Məhkəmə qərarları › İş №2(102)-3881/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3881/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3881/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13064/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 28 avqust 2018-ci il tarixli, 2(005)-4066/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cava bdeh 29 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindənverilmişapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı «borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8000 ABŞ dolları məbləğində pul vəsaitinin (alındığı tarixdə mövcud olan məzənnəyə uyğun olaraq manatla), cavabdehin təqsiri üzündən əlindən çıxmış fayda formasında maddi ziyanın X2 Xidmətinin 2018-ci ildə banklara qoyulan depozitlərə müəyyən etdiyi faizlərə uyğun həcmdə hesablanmaqla əmələ gələn pulun və mənəvi ziyan olaraq 5000 manat məbləğində pul vəsaitinin məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xahiş ilə ona 29 yanvar 2018-ci il tarixdə 8000 ABŞ dolları məbləğində faizsiz olaraq borca pul verərək, onunla bu barədə Bakı şəhəri 51 saylı notariat kontorunda eyni tarixli, reyestrdə 3M-152 nömrə ilə qeydə alınaraq informasiya sisteminə daxil e dilmiş kredit müqaviləsi bağlamışdır. Qeyd olunan kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh borc alan kimi ondan aldığı yuxarıda göstərilən məbləğdə pulu 3 ay müddətinə, yəni 29 aprel 2018-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürsə də, həmin tarixdən 2 ay keçməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmiş, ondan aldığı borc puldan ödəniş etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq borcu ödəməkdən imtina etmiş, müxtəlif bəhanələrlə onu yubadmış, hüquqlarını pozmuşdur. Cavabdeh borcu qaytarmamaqla ona maddi zərər də vurmuşdur. Belə ki, əgər cavabdeh yuxarıda qeyd edilən vaxtda ondan aldığı 8000 ABŞ dolları məbləğində pulu qaytarsaydı, o həmin pulu banklardan birinə depozitə qoyub respublika X1 Xidmətinin həmin il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürərdi. Odur ki, cavabdehin əldən çıxmış fayda formasında ona vurduğu zərərin həcmi X2 Xidmətinin 2018-ci il üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. Eyni zamanda, cavabdeh ondan borca aldığı pulu müqavilədə göstərilən müddətdə qaytarmamaqla, onu stres, həyəcan, əsəb gərginliyi, sarsıntı, iztirab, böhran keçirməyə, əzab çəkməyə məcbur etmiş, ailə üzvlərinin, qohumlarının, dost-tanışlarının yanında nüfuzdan, hörmətdən salmış, işgüzar nüfuzuna xələl gətirmiş, bütün bunların nəticəsində ona həm də mənəvi zərər yetirmişdir. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillə ri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Borcu iddiaçıdan Belarusiyada yaşayan tanışı Yalçın almışdır. Borc müqaviləsi simvolik olaraq bağlanmışdır. Məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrin in səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, notariatqaydasındatəsdiqolunmuş29 yanvar 2018-ci il tarixli kredit (borc) müqaviləsinə əsasən «Borc verən» İddiaçı «Borc alan» Cavabdeh 8000 ABŞ dolları məbləğində borc verir, borc alan pul vəsaitini 29 aprel 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit (borc) müqaviləsindən göründüyü kimi, iddiaçının tələb hüququyaranmış, borcunqaytarılmasımüddətibitmişdir. İddiaçı hazırki tələblə cavabdehdən həmin borcu, əldən çıxmış fayda və mənəvi ziyan tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddianın rədd edilən əldən çıxsmış fayda və mənəzi ziyan hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 8000 ABŞ dolları pul vəsaiti qaytarmalı olması müəyyənolunur. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mül kiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra, yəni müqavilədə göstərilən pul vəsaitini almamasını, borcun digər şəxsə verilməsi və s. halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlil lərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Borc müqaviləsinin simvolik olaraq bağlanması barədə şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi mövcuddur. Borc müqaviləsi ləğv edilməmiş və müqavilə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədədir. Belə olan halda iddiaçı həmin müqaviləyə istinad edərək verdiyi borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13064/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar