Məhkəmə qərarları › İş №2(102)-3876/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3876/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3876/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2275/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 24 oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 113.000 manat məbləğində pulu borc olaraq vermiş, Cavabdeh həmin məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. 2. xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə İddiaçı Cavabdeh 73.500 manat məbləğində pulu borc olaraq vermiş, sonuncu həmin məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. Tərəflər kreditlərin faizsiz verilməsini şərtləşdirmişlər.

3. Mübahisə həmin müqavilələr üzrə öhdəliyin icra edilməsi ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı” ) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 113.000 manat məbləğində əsas, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5 faiz dərəcəsi ilə hesablanmış 11.300 manat məbləğində faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə isə 73.500 manat məbləğində əsas, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5 faiz dərəcəsi ilə hesablanmış 7.350 manat məbləğində faiz borcu olmaqla, cəmi 186.500 manat məbləğində əsas borc, 18.650 manat məbləğində borcunun, ümumilikdə 205.150 manat məbləğində vəsaitin cavabdehdən iddiaçını n xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Kredit müqavilələrinə əsasən cavabdehə müvafiq olaraq 113.000 və 73.500 manat məbləğində borc vermişdir. Kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmək üçün cavabdehə 2 ay müddət (müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixinə qədər) verilməsinə baxmayaraq, cavabdeh hazırki dövrə qədər öhdəliklərini icra etməmişdir.

6. Kredit müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndəril məsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atmamış və müxtəlif bəhanələrlə (guya borcun olmaması, bir müddət sonra ödəcəyi və s.) öhdəliklərini icra etməkdən yayınmışdır.

7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, əslində müqavilələr yalan əqddir. Borc məbləğinin müəyyən hissəsi qaytarılıb. Hazırlıq iclasında iştirak edə bilmədiyi üçün sənədlər təqdim etmək istəyir. Bununla bağlı şifahi vəsatəti vardır. Belə ki, borc məsələsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iş olub. Hər iki tərəf dindirilib və iddiaçı ödənişləri etiraf edib. Həmin iş sorğu verilərək götürülməlidir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4645/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Mikayil oğlunun xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 113.000 (yüz on üç min) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faiz dərəcəsi ilə hesablanmış 11.300 (on bir min üç yüz) manat faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 73.500 (yetmiş üç min beş yüz) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faizlə hesablanmış 7350 (yeddi min üç yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 205.150 (iki yüz beş min yüz əlli) manat pul vəsaitinin tutularaq ödənilməsi, iş üzrə ödənilmiş 600 manat dövlət rüsumunun 495.14 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, artıq ödənilmiş 104.86 manat dövlət rüsumunun iddiaçının özünə qaytarı lması qət edilmişdir. (hakim Tural Məmmədov)

9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında notarial qaydada iki kredit müqaviləsi imzalanmışdır. İşin halları ilə həmin əqdlərin tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədiyinə dair xüsusatlar müəyyən edilmir. İşin halları ilə, həmçinin müəyyən edilir ki, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına riayət edilməklə bağlanmışdır. Cavabdeh tərəf müqavilələrin etibarsızlığına dəlalət edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Çünki, cavabdehin həmin müddət ərzində iddiaçıya məxsus pul məbləğini özündə saxlamağının heç bir hüquqi əsası olmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddianı əsassız şəkildə təmin etmiş, işin əsasını təşkil edən halları kifay ət qədər araşdırmamış, mülki işə iddiaçının mövqeyindən və çox səthi yanaşmış və əsassız qətnamə qəbul etmişdir; - ədalətli məhkəmə qərarının qəbul edilməsinin əsas şərtlərdən biri də çəkişmə prinsipinə əməl olunmasıdır. Cavabdeh sonuncu məhkəmə prosesi təyin olunacaq gün məhkəmə iclasına gecikəcəyi barədə qabaqcadan məlumat verərək prosesin vaxtının dəyişdirilməsini xahiş etsə də, məhkəmə bu xahişi nəzərə almamışdır. Buna baxmayaraq, məhkəmə nə cavabdehin özünün, nə də onun vəkilinin iştirakı olmadan işə baxmış və cavabdehin əleyhinə qərar qəbul etmiş, cavabdeh tərəfin hüquqlarını pozmuşdur; - tələb olunan borc məbləğinin 115.000 manat hissəsi geri qaytarılmışdır, həmin borc məbləğinin müqabilində cavabdeh iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 kv.m sahəsi olan mənzi l vermiş, mənzilin dəyəri kimi borc məbləğindən 50.000 manat silinmişdir; - bundan başqa iddiaçı ilə qarşılıqlı razılaşmaya əsasən malların götürülməməsi şərti ilə müvəqqəti istifadə üçün 41.300 manat pul vəsaitinin iddiaçıya məxsus "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Daha sonra noyabr ayının sonlarında 20.000 manat da ödənilmişdir; - son məhkəmə iclaslarında iştirak edə bilmədiklərindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma materiallarının məhkəmə tərəfindən tələb olunması barədə vəsatət verə bilməmişlər. Məhkəmə isə bu halı kifayət qədər araşdırmadan bir məhkəmə baxış iclasına mülki işi yekunlaşdırmışdır; - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin iddiaçıya 205.150 manat borcu olduğu göstərilir. Məhkəmə iddia tələbini əsaslandıran i ddiaçının azad fikirlərini və söz yığınından ibarət izahatını əsaslı hesab etmiş və cavabdehə hüquq tanımadan qərar qəbul etmişdir. Halbuki, növbəti məhkəmə iclasında cavabdehin iştirakı təmin edilsəydi, vəsatət təqdim ediləcəkdi, hansı ki həmin vəsatət qətnamənin ağlabatan dərəcədə dəyişməsi ilə nəticələnəcəkdi.

14. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırmanın nəticələrinə dair materialların tələb olunması barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini nəzərə alaraq həmin materialları cavabdeh tərəfin vəsatəti əsasında sorğu verərək əldə etmiş və iş materiallarına əlavə etmişdir.

15. Həmin materiallara əlavə edilmiş iddiaçının İdarəyə ünvanlanmış ərizələrinə əsasən cavabdeh iddiaçıya borclu olan məbləğdən 30.000 manat məbləğində də ödəniş etmiş və nəticədə cavabdehin iddiaçıya 106.000 manat məbləğində borcu qalmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2275/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 106.000 manat məbləğində borc və gecikdirilmiş vaxt üçün (iki il) illik 5% hesablanan faiz məbləği 10.600 manat olmaqla, cəmi 116.600 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Aki f İsgəndərov, Vahid Sadıqov)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, iddiaçının bu halların araşdırılması ilə bağlı vəsatəti təmin edilməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı iddiaçının həmin İdarəyə ünvanlanmış ərizəsinə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya olan borcu hazırda 106.000 manat təşkil edir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən cavabdehin ümumi borc məbləğindən ödənişlərinin edilməsi tarixlər i və məbləğləri dəqiq göstərilmədiyinə görə, iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması” hissəsi borcun məbləği 106.000 manat götürülməklə qismən təmin edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında kredit müqavilələri üzrə borcun qaytarılmasının son tarixi xx.xx.2020-ci il razılaşdırılmış, iddiaçı məhkəməyə xx.xx.2022- ci il tarixdə, yəni iki ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. İki il üçün 5% isə 10.600 manat təşkil edir (106.000 x 5% = 5.300, 5.300 x 2 il = 10.600 manat).

21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində tələb olunan borc məbləğinin 115.000 manat hissəsinin geri qaytarılması, həmin borc məbləğinin müqabilində iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 kv.m sahəsi olan mənzilin verilməsi, mənzilin dəyəri kimi borc məbləğindən 50.000 manat silinməsi barədə dəlillərini, bununla bağlı sübutların olmaması əsası ilə qəbul etməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin 41.300 manat pul vəsaitinin iddiaçıya məxsus "xxxx" MMC-nin bank hesabına köçürülməsi barədə dəlillərin də əsassız sayaraq göstərmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 21/02 nömrəli alğı-satqı müqaviləsi "xxxx" MMC ilə "xxxx" MMC arasında malların alqısatqısına dair bağlanmış, həmin müqavilənin tərəflər arasında olan borcun ödənilməsi ilə əlaqədar bağlanıldığı müqavilə şərtləri ilə müəyyən edilmir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 427.2, 442, 443.1, 445.7, 448.1, 448.2, 739.1, 740.2-ci, Mülki prosessual Məcllənin 142., 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddiaçıya borclu olduğu 55300 manat pulun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7-ci maddələrinə əsaslanaraq iddianı təmin etmişdir; - cavabdeh tələb olunan borc məbləğinin 115.000 manat hissəsi geri qaytarılmışdır. Sözügedən borc məbləğinin müqabilində cavabdeh iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 m2 sahəsi olan mənzil vermişdir. Mənzilin dəyəri kimi borc məbləğindən 50000 manat silinmişdir; - bundan əlavə iddiaçı ilə qarşılıqlı razılaşmaya əsasən malların götürülməsi şərti ilə müvəqqəti istifadə üçün 41.300 manat pul vəsaitinin iddiaçıya məxsus "xxxx" MMC-nin bank hesabına köçürlmüşdür; - daha sonra noyabr ayının sonlarında 20000 (iyirmi) manat da ödənilmişdir. İddiaçı bütün bu halları təhqiqat zamanı öz dili ilə etiraf etmişdir. Məhkəmə hazırkı işin əsasını təşkil edən bu halları kifayət qədər araşdırmamış, mülki işə iddiaçının mövqeyindən və çox səthi yanaşmış və əs assız qətnamə qəbul etmişdir. Halbuki, bu qeyd edilən halların mövcud olması işin hüquqi əhəmiyyətini kifayət qədər dəyişir; - noyabr ayında 20.000 manat pul verməsi və iddiaçının adına olan şirkətə 41.300 manat pul keçirməsi barədə sənədlər və sübutlar məhkəmə prosesində araşdırılmamış və nəticədə cavabdehin iddiaçıya 61.300 manat ödəməsi nəzərə alınmamışdır; Halbuki, 116.600 manatdan 61.300 manat çıxdıqda cəmi 55.300 manat borc qalmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 5.3 Mülki hüquq münasibətl ərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı Kreditor kredit müqaviləsindən irəli gə lən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasi ya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində cavabdeh iddiaçıya borclu olduğu 55000 manat pulun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışd ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, cavabdehin şikayətini qismən təmin etməklə borc məbləğini azaltmışdır.

32. İddia tələbi kredit müqavilələri əsasınd a borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqavilələrinə istinad etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 115.000 manat hissənin geri qaytarılması, həmin borc məbləğinin müqabilində iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 m2 sahəsi olan mənzilin verilməsi, mənzilin dəyəri kimi borc məbləğindən 50.000 manatın silinməsi, 41.300 manat pul vəsaitinin isə iddiaçıya məxsus "xxxx" MMC-nin bank hesabına köçürülməsi, bundan sonra 20000 manat da ödəməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

33. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə borcundan qeyd edilən məbləğdə pul qaytarmasını, bununla da hazırda borcunun 55300 manat qalmasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin dəlilləri də həmin hallarla bağlı olduğu üçün bu dəlillər əsassızdır.

34. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni tətbiq edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

35. Məhkəmə koll egiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2275/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar