Məhkəmə qərarları › İş №2(102)-3877/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3877/2019

04.06.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3877/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nın vəkili Bağırov Sadiq Tofiq oğlunun iştirakı ilə, iddiaçı x1nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(001)13885/2017 saylı qətnaməsi ilə (hakim T.Kərimov) iddianın qismən təmin edilməsi, cavabdehlər x2 və x3 tərəfindən iddiaçı x1nın ünvan 1evdən istifadəsinə yaradılan maneələ rin aradan qaldırılması, cavabdehlər tərəfindən iddiaçıya məxsus evdən əşyalarının çıxarılması, cavabdehlər x2 və x3ndan 2015-ci ilin oktyabr ayının 1-dən qətnamə icra edilənə qədər müştərək qaydada hər aya görə 250 manat kirayə haqqı və 50 manat kommunal xərcləri tutularaq iddiaçı x1na ödənilməsi, cavabdeh x3ndan 350 manat məbləğində pul yetirilmiş maddi zərərin əvəzi olaraq, 2000 manat məbləğində pulun isə yetirilmiş mənəvi zərərin əvəzi olaraq tutularaq iddiaçı x1 ödənilməsi, cavabdeh x3nun üzərinə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvan 1 ünvanının qapısına mülkiyyətçinin şəxsiyyətini alçaldıcı ifadələr yazılan kağızı yapışdırmaqla iddiaçı x1nın şərəf və ləyaqətini alçaltdığına görə həmin ünvan üzrə qonşular (ictimaiyyət) qarşısında iddiaçı x1ndan üzr istəməsi vəzifəsinin qoyu lması, cavabdehlər x2 və x3ndan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı x1na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1582/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.Hüseynova) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi iddiaçı x1nın cavabdehlər x2 və x3 qarşı - 2015-ci ilin oktyabr ayının 1-dən qətnamə icra edilənə qədər cavabdehlərdən müştərək qaydada hər aya görə 250 manat kirayə haqqının və 50 manat kommunal xərclərin tutulması, sayğacların və şüşələrin qırılması nəticəsində vurulmuş 350 manat zərərin cavabdeh x3ndan tutulması, həyətin qapısına yazdığı nalayiq söyüşlərə görə x3nun qonşular qarşısında ondan üzr istəməsi, qo nşular qarşısında şərəf və ləyaqətini alçaltması nəticəsində vurduğu mənəvi zərərə görə cavabdeh x3ndan xeyrinə 2000 manat pulun ödənilməsi tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, iddiaçı x1nın cavabdehlər x2 və x3 qarşı - 2015-ci ilin oktyabr ayının 1-dən qətnamə icra edilənə qədər cavabdehlərdən müştərək qaydada hər aya görə 250 manat kirayə haqqının və 50 manat kommunal xərclərin tutulması, sayğacların və şüşələrin qırılması nəticəsində vurulmuş 350 manat zərərin cavabdeh x3ndan tutulması, həyətin qapısına yazdığı nalayiq söyüşlərə görə x3nun qonşular qarşısında ondan üzr istəməsi, qonşular qarşısında şərəf və ləyaqətini alçaltması nəticəsində vurduğu mənəvi zərərə görə cavabdeh x3ndan xeyrinə pulun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, qətnamənin qalan hissədə, iddiaçı x1nın cavabdehlər x2 və x3 qarşı - cavabdehlər x2 və x3 tərəfindən iddiaçı x1nın ünvan 1evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehlər tərəfindən iddiaçıya məxsus evdən əşyalarının çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1582/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maneələrin aradan qaldırılması, cavabdehlər tərəfindən ona məxsus evdən əşyaların çıxarılması, 2015-ci ilin oktyabr ayının 1-dən qətnamə icra edilənə qədər cavabdehlərdən müş tərək qaydada hər aya görə 250 manat kirayə haqqının və 50 manat kommunal xərclərin tutulması, sayğacların və şüşələrin qırılması nəticəsində vurulmuş 350 manat zərərin cavabdeh x3ndan tutulması, həyətin qapısına yazdığı nalayiq söyüşlərə görə x3nun qonşular qarşısında ondan üzr istəməsi, qonşular qarşısında şərəf və ləyaqətini alçaltması nəticəsində vurduğu mənəvi zərərə görə cavabdeh x3ndan xeyrinə 10000 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2015-ci ilin sentyabr ayının 20-də ona məxsus Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 6-da yerləşən 30 saylı, 5 otaqdan ibarət fərdi evi almaq məqsədilə beh vermiş və həmin tarixdə n evə köçmüşlər. Ev ayrı giriş qapıları olmaqla 3 və 2 otaqlardan ibarətdir. Özü qızı ilə 3 otaqlı evdə yaşayırdı. İki otaqlı evi isə ayı 250 manata kirayəyə verirdi. Cavabdehlər 10 gün onun yaşadığı 3 otaqlı evdə yaşadılar. Sonradan xahiş etdilər ki, 2 otaqlı evdəki kirayəçiləri çıxarıb, onlara versin. Bir halda ki, beh vermişlər, təkliflərini qəbul etdi və 2015-ci ilin oktyabr ayının 1-də kirayənişinləri çıxarıb 2 otaqlı evi cavabdehlərə təhvil verdi. Lakin sonradan cavabdehlər evi almadıqlarından təklif etdi ki, behi götürüb evi boşaltsınlar. Cavabdehlər nə behi götürdülər, nə də ki evi boşaltdılar. Məcbur olub evin boşaldılmasına dair iddia qaldırdı. Həmin gündən onunla mübarizəyə başladılar. Əri vəfat edib, qızı ilə yaşayır, özü ağır xəstədir. Məqsədi evi satıb, müalicə olunmaq idi. C avabdehlərin günahı nəticəsində bu günə qədər evi sata bilməmişdir. Kirayədən hər ay qazandığı 250 manat gəlirdən məhrum olmuşdur. Evdə cavabdehlərdən başqa, x2 əri x4 və qızı x3 də yaşayırdılar. Onların əxlaqsız, insana yaraşmayan hərəkətləri nəticəsində öz evində yaşaya bilmir. Ondan qisas almaq məqsədilə elektrik enerjisini, suyu, qazı normadan dəfələrlə çox sərf ediblər. Bu azmış kimi evin satılmasının qarşısını almaq məqsədilə həyət qapısına nalayiq söyüşlər yazıb, onu qonşular qarşısında biabır ediblər. Qızı utandığından küçəyə çıxa bilmir. Cavabdehlər tərəfindən onlara külli miqdarda maddi, misilsiz mənəvi zərər dəyib. Bununla da kifayətlənməyərək bütün sayğacları, evin şüşələrini sındırıblar. Məcburiyyət qarşısında qalaraq Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdehl ərin əvəzinə kommunal xidmətlərə görə hər ay 50 manat vəsait ödəmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, yenidən məhkəməyə müraciət etmli olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə onun evdən çıxarma tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 yanvar 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 18 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməmiş və qanuni qüvvəsini almışdır. Qətnamə icraya yönəlməmiş, cavabdehlər 2 otaqlı evin qapılarını bağlayaraq, evi tərk etmişlər. Lakin əşyalarını çıxarmamışlar. Əksinə ona məxsus əşyaları yararsız hala salaraq həyətə atıblar. Nə ev i sata, nə də kirayəyə verə bilir. Səhhəti getdikcə ağırlaşır, maddi vəziyyəti pisdir. Bütün bunların səbəbkarı cavabdehlərdirlər. Vaxtında evi sata bilsəydi, kirayəyə versəydi bu qədər ziyana düşməzdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1582/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1nın vəkili Bağırov Sadiq Tofiq oğlu kassasiya şikayətini n dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2017-ci il tarixli 2(103)-1575/2017 saylı qətnaməsindən cavabdeh x2 və vəkiliQuliyev Elxan Ağalar oğlunun kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2017-ci il tarixli 2(102)-4333/2017 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarın təsviri hissəsinə əsasən iddiaçı x1nın cavabdeh x2 qarşı "evdən çıxarılma" tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12980/2016 saylı 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilərək cavabdehin ünvan 1 saylı evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli 2(103)1575/2017 saylı 23 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölm əsinin 10 may 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, x1nın x3nun hərəkətlərindən etmiş olduğu şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmiş və müraciət müəllifinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Belə ki, ərizəçi x1 ərizə ilə 4-cü polis bölməsinə müraciət edərək bildirmişdir ki, 2015-ci ilin sentyabr ayından x5 və qızı x3 onun yaşadığı evə gələrək kirayə ev axtardıqlarını demişlər. O da, axşam olduğundan onları öz evində saxlamışdır. Sonradan isə onlar ailəlikcə onun evində kirayədə qalmışlar. Sonradan isə söhbət zamanı o, həmin şəxslərə evi satdığını demiş və onlar da guya, evi alacaqlarına söz vermişlər. Sonradan isə münasibətləri korlanmış və x2 ailə si evdən çıxmışlar. 30 aprel 2017-ci il tarixdə isə evə gəldiyi zaman evin qaz sayğacının zədələndiyini, evinin pəncələrinin və hamam aksessuarlarının sındırıldığını, həmçinin nalayiq ifadələr yazılmış kağızın evin qapısına yapışdırıldığının şahidi olmuşdur. Sonradan isə qonşudan öyrənmişdir ki, bunları edən onun evində əvvəl kirayədə qalmış x3 olmuşdur. x3 bu hərəkətləri ilə ona 250-300 manat maddi ziyan dəymişdir. Ərizənin araşdırılması ilə əlaqədar bölməyə dəvət olunaraq izahatı alınmış x3 x1 barəsində yazdığı ərizənin şər, böhtan olduğunu, həmin şəxslə aralarında mülki mübahisə olduğundan bu cür ərizə verdiyini bildirmişdir. Ərizənin araşdırılması ilə əlaqədar bölməyə dəvət olunmuş x3 x1 ünvanına təhqiredici ifadələr yazılmış kağızın onun yazdığını etiraf edərək izahat verməkdən imti na etmiş və bu barədə tərtib edilmiş protokol materiala əlavə edilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirici x6-nin x1nın müraciəti əsasında 31 yanvar 2017-ci il tarixdə verdiyi arayışdan görünür ki, mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 və yaxın ətrafda 2 otaqlı fərdi yaşayış evinin 2017-ci il yanvar ayına olan orta kirayə bazar qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 200-300 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı x1 10 oktyabr 2015-ci il tarixdə 10 manat, 23 noyabr 2015-ci ildə 20 manat, 06 aprel 2016-cı ildə 20 manat, 21 yanvar 2016-cı ildə 20 manat, 26 fevral 2016-cı ildə 20 manat, 01 iyun 2016-cı ildə 20 manat, 15 iyul 2016-cı ildə 20 manat, 04 avqust 2016-cı ildə 14.24 manat, 05 oktyabr 2016- cı ildə 25 manat, 21 iyun 2017-ci ildə 25 manat, 04 dekabr 2016-cı ildə 24.14 manat, 28 aprel 2017-ci ildə 100 manat, 10 avqust 2017-ci ildə 15 manat elektrik enerji haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, fərdi yaşayış evinin pəncərələrinin şüşələri, sayğacları sındırılmış vəziyyətdədir. İş materiallarına əlavə edilmiş müvafiq ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı x1nın cavabdeh x2 qarşı "evdən çıxarılma" tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12980/2016 saylı 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilərək cavabdehin ünvan 1 saylı evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edi lməmiş, eləcə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-852/17 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı x2nın iddia tələbi qismən təmin edilərək, cavabdeh x1ndan iddiaçının xeyrinə 12.000 manatın tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 09 iyun 2017-ci il tarixli, 2(103)-4681/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-852/17 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsi qismən - cavabdehdən 4000 manatın tutulmasına aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsi, cavabdeh x1ndan iddiaçı x2nın xeyrinə tutulacaq məbl əğin 8000 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə həmin məbləğə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti isə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 09 iyun 2017-ci il tarixli, 2(103)-4681/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında faktiki olaraq evin alqı-satqısına dair münasibətlər yaranmış, lakin sonradan yaranmış narazılıqlar səbəbindən evin alqı-satqısı mümkün olmamışdır. Bundan sonra x1 x2 mübahisəli evdən çıxarılması barədə iddiası təmin edilmişdir, eyni zamanda x2 da x1na qarşı evə görə ödədiyi pulun qaytarılması barədə iddiası 8000 manat həcmində təmin edilmiş, eləcə də məhkəmə qətnamələri ilə tərəflər arasında rəsmi olaraq b eh müqaviləsinin olmaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, x1 əldən çıxmış fayda qismində cavabdehlər pul tələb etməsi əsassızdır. Belə ki, tərəflər arasında evin alqı-satqısına dair münasibətlər yaranmış, lakin sonradan evin alqı-satqısı baş tutmamış və hazırki iddia ərizəsindən də göründüyü kimi iddiaçı heç bir təzyiq altında qalmadan cavabdehlərin mübahisəli mənzildə qalmalarına razı olmuşdur və nətic ədə alqı-satqı baş tutmadığından x1 evdən çıxarılma, x2 isə ödədiyi vəsaitin qaytarılması barədə iddiaları təmin edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilə görə təkcə elektrik enerjisindən istifadəyə görə hər ay 20 manat haqq ödəmişdir. Lakin həmin halın mövcudluğu cavabdehlərdən 50 manat kommunal xərclərin tutulması üçün əsas deyil, belə ki, iddiaçı tərəf həmin xərclərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ödəməsi barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 2015-ci ilin oktyabr ayının 1-dən qətnamə icra edilənə qədər cavabdehlərdən müştərək qaydada hər aya görə 250 manat kirayə haqqının və 50 manat kommunal xərclərin tutulması hissəsində düzgün olaraq apelyasiya instansiyas ı tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə iddiaçıya məxsus evin sayğacların və şüşələrin qırılmasında cavabdehlərin təqsirli hərəkətlərinin olması halı öz təsdiqini tapmamışdır. Eləcə də iddiaçı tərəfindən ona məxsus evə cavabdehlər tərəfindən maddi ziyanın vurulması barədə hər hansı sübut təqdim etməmişdir. Təqdim edilmiş fotoşəkillərdə isə fərdi yaşayış evinin pəncərələrinin şüşələrinin, sayğacları sındırılmış vəziyyətdə olması görsənsə də qeyd edildiyi kimi həmin qanunsuz hərəkətlərin cavabdehlər tərəfindən edilməsi işin halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh x3 tərəfindən qonşular qarşısında iddiaçının şərəf və ləyaqətini alçaltması da iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Binəqədi r ayon Polis İdarəsinin 4-cü polis bölməsinin 10 may 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, izahatı alınmış x3 x1 barəsində yazdığı ərizənin şər, böhtan olduğunu, həmin şəxslə aralarında mülki mübahisə olduğundan bu cür ərizə verdiyini bildirmişdir. Ərizənin araşdırılması ilə əlaqədar bölməyə dəvət olunmuş x3 x1-in ünvanına təhqiredici ifadələr yazılmış kağızın onun yazdığını etiraf edərək izahat verməkdən imtina etmiş və bu barədə tərtib edilmiş protokol materiala əlavə edilmişdir. Göründüyü kimi iddiaçının yeganə sübut növü kimi istinad etdiyi qeyd olunan qərar da belə məhz x3in onun şərəf və ləyaqətini alçaltması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Göründüyü kimi qeyd olunan normada qanuni qüvvəyə minmiş məhkəmə hökmündən söhbət gedir, hazırki halda isə iddiaçının şikayəti əsasında qanuni qüvvəsini almış hər hansı məhkəmə hökmü olmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları y aymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona məxsus evin sayğacların və şüşələrin qırılması nəticəsində zərər vurulmasını eləcə də cavabdehin qonşular qarşısında iddiaçının şərəf və ləyaqətini alçaltması öz təsdiqini tapmadığından iddia tələbinin sayğacların və şüşələrin qırılması nəticəsində vurulmuş 350 manat zərərin cavabdeh x3ndan tutulması, həyətin qapısına yazdığı nalayiq söyüşlərə görə x3nun qonşular qarşısında ondan üzr istəməsi, qonşular qarşısında şərəf və ləyaqətini alçaltması nəticəsində vurduğu mənəvi zərərə görə cavabdeh x3ndan xeyrinə 10000 manat təzminatın tutulması hissəsində də rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Eləcə də məhkəmə kollegiyası iddia tələbinin - maneələri n aradan qaldırılması və cavabdehlər tərəfindən iddiaçıya məxsus evdən əşyaların çıxarılması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi iddiaçı, cavabdehlər x2 və x3 tərəfindən onun ünvan 1evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən iddiaçıya məxsus evdən əşyaların çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhb ər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar