Məhkəmə qərarları › İş №2(102)-3883/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3883/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3883/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-60/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları: İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvad olmaqla İddiaçı 24 iyul 2019-cu il tarixdə 8000 manat məbləğində, 24 avqust 2019-cu il tarixdə isə 1 ay müddətinə qaytarmaq şərti ilə 9000 manat məbləğində borc almaları barədə qəbz imzalamış və həmin qəbzi İddiaçı təqdim etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qohumluq münasibətində olduğu cavabdehlər Kəmalə və Cavabdeh2lara iki dəfəyə - 24 iyul və 24 avqust 2019-cu il tarixdə cəmi 17.000 manat məbləğində borc verməsini, lakin cavabdehlərin 1 ay müddətinə qaytarmaq şərti ilə götürdükləri həmin borcu indiyə kimi ona qaytarmamalarını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehlərdən onun xeyrinə 17.000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-250/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.İ.Cavadova) iddianın təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 17.000 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək iddiaçıdan birinci dəfə 8000 manat, ikinci dəfə isə 1000 manat – cəmi 9000 manat məbləğində borc almalarını əsas göstərməklə qətnamənin ləğv edilib onlardan 9000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-60/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(039)-250/2020 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş 8000 manatına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçıdan iki dəfəyə cəmi 9000 manat məbləğində borc almalarını, qətnamənin işin həqiqi hallarına uyğun olmamaqla sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xah iş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə göt ürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında borc münasibəti yaranmış, borcun müəyyən olunmuş müddətdə cavabdehlər tərəfindən qaytarılmaması ilə əlaqədar İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən cavabdehlər borc almalarını və həmin borcu qaytarmamalarını etiraf etmişlər. Lakin onlar borcun məbləğini mübahisə edərək bildirirlər ki, iki dəfəyə iddiaçıdan 17.000 manat deyil, cəmi 9000 manat borc almışlar. Cavabdehlərə görə onlar iddiaçıdan 24 iyul 2019-cu il tarixdə 8000 manat, 24 avqust 2019-cu il tarixdə 1000 manat borc almış və sonuncu qəbzdə göstərilən məbləğ iki dəfəyə götürülmüş borcun (8000+1000=9000) cəmi kimi göstərilmişdir. İddiaçı isə cavabdehlərin göstərdiklərini qəti inkar edərək cavabdehlərə iki dəfəyə 17.000 manat məbləğində borc verməsini (8000+9000=17000) iddia etməklə cavabdehlərdən məhz həmin məbləğdə borcun tutulmasını tələb etmişdir. İşdən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya aldıqları borca və onların məbləğinə dair biri-biri ilə əlaqəsi olmayan iki qəbz verilmiş və həmin qəbzlər onların hər ikisi tərəfindən imzalanmışdır. Həmin qəbzlərin məzmunundan görünür ki, ca vabdehlər iddiaçıdan birinci dəfə 8000 manat, ikinci dəfə isə 9000 manat məbləğində borc almışlar. İkinci qəbzdə (24 avqust 2019-cu il tarixli) iddiaçıdan 1000 manat məbləğində borc götürülməsi və həmin borcun ondan əvvəl götürülmüş 8000 manatla birlikdə 9000 manat təşkil etməsi göstərilməmişdir. İkinci qəbzdə götürülən cəmi borcun məbləğinin 9000 manat təşkil etməsi aydın göstərilməklə, həmin qəbz birinci borcun məbləğə daxil olmaqla cəmi borcun 9000 manat təşkil etməsi nəticəsinə gəlmək üçün əsas vermir. Əgər ikinci qəbzdə göstərilən 9000 manat hər iki borc məbləğinin cəmini təşkil edirsə, cavabdehlər tərəfindən bu barədə mütləq həmin qəbzdə müvafiq qeydiyyat aparılmalı idi. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası düzgün olaraq cavabdehlərin iddiaçıdan 17.000 manat məbləğində borc a lmaları barədə nəticəyə gəlmiş və hesab etmişdir ki, həmin borcun cavabdehlərdən tutulması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehlər borcun qaytarılması barədə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onların iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərlə əlaqədar kollegiya iddianın təmin edilməsinin qanuni və əsaslı olması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM- nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-60/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar