Məhkəmə qərarları › İş №2(102)-3878/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3878/2022

06.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3878/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx s Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-401/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kənd sakini X5 fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş, onun torpağa mülkiyyət hüququ torpağın mülki yyətə verilməsinə dair JN-181A Kod 30316018 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

2. X7 iddiaçının babasıdır. YYY 02 iyul 2014-cü il tarixdə, iddiaçının atası X9 10 avqust 2018-ci il tarixdə vəfat edib. Cavabdeh iddiaçının bibisidir. İddiaçı 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası YYYin və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X10 qanun üzrə vərəsələri sırasına daxil olduğunu iddia edərək, onlardan miras qalmış əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək üçün Quba Rayon Məhkəməsinə müraciət edib.

3. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilib, X3 qalmış mirasın X6 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbinin üzrlü sayılaraq uzadılması, X1 miras q almış JN 181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X6 düşən hissəsini qəbul etməsi faktının müəyyən olunması qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X5 və nənəsi X11 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN181A Kod 30316018 nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə, həmin əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyinə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı babasından və nənəsindən ona miras qalmış ünvan 1i ünvanında yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-181A Kod: 30316018 nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək, dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinə müraciət edib. Lakin idarənin mütəxəssisləri evə baxış keçirmək üçün gəldikdə bibisi Cavabdeh onları evə buraxmayıb mübahisə yaratmış, buna görə də 5 saylı Xaçmaz Ərazi İdarəsi 07 aprel 2021-ci il tarixli məktubla ekspertiza işlərinin aparılmasının mümkün olmadığını və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarış verməkdən imtina etdiyini bildirmişdir. Hazırda cavabdeh nənəsinə və babasına məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə fərdi yaşayış evinə gəlib yaşamaq istədiyini, mülkiyyət hüququnu həyata keçirmək istədiyini bildirsə də, cavabdeh onu torpaq sahəsinə və evə buraxmamışdır.

7. Birinci instansiya məhkəməsində cavabdehin vəkili iddianı qəbul etməmiş və bildirmişdir k i, iddiaçının xeyrinə vərəsəliklə bağlı Quba Rayon Məhkəməsinin 2(027)-1634 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi var. Bu qətnamə qanuni vərəsə kimi cavabdehin maraqlarına birbaşa toxunduğuna görə həmin qətnamədən apellyasiya şikayəti verilib. Bu səbəbdən Quba Rayon Məhkəməsinin 2(027)-1634 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini nəzərə alınaraq həmin iş üzrə yekun məhkəmə aktları qəbul edilənədək iddiaçı X8 cavabdehə qarşı hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin 2(027)-1554/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilib, X7 və X11 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi İddiaçı 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X4 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X10 qanun üzrə vərəsələri sırasına daxil olduğu barədə Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2021-ci il tarixli, 640 nömrəli məktubuna və Quba Rayon Məhk əməsinin 2(027)-1634 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinə istinadla hesab etmişdir ki, X7 və X11 torpağın mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı şəhadətnaməyə əsasən məxsus olmuş, fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcə llənin 152-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli və “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

13. Sumqayıt Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-401/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3701/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 30 sentyab r 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edilərək ərizəçi İddiaçı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.

15. Göründüyü kimi X1 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X6 düşən hissəsinə ölümündən sonra İddiaçı tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi barədə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edildiyindən, onun hüquqi nəticəsi olaraq mülkiyət hüququnun müdafiəsinə dair tələbin də əsası yoxdur.

16. Apellyasiya instansiya məhkəməsi gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81,88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməklə, iddiaçını qanuni əsaslarla ona məxsus olan əmlakdan məhrum edir, onun mülkiyyət hüququnu pozur. Eyni zamanda, mirasın qəbulu ilə bağlı yanlış məhkəmə təcrübəsi formalaşdırır. Cavabdeh tərəf mırasın qəbulu ilə bağlı və ya vaxtında qəbul edə bi lməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, iddia tərəfi öz ifadələrində müxtəlif hallara istinad etmişdir. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə

157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna gör ə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

33. İddiaçı hazırki tələbində babasından miras qalmış əmlakdan istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə babasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.

34. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəni n qəbul etməsini tələb edir.

35. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

36. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılm ış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).

37. Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır. İddiaçı mirası qəbul etməsini təsdiq edən sübut kimi Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsini təqdim etmişdir. Həmin qətnamə ilə i ddiaçının babası X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxıldığından müddət uzadılmış, miras qalmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini qəbul etməsi faktı müəyyən edilmişdi. Lakin sonradan həmin qətnamə ləğv edilmiş və ərizə baxılmamış saxlanmışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnu olmadığı barədə düzgün nəticəyə gəlmişdir.

38. Kassatorun 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X4 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X10 qanun üzrə vərəsələri sırasına daxil olduğu barədə Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2021-ci il tarixli, 640 nömrəli məktubuna istinadı qətnamənin ləğvin əsas vermir. Çünki həmin məktub vərəsəlik i şinin açıldığını və iddiaçının miras qoyanın qanun üzrə vərəsələri dairəsinə aid olmasını ehtiva edir. Bu məktub, iddiaçının mirası qəbul etməsini təsdiq etmir.

39. Cavabdehin mübahisəli torpaq sahəsinə və evə subyektiv hüququ olmasının (mirası qəbul edib etməməsinin) yoxlanmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması ardıcıllığı baxımından, iddiaçının subyektiv hüququnun müəyyən edilmədiyi halda cavabdehin mirası qəbul edib etməməsinin araşdırılmasına zərurət qalmır. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-401/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar