Məhkəmə qərarları › İş №2(102)-3876/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3876/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3876/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: pul tələbi, bəyənmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-310/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra –cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verdiyi 79925 manat məbləğində pulun alınıb ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi X3 vasitəsi ilə tanımışdır. O, Mingəçevir şəhərində spirtli içkilərin və mineral suların topdan satışı ilə məşğul olduğunu bildirmiş, gələcəkdə oğlunu da bu işə cəlb edərək, yaxşı gəlir əldə edəcəyini söyləmişdir. Sonradan biznesini gücləndirmək məqsədilə ona 87925 manat pul vermiş, həmin puldan 8000 manatını qaytarmış, hazırda 79925 manat borcu qalmışdır. Pulun bir hissəsi, yəni 23800 manat və 600 0 ABŞ dolları X2 iştirakı və şahidliyi ilə verilmişdir. Bununla bağlı şahidin imzası ilə qəbz də vardır. Hər dəfə cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş və pulun ödənilməsindən yayınmışdır. Cavabdeh, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan aldığı pulu ona qaytarmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdəki (23800 manat və 6000 ABŞ dolları) imzalar onundur. Lakin iddiaçının qeyd etdiyi rəqəmlər şişirdilmiş rəqəmlərdir. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, həm iddiaçını, həm də cavabdehi yaxından tanıyır. Hər ikisi ilə yaxşı münasibəti vardır. Həqiqətən də Mingəçevir şəhərində spir tli içkilərin və mineral suların topdan satışı ilə məşğul olmuşlar. Bizneslərini gücləndirmək məqsədi ilə iddiaçıdan pul almışlar. Sonra işlədikləri müddətdə həmin pulların müəyyən miqdarını qaytarmışlar. Lakin nə qədər pul qaytardığını bilmir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzdə qeyd olunmuşdur ki, Kərimov X1 Fərid Yusif oğlunun şahidliyi ilə birgə biznes qurmaq üçün İddiaçı 23800 manat və 6000 ABŞ dolları məbləğində pul almışdır və bunu imzası ilə təsdiq edir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 09 sentyabr 2020-ci il tarixli, 4/513 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 29-cu vərəqinin orta hissəsində 24 yanvar 2019-cu il tarixli sənəddə “xxxx” yazısı önündəki imza, 30-cu vərəqinin orta hissəsində 6 yanvar 2019-cu il tarixli sənəddə “verdim ” yazısı qarşısındakı imza, 31-ci vərəqinin orta hissəsində 6 yanvar 2019-cu il tarixli sənəddə “6/12019” rəqəmlərinin qarşısındakı imza və 32-ci vərəqində 1 aprel 2018-ci il tarixli sənəddə “Cavabdeh “ yazıları qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-751/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 14090 manat və 29265 ABŞ dolları məbləğində pulun alınıb, qətnamə icra olunan günə olan manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməsi, iş üzrə 126 manat məbləğdə ekspertiza xərcinin cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmi şdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 79925 manat məbləğdə pul tələb etsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 14090 manat və 29265 ABŞ dolları məbləğində borcu qalmışdır. Ona görə də iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 14090 manat və 29265 ABŞ dolları məbləğdə pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.2, 6.1.5, 14.2.1, 324.1, 324.5, 329.2, 329.3, 385.1, 389.1, 390.1, 439.1, 439.2, 448.1, 739.1, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 8 8, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan pul almışdır. Ancaq aldığı pulu tamamilə qaytarmışdır. Aldığı pulla bağlı qəbz yazmışdır. Həmin qəbzdə 6000 ABŞ dolları və 23800 manat qeyd etdiyini bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticəni işin həqiqi hallarına uyğun hesab etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ca vabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də sahibkarlığını genişləndirmək məqsədilə iddiaçıdan 23800 manat və 6000 ABŞ dollar məbləğində borc pul almış, bu barədə sadə yazılı qəbzə imza da etmişdir. Lakin həmin pulun bir qismini hissə-hissə qaytarmışdır. Hesablamasına görə onun cavabdehə 14000 manat borcu qalmalıdır. Cavabdeh isə ondan əlavə faiz tələb edir. Birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmadan, qeyri-obyektiv qərar vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-310/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 23800 manat və 6000 ABŞ dollarının ödəniş günü üçün Azərbaycan manatına məzənnəsi üzrə alınaraq iddiaçıya verilməsi, iş üzrə 126 manat məbləğdə ekspertiza xərcinin cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarının 29-31-ci səhifələrindəki rəqəmlərə istinad edərkən öz mövqeyini tam açıqlamamış, yalnız həmin vərəqlər üzərindəki imzanın cavabdehə məxsus olmasına istinad edərək hazırkı qənaətə gəlmişdir. Məhkəmənin qət olunmuş məbləğləri müəyyən edərkən nəyə istinad etməsi sual doğurur. Həmin vərəqlərdəki imza cavabdehə məxsus olsa da belə, mahiyyətindən görünür ki, bu daha çox borc pulun götürülməsinə deyil, haqq-hesab aparılmaya dəlalət edir. Çünki həmin vərəqlərdə olan yazı və rəqəmlər aydın və başa düşülən deyil, həmçinin digər şəxslərin adı qeyd edilmiş, sonda əksər yazıların üzərindən “ Z və X” işarələri çəkilmişdir. Belə olan halda, həmin “qəbz”lər kifayət qədər şübhə doğurduğundan iddiaçının xeyrinə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla belə məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olsa da, iddia tələbinin tam rədd edilməsi üçün ə sas deyildir. Belə ki, cavabdeh özü iddiaçıdan 23800 manat və 6000 ABŞ dollar məbləğində borc pul aldığını və bununla bağlı qəbzə imza etdiyini etiraf etmiş, iddiaçıya olan borcundan bir hissəsini (məbləği açıqlaya bilmir) ödədiyini, hesablamasına görə 14000 manat qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qeyd olunmuş məbləğlərdə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425, 442, 739.1, 740-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən tərəflər kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və onlara etirazın dəlilləri, məhkəmə icraatı a) İddi açının kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə səhv və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə ekspertin rəyini nəzərə almamış, heç bir əsas olmadan apellyasiya şikayətini qismən təmin etmişdir. Kassator göstərmişdir ki, hər dəfə cavabdehə pul verərkən özündə qeydlər aparmış və cavabdeh də ondan aldığı pullara görə qəbzə imza etmişdir. Bu hal, ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin əsası kimi MPM-in 14.2, 76.1, 77.1, 88, 97.1-ci maddələrinə istinad olunmuşdur. b) Cavabdehin kassasiya şikayət inin dəlilləri Cavabdeh (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin əhəmiyyətli hallarına düzgün hüquqi qiymət verməmişdir. Kassator göstərmişdir ki, sələmçi kimi tanıdığı iddiaçıdan müxtəlif vaxtlarda borc pul götürmüş, hər dəfə faizi ilə birlikdə qaytarmışdır. Sonradan onunla iş birlikləri olmuşdur. Bundan sonra ondan borca pul almamışdır, aralarında hər hansı müqavilə bağlanmamışdır. Apellyasiya məhkəməsi münasibətlərə Mülki Məcəllənin 739.1, 740-cı maddələrini tətbiq etməklə səhvə yol vermişdir. Tərəflər arasında ikitərəfli müqavilə olmayıb, sübut kimi istinad olunan qəbzdə isə iki tə rəfin iradə ifadəsi yoxdur. Həm birinci, həm apellyasiya instansiyası məhkəməsində iddiaçı ilə aralarında biznes münasibətlərinin olduğunu, iddiaçıdan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün pul aldığını qeyd etsə də, məhkəmələr bunu nəzərə almamışlar. Məhkəmə ekspert rəyini, iddiaçının izahatını hər hansı bir sübutla yanaşı yoxlamamışdır. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 389, 425.1, 425.2, 449.1, 560.1, MPM-in 9.1, 9.2, 14.1, 47.2, 77.1, 88, 106.1, 175.1-ci maddələrinə istinad olunmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur (maddə 355.2). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1). Bu zaman büt ün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox dursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740-cı maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq olunmadığı barədə dəlillərinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərinin təfsiri zamanı təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, onun digər şərtləri ilə müqayisəsi nəzərə alınmalıdır. Bu zaman müqaviləyə qədərki danışıqlar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri də vacib əhəmiyyətə malikdir. Eyni zamanda mülki qanunvericilik tərəflərdən birinin müqavilə bağlanarkən iradəsini ifad ə etmədiyi, lakin sonradan bəyəndiyi (razılıq verdiyi) əqdin də etibarlı müqavilə kimi qiymətləndirilməsini istisna etmir və belə əqdlərin bağlandığı andan geriyə təsir qüvvəsinə malik olduğu barədə qayda müəyyən edir. Eyni zamanda qanun belə razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsini tələb etmir (Mülki Məcəllənin 355.2 və 357-ci maddələri). Bu baxımdan borc verilməsi ilə bağlı tərəflərdən birinin birtərəfli qaydada imzaladığı əqdi digər tərəfin bəyənməsi tərəflər arasında etibarlı borc müqaviləsi kimi qiymətləndirilə və həmin mübahisələrə borc hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilər. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri, habelə iddiaçının kassasiya şikayəti məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-310/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar