun müddət keçməsinə baxmayaraq borcunu qaytar madığı, bir müddət sonra vətəndaşı olduğu Türkiyə dövlətində başqa bir şəxsdən alacağı yüksək məbləğdə pulun olmasını təsdiq edən rəsmi sənəd təqdim etməklə banklardan kredit almağın mümkün olduğunu, bu mənada onlar arasında belə bir borc müqaviləsi bağlanarsa həmin müqavilə əsasında Türkiyədə yüksək məbləğdə kredit götürüb X7ya olan 100000 ABŞ dolları borcunu da dərhal qaytara biləcəyini, onunla Cavabdeh2 arasında iş birliyi olmadığı halda İddiaçıin səmimiliyinə inanıb xx xxxx 2016-cı il tarixdə onunla 343430 manat məbləğində kredit verilməsinə dair Bakı şəhəri Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə müqavilə bağladığını, müqavilədə İddiaçıin iddiaçıya qeyd edilən məbləğdə borc pul verməsi göstərilsə də, pulun verilmədiyini, müqavilə ancaq və ancaq cavabdeh İddiaçıin həmin müqavilə əsasında Türkiyədə yüksək məbləğdə kredit götürməsi üçün, bir növ ona yardım etmək məqsədilə bağlandığını qeyd etsə də, bu halların həqiqiliyi təsdiq edilmədiyindən inandırıcı və ağlabatan hesab edilə, müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi müqavilənin icra müddətinin başa çatdığı vaxtdan təxminən 1 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh2 müraciəti əsasında Bakı şəhəri Cavabdeh1 tərəfindən icra qeydi verildikdən sonra İddiaçı kredit müqaviləsinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmış və bu zaman tələbini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 340.2-ci maddəsinə, yəni aralarında yalan əqd bağlandığına istinad etmişdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nə zərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı kredit müqaviləsini yalan əqd hesab etsə də, onda həmin müqaviləni bağlamaqla hansı əqdi pərdələmək niyyətində olduqlarını göstərməli və həmin əqdə aid qaydaların tətbiq olunmasını tələb etməli olduğu halda bunu etməmiş, iddia tələbini Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə uyğun əsaslandırmamış və məhkəmə instansiyalarında verdikləri izahatlarında həmin tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd eymişdir ki, Mülki Məcəllənin 340.1ci maddəsinə əsasən mübahisələndirilən kredit müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəs b etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Hazırkı kredit müqaviləsinin uydurma əqd olduğunu yalnız ilk iddiaçı iddia edir. Müqavilənin digər tərəfi isə əksinə bu müqavilənin etibarlı əqd olduğunu israr edir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durur və onu bağlamaqla ilk iddiaçı başa düşüb və dərk edib ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onunüçün vəzifə, öhdəlik əmələ gələcək. Kredit müqaviləsinin bağlandığı gün İddiaçı ərizə ilə notariat konturuna müraciət etməklə həmin ərizədə də Cavabdeh2 343430 manat məbləğində kredit almasını etiraf etmiş və müqavilənin sənədləşdirilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçının bu müqaviləni bağlamaqla başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi isə təsdiq olunmamışdır. Əksinə Cavabdeh2 birgə fəaliyyətlərinə son qoyulduğuna görə X7da qalmış dərmanların alınmasına sərf etdiyi pul vəsaitini birgə hesabladıqdan sonra borcun 343430 manat olmasını müəyyən edərək X7nın və əri İddiaçı ümumi razılığı ilə müqaviləni sonuncu ilə bağladığını səmimi olaraq bəyan etmişdir. Apelyasiya icraatı zamanı dindirilmiş X7 ifadəsində Cavabdeh2la dərma n satışı ilə bağlı biznesinin olduğunu, lakin 2016-cı ildən işləmədiyini, Cavabdeh2 borcu olmadığını, ilkin iddiaçının müqavilə bağladıqdan sonra bu barədə məlumatı olduğunu bildirmişdir. Göründüyü kimi, X7nın bildirdikləri ilə İddiaçı iddia tələbində göstərdikləri arasında açıq-aşkar ziddiyyət olmuşdur. Çünki, İddiaçı kredit müqaviləsini Cavabdeh2 arvadı X7ya borcu olduğuna görə bağladığını iddia etmiş, arvadı isə ərinin məhz onun Cavabdeh2la olan biznes fəaliyyətinə görə bağlanmış bu kredit müqaviləsindən məlumatı olmadığını bildirmişdir. Bundan əlavə, kredit müqaviləsi bağlanarkən göstərilən məbləğ tərəflər arasında mübahisə doğurmadığından, yəni İddiaçı arvadı X10 Hasana 343430 manat məbləğində borcunun olmasını qəbul etdiyindən, tərəflər arasında müvafiq hesablaşmaların aparılması bar ədə sübutların təqdim olunmasına zərurət qalmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi müddətin keçdiyini qəbul etsə də Mülki Məcəllənin 382-ci maddəsinə istinad edərək, yəni ilk iddiaçının şəxsiyyəti ilə bağlı xəstəliyini üzrlü hal hesab edərək bərpa etmişdir. Bu zaman İddiaçı göstərdiyi hüquqi əsasa deyil (340.2ci maddə), özünün müəyyən etdiyi hüquqi əsasa (340.1-ci maddə) istinad edib müqavilənin etibarsız sayması və bu zaman Mülki Məcəllənin 354.1-ci maddəsində əqdin etibarsızlığı nəticələrinin tətbiqi üçün müəyyən olunmuş 1 illik müddətin ötürülməməsi barədə iddia müddətinə aid Mülki Məcəllənin 372.1,372.2, 375.2, 377.1 və 382-ci maddələrinə istinad etməklə nəticəyə gəlməsi əsassız olmuşdur. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsind ə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisəli kredit müqaviləsi xx xxxx 2016-cı ildə bağlanmış, onun etibarsızlığı barədə iddia isə İddiaçı tərəfindən 2017-ci ilin dekabr ayında, təxminən 1 il 9 aydan sonra qaldırılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən ilk iddia üzrə cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək ilk iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı iddianın Mülki Məcəllənin 354-cü madd əsində müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. İlk iddiaçı isə qeyd olunduğu kimi buraxılmış müddətin üzrlü hesab olunması barədə ərizə vermiş və məhkəmə də bu müddəti bərpa etmişdir.. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, ilk iddiaçı isə müqavilənin bağlandığı vaxtdan 1 il 9 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi yaxud bu müddətin bərpa edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur və həmin müddətin bərpası da ərizə ilə təmin edilə bilməz. Çünki, b u müddət kəsici müddət olduğundan onun keçməsi iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apelyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Mə hkəmə kollegiyası bu qiymətləndirə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13636/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar