Məhkəmə qərarları › İş №2(102)-3883/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3883/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3883/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X4 və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3300/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Səbail Rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. 3. 05.12.2022-ci tarixli, MŞB/13-00207 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh1 iştirak etməkdən imtina etmişdir. 4. 05.12.2022-ci tarixli, MŞB/13-00208 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh2 iştirak etməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü övladı X1, xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hiss əsi nisbətində aliment müəyyən edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqısının yarıdan çox hissəsi 3 övladlarının saxlanılmasına yönəld ilmişdir. Rəsmi əmək haqqısı 5000 manat təşkil edir, həmin əmək haqqından 1430 manat Cavabdeh2 və 1600 manat aliment Cavabdeh1 ödənilir. 2 övladının hər birinə hər ay 800 manat, 1 övladına isə iki dəfə çox 1430 manat ödənilir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-297/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək haqqısı 7510 manatdır və hər iki övladı üçün tutulan alimentin məbləği iddiaçının əmək haqqının 70 faizini aşmır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin xeyrinə tutulmuş aliment məbləğləri Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur.

10. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 76.1 və 112.1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında tutulmalı olan alimentin miqdarını müəyyən edən qanunvericilik normalarına istinad edərək, əsassız olaraq “İcra haqqında” Qanunun 65-ci maddəsinə istinad etmiş, bundan başqa öz qərarında Ailə Məcəlləsinin 76-ci maddəsinə istinad etməklə yalnış nəticəyə gəlmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3300/2023 nömrəli iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəllə si

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur.

20. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhk əmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

34. Belə ki, İddiaçı alimentin miqdarının azaldılması barədə tələbini onunla əsaslandırmışdır ki, 2-ci nikahdan olan 2 uşağına görə məhkəmə qətnaməsi ilə qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət olunandan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur ki, bu da Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Nərmin Kərimli adlı övladına görə ödənilən alimentin, həmçinin ikinci nikahdan olan digər iki övladlarına görə ödənilən alimentin miqdarının azaldılmasına əsasdır.

35. Ailə Məcəlləsinin 76.1.3, 76.2 və 112.1-ci, Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci və 2-ci hissələri və “İcra haqqında” Qanunun 65.3-cü maddələrinə əsaslanmaqla iddianı rədd olunmasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləğinin 50 faizdən artıq olmasının yolverilməzliyi imperativ n orma deyildir, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla həmin məbləğ məhkəmə tərəfindən azaldıla və artırıla bilər, aliment tutulan əmək haqqının və ona bərabər sayılan digər gəlirlərin 70 faizə qədər olan hissəsi alimeni kimi tutula bilər. İki məhkəmə qətnaməsi ilə 3 uşağa görə tutulan alimentin miqdarı isə onun 7510 manat əmək haqqısının və başqa gəlirlərinin 70 faizini aşması müəyyən edilmir.

36. Məhkəmə daha sonra hesab etmişdir ki, iddiaçının 2-ci nikahdan doğulan uşaqları üçün aliment ödəməsi qarşılıqlı razılıq əsasında olmuş, bu barədə məhkəmə qətnaməsi qəbul edilməsində məqsəd isə 1-ci nikahdan doğulan uşağa görə tutulan alimentin məbləğinin azaldılmasına nail olmaq olmuşdur. İddiaçı 2-ci nikahı pozulmamış, aliment tutulması barəd ə mübahisə olmamış, bu haqda olan tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənmiş, 2-ci nikadan olan uşaqlar həm də iddiaçının özünün himayəsindədir.

37. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən ödənilən alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar olmamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu qənaəti işin hallarına uyğun deyildir, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə çıxarılmışdır.

39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə miniş xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının əvvəlki nikahından olmuş xx.xx.2 012-ci il təvəllüdlü qızı Nərmin Kərimliyə görə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra iddiaçı rəsmi niikah bağlamaqla ikinci dəfə ailə qürmüş, həmin nikahdan daha 2 uşağı olmuş, bu uşaqlara görə də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir.

40. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə bir uşağa görə alimentin miqdarı müəyyən edilərkən məhkəmə aliment verən İddiaçı ailə və maddi vəziyyətini, yəni alimentin bir uşağa görə tutulmasını, həmin vaxt onun qazancını və digər gəlirlərini nəzərə almışdır.

41. İddiaçı ikinci nikahından 17 noyabr 2021-ci il təvəllüdlü Firuz və Nəzrin adlı uşaqlarının olması onun ailə v əziyyətində dəyişikliyin olmasını təsdiq edən haldır. Valideyn kimi o, həmin uşaqları yetkinlik yaşına çatana kimi saxlamaq vəzifəsini daşıyır, uşaqların tərbiyəsi, sağlamlığı və psixi, fiziki, mənəvi inkişafı üçün məsuliyyət daşıyır. Valideyn kimi vəzifələrini yerinə yetirmək və uşaqları saxlamaq üçün isə maddi təminatın zəruiliyi isə hamıya bəlli olan haldır.

42. İşə baxan apellyasiya məhkəməsi isə göstərilən halları nəzərə almadan iddiaçının ailə vəziyyətində dəyişiklik olmaması barədə səhv nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddianın rədd olunması qənaətinə gələn apellyasiya məhkəməsi bir uşağa görə aliment tutulması barədə Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunandan sonra iddiaçının maddi vəziyyətində, əmək haqqı və dig ər gəlirlərində dəyişikliyin olub-olmadığını da müəyyən etməmiş, ailə vəziyyətində dəyişikliyyə görə alimentin miqdarının dəyişdirilməsi üçün bu halın da əhəmiyyət kəsb etdiyini diqqətdən qaçırmışdır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə iddiaçınn apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3300/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar