Məhkəmə qərarları › İş №2(102)-3886/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3886/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3886/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-310/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. İddiaçı 2012-ci ildə "xxxx" ASC-dən 200.000 manat kredit götürmüşdür. Həmin kreditin təminatı kimi Cavabdeh mənzili ipoteka qoyulmuşdur. Hazırda borc ödənilməmiş, tutma ipotekaya yönəlmiş və mənzil hərraca çıxarılmışdır. İddiaçı kredit götürdükdən sonra həmin məbləğin bir hissəsini cavabdehə verdiyini və cavabdeh tərəfindən həmin məbləğ geri qaytarılmadığını bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində əsas borc, 14.000 (on dörd min) bank faizi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əs alandırılmışdır ki, "xxxx" ASC-nin Xaçmaz fillialı ilə aralarında bağlanmış 28.02.2013-cü il tarixli 114 saylı kredit müqaviləsinə əsasən həmin kredit təşkilatından illik 7% olmaqla 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Həmin kreditin zamini kimi cavabdeh ona öz evini girov qoymağı təklif etmiş, müqabilində ondan aldığı kredit vəsaitindən müəyyən hissəsini istəmişdir. Cavabdehə etibar etdiyi üçün razılaşmışdır. O, cavabdehin evini girov qoyub 200.000 (iki yüz min) manat məbləğində kredit götürmüş və aldığı vəsaitdən 28.000 (iyirmi səkkiz min) manat cavabdehə vermişdir. Aralarındakı razılaşmaya əsasən, cavabdeh aldığı məbləği illik faizi ilə birlikdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra kredit ödənişləri cədvələ uyğun olaraq hər ay özü ödəmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək aldığı puldan ödəniş etməmişdir. Cavabdehin hal-hazırda ona 42.000 (qırx iki min) manat məbləğində borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq pulu ödəməkdən yayınır.

4. Quba Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739-cı maddələrinə uyğun əsaslandırmışdır.

6. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-310/21) Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş; Quba Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilmiş; İddiaçı Cavabdeh qarşı 28.000 (iyirmi səkkiz min) manat pul tələbinə dair iddiası təmin olunmamış; İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 739, 740-cı maddələrin ə uyğun əsaslandırmışdır. 7.

9. İddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştira kçılarının izahatları

13. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra e dilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə.

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Maddə.

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir apellyasiya instansiya məhkəməsi mbahisə ilə bağlı düzgün qənaətə gəlmişdir. 30. 28.02.2013-cü il tarixli 114 saylı kredit müqaviləsi ilə "xxxx" ASC-nin Xaçm az fillialı ilə X1 nümayəndəsi kimi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Kreditin təminatı olaraq Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 98 nömrəli fərdi yaşayış evi girov qoyulmuşdur.

31. Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 1(067)-149/2019 saylı hökmü ilə müəyyən edilir ki, İddiaçı 20 iyun 2011-ci il tarixli ƏN-İ №259617 saylı, M7411 reyestrli etibarnamə əsasında X1 adından "xxxx" ACS-nin “Xaçmaz” filialının müdiri X2 arasında bağlanmış 28.02.2013-cü il tarixli “114 KT” nömrəli kredit müqaviləsi əsasında həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin vəsaiti hesabına 5 il müddətinə, illik 7 % olmaqla güzəştli şərtlərlə 200.000 (iki yüz min) manat məqsədli dövlət kreditinin ayrılmasına nail olmuş, 25 fevral 2013-cü il tarixdə 200.000 (iki yüz min) manat pul vəsaitinin X1 həmin bankda olan **********0000010AZM nömrəli hesabına köçürülmüş, 200.000 (iki yüz min) manat məbləğində məqsədli dövlət krediti vəsaitinin sonuncu tərəfindən verilmiş 20 iyun 2011-ci il tarixli ƏN-İ №259617 saylı, M-7411 reyestrli etibarnamə əsasında 25 aprel 2013cü il tarixli 01 nömrəli xəzinə məxaric orderi ilə "xxxx" ACS-nin ünvan 1 ünvanında yerləşən filialından nağd qaydada şəxsən götürməklə, həmin kredit vəsaiti X1 adından heyvandarlığın inkişafı təyinatı üzrə ayrıldığı halda, məqsədli dövlət krediti kimi ayrılmış 200.000 (iki yüz min) manat pul vəsaitini Xaçmaz rayonu Armudpadar kəndində soyuducu anbar kompleksinin tikintisi və avadanlıqların alınması üçün X3 ilə "xxxx" ASC arasında bağlanmış 22.06.2012-ci il, 04.10.2012-ci il və 30.07.2013-cü il tarixli müqavilələrdən irəli gələn kredit öhdəliklərinin icrasına qanunsuz olaraq yönəltməklə külli miqdar təşkil edən 200.000 (iki yüz min) manat məqsədli dövlət kreditini təyinatı üzrə istifadə etməyərək həmin dövrdə fəaliyyət göstərmiş Aqrar Kredit və İnkişaf Agentliyinə külli miqdarda ziyan vurmuş və vəzifəli şəxs kimi "xxxx" ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir.

32. İddiaçı tələbinin əsası kimi hər hansı bir bo rc müqaviləsinə və ya mötəbər sübuta əsaslanmamış, yalnız 04 oktyabr 2016-cı il tarixli kserosurətdən ibarət olan yazılı sənədə istinad etmişdir.

33. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2016-cı il tarixli əlyazma öhdəlik” vərəqəsinin kserosurətindən görünür ki, Cavabdeh illik faizi ilə birlikdə 38.900 (otuz səkkiz min doqquz yüz) manat pulu 2016-cı ilin oktyabr ayından başlayaraq ayda 500 (beş yüz) manat, iyun-iyul aylarında isə 6.000 (altı min) manat ödəyəcəyini öhdəsinə götürmüşdür, həmin öhdəlik” vərəqində Cavabdeh borclu kimi başa şəxsin İddiaçı xeyrinə müəyyən hərəkətlər etməsi, pul ödəməsi faktı öz əksini tapmamış və həmin hal təkzib olunur.

34. Barəsində toplanmış cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs İddiaçı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bil ərək göstərmişdir ki, dostluq münasibətlərində olduğu Cavabdeh Söhrab oğlunun mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinin girov qoyulmasını təmin etmişdir. İpoteka ilə bankın xeyirnə yüklü edilmiş öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsindəki 2 mərtəbəli, 3 otaqlı, 54.20 kv.m yaşayış, 164.40 kv.m köməkçi sahədən ibartət fərdi yaşayış evi bankın razılığı ilə 45.000 manata satılaraq əldə edilmiş vəsait həmin kredit müqaviləsi üzrə əsas borc və faizlərin ödənilməsinə sərf edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, mülki iddianı zərərə aid hissədə qəbul edir.

35. Həmçinin məhkəmə istint aqında şahid qismində dindirilmiş Cavabdeh Söhrab oğlu ifadə verərək göstərmişdir ki, qardaşı Şahin Ələkbərovun tələbə yoldaşı olmuş, 1987-ci ildən tanıdığı İddiaçı bankdan alacağı kredit müqabilində ona məxsus olan evi girov qoymasını xahiş etdiyi üçün o, Quba rayonu, Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinin Ağasi Abdullayevin adına rəsmiləşdirilmiş 200.000 manat kredit müqabilində "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmin kredit Ağasi Abdullayev üçün ayrılsa da, faktiki olaraq pulu İddiaçı almışdır. İddiaçı Xaçmazda meyvə-tərəvəz alqı-satqısı və soyuducu anbarın işlədilməsi ilə məşğul olduğunu, hazırda xeyli miqdarda alacağı və borcu yarandığı üçün işləyə bilmədiyini, kreditin ödənilib-ödənilməməsi barədə dəqiq məlumatının olmadığını qeyd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-cı il tarixli, 2(006)4030/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabadehlər Cavabdeh Söhrab oğlu, X5 və X4 qarşı kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir.

36. Apelyasiya Məhkəməsi tədqiq olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, öhdəlik hüquq münasibətlərini özündə əks etdirən hər hansı bir rəsmi sənəd və ya müqavilə mövcud olmadığından cavabdehdən həmin normalara əsasən pulun tutulması əsaslı deyil.

37. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etm işdir ki, iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 28.000 manat məbləğində borcun olması barədə məhkəməyə qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları ilə sübuta yetirilməmişdir.

38. İddiaçının istinad etdiyi 04 oktyabr 2016-cı il tarixli əlyazmanın mətni iddiaçının dediyi hallara uyğun gəlmir və mötəbər sübut kimi qəbul edilə bilməz. Qanunvericinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, iş in faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Həmçnin məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı iş in halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

40. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

41. Kollegiya bir məsələni də qeyd edir ki, kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə işin faktiki hallarının düzgün araşdırılmaması, cavabdehin hansısa sözlərinin borcun etirafı kimi qiymətləndirilməli olması ilə bağlı deyilənlər qəbul edilən deyil.

42. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).

43. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-310/2021 nömrəli 12 fevral 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar