Məhkəmə qərarları › İş №2(102)-3880/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3880/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3880/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi, zaminlik, vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1068/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə "xxxx" QSC arasında 9 oktyabr 2012-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit xətti müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan İddiaçı bankla bağladığı 10 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında Beyləqan şəhəri, Z.Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 305.3 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Kredit xətti müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin et mək məqsədilə İddiaçı, X4, X3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır.

4. Cavabdeh1 yuxarıda qeyd olunan kredit xətti müqaviləsi çərçivəsində "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir.

5. Borcalan öhdəliklərini icra etməmiş və "xxxx" QSC-nin iddiası əsasında Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2017-ci il tarixli 2(064)2427/2017 saylı qətnaməsi ilə cavabdehlər – borcalan Cavabdeh1 və zaminlər İddiaçı, X4, X3 və Cavabdeh2 müştərək qaydada 31561.09 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutularaq "xxxx" QSC-yə ödənilməsi, tələbin cavabdeh (ipoteka qoyan) İddiaçı məx sus ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir.

6. İpoteka predmeti ilkin satış qiyməti 55000 manat olmaqla açıq hərracdan satışa çıxarılmış, dəyəri 15% və 25% aşağı düşməklə 35062.50 manat borc əvəzinə ipoteka saxlayanın mülkiyyətinə keçmiş, ipoteka saxlayanın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(064)2427/2017 saylı qətnaməsi ilə tutulmalı olan 31561,09 ABŞ dolları borcun və tutmanın ipoteka pr edmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun və hazırkı iddia ilə bağlı ödədiyi 241 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının hərracdan xəbəri olmayıb və hal-hazırda mülkiyyətçi olan "xxxx" QSC evdən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyir. Cavabdehlər birgə götürdükləri krediti qaytarmadıqlarına görə əmlak mənafeyi ziyan çəkmiş, mülkiyyətində olan ev əlindən çıxmışdır. Cavabdehlərin həmin borcu ödəmək üçün kifayət qədər imkanları olmasına baxmayaraq, borcu ödəmirlər. Hal-hazırda yaşayış sahəsiz qalmışdır, özünə və ailə üzvlərinə yaşayış sahəsi almaq üçün məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulmalı olan məbləğ alınıb ona verilməlidir.

9. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçı özü könüllü olaraq öz əmlakını ipoteka ilə yüklü etmiş, borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qəbul etmişdir. Ödənilmiş pulun tələb edilməsinə dair iddia ərizəsində heç bir normativ akta istinad edilməmişdir. Borca görə ipoteka ilə yüklü edilmiş əmlakın sahibinin borcluya qarşı reqress hüququ yoxdur. Bundan başqa, Cavabdeh1 bildirdiyinə görə həmin borc məb ləği onun adına götürülmüş olsa da, həmin vəsait iddiaçıya verilmişdir. Belə ki, həmin vaxt münasibətləri normal olmuş, iddiaçı adına kredit verilmədiyini bildirərək cavabdehdən adına kredit götürməsini xahiş etmiş, cavabdeh də kredit götürərək həmin vəsaiti tam olaraq iddiaçıya vermişdir.

11. Məhkəmə iclasında Cavabdeh2 Abdulhüseyn oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 əsas borclu olsa da, İddiaçı kredit məbləğini əldə edərək öz məqsədləri üçün istifadə etmişdir.

12. Füzuli Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2(064)-83/2024 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia qismən təmin olunmuş - Cavabdeh1 35062.50 manat və ödənilmiş dövlət rüsumuna görə 157.4 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə rədd olu nması qət edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxs borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" QSC ünvan 1 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 35062,50 manata əldə etmişdir. Göründüyü kimi, iddiaçı kreditoru tam şəkildə təmin etməmişdir. Belə olan halda, iddiaçının ipoteka müqaviləsinə münasibətdə tələb hüququ yaranmamışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüq uqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Cavabdeh1, İddiaçı, X4, X3 və Cavabdeh2 Abdulhüseyn oğlu kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə zaminlik müqaviləsi bağlayaraq borclunun kreditor qarşısında olan öhdəliklərini öz üzərlərinə götürmüşlər. Kreditor "xxxx" QSC-nin tələbini 35062,50 manat həcmində ödəyən İddiaçı həm də zaminlik müqaviləsi üzrə borclunun, yəni Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini öz üzərinə götürmüşdür. Belə olan halda, İddiaçı Cavabdeh1 qarşı tələb hüququ kreditor "xxxx" QSC-ni təmin etdiyi həcmdə, yəni 35062,50 manat həcmində keçir.

14. Məhkəmə iddiaçının Cavabdeh2 Abdulhüseyn oğluna qarşı irəli sürdüyü tələbi əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madd əsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qanunun tələbindən aydın olunur ki, zamin yalnız kreditor qarşısında maddi məsuliyyət daşıyır. Belə olan halda, iddiaçının Cavabdeh2 Abdulhüseyn oğluna qarşı irəli sürdüyü tələb əsassız olduğundan rədd edilməlidir.

15. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 311.2, 460.1, 470.1, 472.1, 475.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə ç ıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ona göndərilməmiş, mülki iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etsələr də, bu barədə ona məlumat verməmişdir. Həmin qətnamədən xəbəri olduğunda şikayət versə də, müddətin keçməsi ilə əlaqədar olaraq apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qətnamə icraya yönəldilmiş, mülkiyyətində olan ev hərraca çıxarılaraq satılmış, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmiş, ev ipoteka saxlayan "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Hal-hazırda mülkiyyətçi olan "xxxx" QSC onun evdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyir. Krediti götürmüş Cavabdeh1 və Cavabdeh2 həmin borcu ödəməkdən y enə yayınırlar. Belə olan halda, bankla razılığa gələrək müəyyən müddətə möhlət alaraq, məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehlər birgə götürdükləri krediti qaytarmadığına görə onun əmlak mənafeyi ziyan çəkib, onun mülkiyyətində olan ev əlindən çıxıb. Füzuli Rayon Məhkəməsi nəzərə almamışdır ki ipoteka qoyulmuş ev məhkəmə tərəfindən qiyməltəndirilmiş, ipoteka predmeti hərraca çıxarılmış, bu müddət ərzində cavabdeh heç bir hərəkət etməmiş, qəsdən hərrac dövründə bankla razılığa gəlməmiş, süni şəkildə evin dəyəri aşağı düşmüşdür. Mülkiyyətində olan ev hərracda satılmış, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin qalıq məbləği də ondan tələb olunur. İcra məmuru qətnamə ilə müəyyən olunmuş məbləği zamin kimi ondan tələb edir. Cavabdehlər isə heç bir hərəkətlər etmir. Məsuliyyətə cəlb olunmamaq üçün məcburiyyət qarşısında qalaraq məbləği o, ödəməlidir. Belə ki, cavabdehlər məcburi köçkün olmaları əsası ilə icra hərəkətlərinə maneə törədərək, qətnaməni icra etmirlər. İcra məmuru isə onlara qarşı heç bir tədbir görmür, qətnamənin onun tərəfindən icra edilməsini tələb edir. Məhkəmə bu halları aydınlaşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş evin dəyəri qat-qat yüksək olmuş, hərracın gedişində qiymət düşmüşdür. O, həmin tələbi evinin dəyəri həddində götürmüşdür. Əgər bank hərraca getmədən evi əldə etsəydi, onun evinin dəyəri daha yüksək olacaqdı. Onun evinin dəyərinin hərracda süni surətdə aşağı salınması səbəbindən evsiz qalmışdır.

18. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ta m ləğv olunması xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31561.09 ABŞ dolları 53752.65 manat təşkil edir. Dövlət rüsumunun elektron hesablanması kalkulyatoruna əsasən dövlət rüsumu olaraq 251.26 manat ödənilməli idi. Lakin iddiaçı tərəfindən dövlət rüsumu olaraq 241 manat ödənilmişdir. Məhkəmə isə öz növbəsində göstərilən dövlət rüsumunun az ödənilməsinə baxmayaraq iddia ərizəsini icraata götürmüş və mahiyyəti üzrə baxaraq qətnamə qət etmişdir. Halbuki məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsini geri qaytarmalı idi. İddiaçı ilə qohumluq əlaqəsində olduğu üçün onun adına kredit götürülməsini xahiş etmiş və o, aralarında olan etibarı nəzərə alaraq krediti öz adına götürüb ona vermişdir. Məh z bu səbəbdən, hüquqi savadsızlıqdan, həm də götürülən pul vəsaitinin ona çatmadığını əsas götürərək bankın ona qarşı olan iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak etməmişdir. Sonradan aralarında münasibətlər gərginləşmiş və bundan sonra iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Kreditin götürülməsi və ilk vaxtlardan ödənişinin edilməsi məhz iddiaçı tərəfindən həyata keçirilmişdir. Bununla bağlı banka sorğu verilsə də, uzun müddət keçdiyi üçün bank qəbzlərinin qalmadığı bildirilmişdir. Məhkəmə qətnamənin normativ aktların əsaslandırılması hissəsində ipoteka münasibətinə aid hissəyə zaminliyin maddi normalarını qeyd etmişdir. Kredit məbləği iddiaçıya çatmışdır. Belə olan halda, şəxsin yenidən həmin pul məbləğini tələb etməsi əsassız varlanma hesab edilməlidir.

20. Şirvan Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1068/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi) X7 və X8) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ipoteka qoyan olaraq borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə əmlakını kreditor qarşısında ipoteka ilə yüklü etmiş, bununla borc alanın öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyini bilmiş və bu riski öz üzərinə götürmüşdür. Sonradan borc alanın öhdəliklərini vaxtında və lazımınca icra etməməsi nəticəsində kreditorun iddiası əsasında qəbul edilmiş məhkəmə qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldiməsi baş vermiş, keçirilmiş hərracların yekununda ipoteka predmeti 35062.50 manat borc əvəzinə ipoteka saxlayanın mülkiyyətinə keçmişdir. Beləliklə, borc alanın vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməsi ipoteka qoyanın əmlakına tutmanın yönəldilməsi və ipoteka qoyanın əmlakından məhrum olması formasında zərərə məruz qalması ilə nəticələnmiş olmuşdur. İpoteka öhdəliyin icrasının təmin edilməsi üsulu kimi çıxış etsə də, ipoteka haqqında qanunda, mülki qanunvericilikdə ipoteka qoyanın borc alanla başqa şəxslər olduğu və tutmanın ipoteka predmetinə yönəldilməsi halında kreditorun tələbinin təmin edildiyi həcmdə borc alana qarşı reqress hüququnun yar anması birbaşa nəzərdə tutulmasa da, mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən yetərincə analoji normalar mövcuddur. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qanunun analogiyası üzrə mübahisəyə məhz Mülki Məcəllənin 475.1-ci maddəsi baxımından hüquqi qiymət verərək ipoteka qoyanın iddiasını kreditorun tələbini ödədiyi həcmdə təmin etməkdə haqlı olmuşdur.

22. İddia olunan pul məbləğinin digər cavabdehdən də tutulması, ümumiyyətlə əvvəlki məhkəmə qətnaməsi ilə tutulmalı olan kredit borcunun tam olaraq cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia çının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçının ipoteka qoyan olaraq əmlakına tutmanın yönəldilməsi ilə zərərə məruz qalmış şəxs kimi iddiası kreditorun tələbini ödədiyi həcmdə təmin edilmişdir. İddiaçının iddianın təmin olunmayan hissəsində apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, borc alana həmçinin zamin durmuşdur və öhdəliyin təmin olunmayan hissəsində icrası ondan da tələb olunur. Burada nəzərə alınmalıdır ki, iddiaçının zamin olaraq borc alana qarşı kreditorun tələbini ödədiyi həcmdə reqress hüququ vardır və iddiaçı tərəfindən zamin kimi hansı məbləğdə öhdəliyi icra etməsinə dair birinci instansiya məhkəməsinə sübut verilməmişdir. Bundan başqa iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 da iddiaçı kimi borc alana zamin durmu ş şəxsdir və zaminlərin borc alanın öhdəlikləri üzrə bir-birinə qarşı irəli sürdüyü tələb təmin oluna bilməz.

23. Kollegiya qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən ipoteka münasibətinə zaminliyə aid maddi hüquq normaları tətbiq etməsinə dair dəlilinə münasibət bildirilməsi zərurəti artıq iddiaçının şikayətinin dəlillərinə yuxarıda verilən qiymətlə aradan qalxmış olur.

24. Kollegiya cavabdehin götürülmüş kreditdən faydalanan şəxsin məhz ipoteka qoyan olaraq iddiaçının özünün olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfindən bununla bağlı birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdehin həmin dəlili qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(064)2427/2017 saylı qətnaməsində cavabdehlərdən X2 vermiş olduğu izahatla inkar olunur. Belə ki, sonuncu həmin işə baxılarkən iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli 48R000000704 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit götürmüş, o, kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsinə əsasən zamin kimi öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 müqavilə üzrə borcunu vaxtında ödəmiş, lakin son vaxtlar maddi vəziyyəti çətinləşdiyindən ödəniş apara bilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 11.1, 14.1. və 14.2.1, 21.2, 425.1, 269.1, 311.2, 431.3, 460.1, 470.1 472.1, 475.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual pozuntu olaraq məhkəmə iclasının təxirə salınması barədə müraciətlərə əhəmiyyət verməmişdir. S übutların əldə edilməsi çətinlik törətdiyinə görə məhkəmə iclasının təxirə salınmasına zərurət yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

31. Maddə 14.1 və 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslard an, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir;

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

34. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

35. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

37. Maddə 431.3. Əgər kred itor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir;

38. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

39. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəlləd ə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

41. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndi rilmir və yenidən sübut edilmir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

58. Məhkəmə iclasının təxirə salınması barədə cavabdeh tərəfin vəsatətinin təmin olunmaması və işə onların iştirakı olmadan baxılması barədə kassatorun dəlili qətnamənin ləğvinə əsas vermir.

59. Belə ki, məhkəmə iclasının təxirə salınması barədə cavabdehin vəkilinin vəsatəti iki halla əsaslandırılmışdır:

1. Şikayətdə irəli sürülən dəlillərin sübut olunması üçün şahidlərin məhkəməyə gətirilməsinin mümkün olmaması;

2. Bakı şəhərində Yasamal RPİnin icraatında olan cinayət işi üzrə zəruri istintaq tədbirlərində iştirakı etməsinin zəruriliyi.

60. Apelyasiya instansiyası məhkəməsi vəsatəti rədd edərkən, sübutların birinci instansiya məhkəməsində təqdim olunması üzürlü səbəbdən mümkün olmadığı halda apelyasiya instansiyası məhkəməsinə təqdim edilə bildiyinə istinad etmişdir.

61. Mə hkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin işə baxılmasının təxirə salınması barədə vəsatətin rədd olunması barədə mövqeyini qanuni hesab edir. Çünki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdik ləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

62. Baxılan işdə də birinci instansiya məhkəməsi iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün cavabdehə MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları yaratmış, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. Birinci instansiya məhkəməsi işin hallarının obyektiv araşdırılmasını təmin etmək üçün işə baxılmasının qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qərardad çıxarmış, mülki işə təxminən 5 aya yaxın (4 ay 27 gün) müddətdə baxmışdır. Bütün məhkəmə iclasları barədə cavabdehə məlumat verilmiş, cavabdeh tərəf iddia tələbinə qarşı yazılı etiraz vermiş, məhkəmə iclaslarında iştirak etmiş, lakin etiraz dəlillərini təsdiq edən hər hansı sübut təqdim etməmiş, etiraz dəlillərini şahidlərin təsdiq edəcəyini bildirməmiş, şahidlərin məhkəməyə dəvət olunması barədə vəsatət verməmişdir.

63. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

64. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.

65. Buna müvafiq olaraq, MPM-in 372.2-ci maddəsi ilə apelyasiya instansiyası məhkəməsində yeni və əlavə sübutların təqdim olunması məhdudlaşdırılır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqey ini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

67. Yeni və ya əlavə sübutların apelyasiya instansiyası məhkəməsində təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:

1. İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin süb utu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;

2. Yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;

3. Yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər;

4. Apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin.

68. Göründüyü kimi işə baxmış apelyasiya instan siyası məhkəməsinin gecikmiş sübutlarla bağlı mövqeyi əsaslıdır.

69. Bundan başqa, MPM-in 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

70. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxsin məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməsi, məhkəmə iclasının təxirə salınması üçün yetərli əsas sayıla bilməz. Tərəf bu vəsatətlə yanaşı, məhkəməyə gəlməyin mümkünsüzlüyünün səbəblərinin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludur. Baxılan işdə cavabdeh bu cür sübutlar təqdim etməmişdir.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirm ək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Məhkəmə kollegiyası yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1068/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar