Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3887/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində pul tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(105)-1181/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X9 arasında (keçmiş ər-arvad) əmlak bölgüsü ilə bağlı mübahisə olmuşdur.
2. Həmin mübahisə üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)155/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə cavabdeh X3 adına banka qoyulmuş 15000 (on beş min) manat pulun yarısını təşkil edən 7500 (yeddi min beş yüz) manat pul, bir ədəd “LG” markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 (üç yüz əlli) manat pul, habelə bir ədəd “İNDESİT markalı paltaryuyanın, bir ədəd 150 (yüz əlli) manat dəyərində şirəçəkənin, 500 (beş yüz) manat dəyərində bir maşın kərpicin özü və ya dəyəri, həmçinin ilk iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumunun cavabdeh X2 alınaraq İddiaçı verilməsi, tərəflərin birgə nikah dö vründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövrdə dəyərinin yarısını təşkil edən 3500 (üç min beş yüz) manat pul, habelə İddiaçı adına banka qoyulmuş 16000 (on altı min) manat pulun yarısını təşkil edən 8000 (səkkiz min) manat pul, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10233 (on min iki yüz otuz üç) manat pul İddiaçı alınaraq X4 verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi avtomobilin dəyərinin ½ hissəsinin bölünməsinə dai r hissədə dəyişdirilərək avtomobilin dəyərinin 6000 manat olması nəzərə alınmaqla onun ½ hissəsi olan 3000 manat pulun İddiaçı alınaraq X4 verilməsi, qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 42,4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
5. Həmin evin inşa edilidyi torpaq sahəsinə çıxarışın verilməsinə əsas – Nasosnıy qəsəbə şurasının 03 dekabr 1958-ci il tarixli 14 saylı, 14 avqust 1959-cu il tarixli 9 saylı və Sumqayıt şəhər şurasının zəhmətkeş deputatlarının İcraiyyə Komitəsinin 17 aprel 1959-cu il tarixli iclas protokları ilə X5 (Cavabdeh atası) ayrılması olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 20000 manat pulun Cavabdehn (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qaynatası, yəni keçmiş arvadı X3 atasıdır. İddiaçı xx.xx.2007-ci ildə X9 ilə rəsmi nikaha daxil olmuş, həmin il 3-4 ay ünvan 3 ünvanında yerləşən anasına məxsus mənzildə yaşamış və həyat yoldaşının onun ailəsi ilə birgə yaşayışı alınmadığından həmin mənzili tərk edib 1 il müddətində kirayədə yaşamışlar.
8. Bundan sonra, ünvan 4 ünvanında arvadı Bağda Qurbanovanın babasının isti fadəyə yararsız evinin yanında ev tikməyi onlara keçmiş qayınatası olan cavabdeh təklif etmiş və həmin yerdə iddiaçı 2008-2009-cu illərdə ev tikib ayrılanadək orada yaşamışlar. Hər iki övladı oradan bağçaya getmişdir.
9. Sözügedən evin tikintisinə iddiaçı 20000 manat xərc çəkmişdir. Həyat yoldaşı X9 ilə uzun müddət bir yerdə mehriban yaşasalar da, sonradan ailədaxili münasibətlər kəskinləşmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.
10. Cavabdeh iddiaçının birgə nikah dövründə inşa və təmir etdiyi evi arvadı ilə onun arasında əmlak mübahisəsi olan zaman öz adına rəsmiləşdirmişdir. İddiaçının əziyyətlə tikib-qurduğu evə hazırda cavabdeh sahiblənməklə əsassız varlanmışdır. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə çəkd iyi 20000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının maliyyə vəsaiti hesabına tikilmiş və təmir olunmuş fərdi yaşayış evini cavabdeh əsassız olaraq öz adına keçirməklə mənimsəmiş, iddiaçıya maddi zərər vurmaqla əsassız olaraq varlanmışdır. Cavabdehin qəsdən törədilmiş bu hüquqazidd hərəkətləri iddiaçıya birbaşa maddi zərər vurmaqla qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur.
11. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, evi özü tikib, ev iki otaq bir mətbəxdən ibarətdir.
12. Məhkəmə baxışında şahid X6 bildirib ki, iddiaçı ondan 1000 ədəd qırmızı kərpic və 30-40 kisə sement almış, bunun müqabilində 1000 manat ödəniş etmişdir.
13. Məhkəmə baxışında şahid X7 bildirib ki, iddiaçı onun oğludur, oğlu və gəlini ilə əvvəllər bir yerdə yaşamışlar. Oğluna ev tikməsi üçün 12000 manat pul vermişdir. Cavabdeh isə onlara ev tikmək üçün torpaq sahəsi vermişdir. Sözügedən ev H.Z.Tağıyev qəsəbəsində tikilmişdir. Oğlu ilə keçmiş gəlini həmin evdə bir neçə ilə yaşamışlar. Cavabdeh evin tikintisi üçün heç bir kömək etməmişdir.
14. Məhkəmə baxışında şahid X10 bildirib ki, mübahisəli ev 1992-1993-cü illərdə cavabdeh tərəfindən inşa edilmişdir. Ev kubikdən tikilmiş, nəmlik olduğu üçün sonradan evin çölünə kərpic vurulmuşdur ki, həmin kərpic də cavabdeh tərəfindən vurulmuşdur. Ev bir mərtəbəli evdir, həyətə girərkən sağ tərəfdə yerləşir.
15. Məhkəmə baxışında şahid X1 bildirib ki, usta kimi evin tikintisində iştirak etmişdir. Ev tikilərkən xərclərlə bağlı pulu ona cavabdeh vermişdir. Evin tikintis i üçün sifariş verilərkən tərəflər hər ikisi iştirak etmişdir. Cavabdeh tərəfindən ona nə qədər pul verildiyi yadında deyil.
16. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evdə 2008-2009-cu illər ərzində, eyni zamanda evin inşası zamanı qırmızı kərpiclə görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6316 saylı ekspert rəyinə əsasən mübahisədə adı keçən evin inşası zamanı 2008-2009-cu illər ərzində görülmüş işlərin dəyərini müəyyən etmək mümkün olmamışdır, lakin qırmızı kərpiclə görülmüş işlərin (tikinti materiallarının və usta pulunun) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 914,76 manatdır.
18. İddiaçının sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi q iymətləndirmə rəyinə görə ünvan 5 ünvanında yerləşən evin xx.xx.2022-ci il tarixə olan vizual orta bazar qiyməti 19000 manat təşkil edir.
19. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-12/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 457,38 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. (hakim Elmir Hüseynov)
20. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara əsasən qeyd etmişdir ki, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmişdir. Şahid ifadələrinə əsasən cavabdeh həmin evi 1992-1993-cü illərdə inşa etmiş, bir mərtəbəli evdir, ev mişar daşından tikilmiş, nəmlik olduğu üçün sonradan evin çölünə kərpic hörülmüşdür ki, kərpic işl ərini iddiaçı ailəsi ilə həmin evdə yaşadığı dövrdə gördürmüşdür.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən işlər (qırmızı kərpiclə görülmüş işlər) iddiaçı tərəfindən nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına aparılmışdır. Hazırda iddiaçını arvadı ilə nikahı pozulduğundan həmin 914,76 manatın ½ hissəsi iddiaçıya aid edilməlidir. Odur ki, iddiaçının mübahisəli evə çəkdiyi xərcin onun payına düşən hissəsi, yəni 457,38 manat cavabdehdən alınıb ona qaytarılmalıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 21.1, 21.2, 21.3, 225, 385.1, 386.1, 386.1.3, 1091.1, 1091.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ildə Qaradağ Rayon Məhkəməsində iddiaçı ilə Bağda Qurbanova arasında nikahın pozulması və əmlak bölgüsü mübahisələrinə baxılarkən məhkəmə iclaslarında həm Bağda Qurbanova, həm də sonuncunun hazırkı iş üzrə cavabdeh olan atası mübahisəli fərdi yaşayış evinin onunla birgə nikahda olan zaman inşa olunduğunu dəfələrlə bildirmişlər. Lakin məhkəmə iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları və cavabdehin, eləcə də onun qızı Bağda Qurbanovanın verdiyi izahatları nəzərə almadan belə qənaətə gəlmişdir ki, guya evi cavabdeh özü tikib, iddiaçı isə yaln ız kərpiclə olan işləri görmüşdür. Bundan əlavə, DƏDKRX-dən sorğu ilə alınmış və iş materiallarına əlavə edilmiş sənədlər ilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1959-cu ildə cavabdehin atasına verilib və orada köhnə bir ev inşa olunub. Lakin 1959-cu ildə inşa edilmiş tikinti materialları ilə 2009-cu ildə inşa edilmiş tikinti materialları arasındakı fərq açıq-aydın görünür. Bu da onu göstərir ki, həmin ev cavabdehin dədə-baba evi deyil. Həmçinin işin hallarından aydın şəkildə görünür ki, iddiaçı cavabdehin istifadəsinə verilmiş torpaq sahəsində sonuncunun razılığı ilə fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisinə də 20000 manat pul xərcləmişdir. Bu evin tikintisinə xərclənən pul vəsaitinin məbləği ekspert tərəfindən 19000 manat müəyyən edilib, hazırda isə həmin e vin dəyəri daha yüksəkdir.
25. Apellyasiya baxışında cavabdeh apelyasiya şikayətinə etirazəında göstərmişdir ki, evi özü tikib. Birinci instansiya məhkəməsində şahidlər də bunu təsdiq edib, iddiaçını tanımadıqlarını deyiblər. Bundan əlavə iddiaçı özü həmin il Südçülük sovxozunda ev tikdirirdi,
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(105)-1181/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 iyul 2024-cü il tarixli, 2(060)-12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov, Elman Rəhimov)
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia çı məhkəməyə mübahisədə adı keçən evin onun tərəfindən və onun vəsaiti hesabına tikilməsini təsdiq edən sbut təqdim etməmişdir. Mübahisəli evin kim tərəfindən inşa edilməsinin əsaslandırılmasından ötrü təkcə şahid ifadələrinə istinad edilməsi məhkəmə üçün yetərli sübut deyildir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 240.2, 243, 244, 393, 394-cü, Mülki Prosessual Məcəllənin 77.1, 81 və 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmıdır. (bax: 24-cü bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsind ə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
37. İddia tələbi əsassız varlanma nəticəsində pul tələbi barədə olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, iddianı sübut edilən hissədə təmin etməklə (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla) qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
39. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
40. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisədə adı keçən evin iddiaçı tərəfindən tikilməsi iş materialları ilə sübut edildiyi halda, həmin sübutlara əhəmiyyət verilməmiş, onlar düzgün qiymətləndirilməmiş, iddiaçının arvadının və cavabdehin digər məhkəmə işində bu faktı təsdiq etmələri nəzərə alınmamıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlilləri, o cümlədən iddiaçının arvadının və cavabdehin digər məhkəmə işində bu faktı təsdiq etmələri işə mahiyyəti üzrə sübutlar əsasında baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
42. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edir, belə olan halda, həmin şəxsin əsassız varlanması sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
43. İşdən görünür ki, iddiaçı tələbini tam sübuta yetirə bilməmiş, onun tələbi yalnız sübut edildiyi hissədə təmin edilmiş, qalan hissədə iddia sübut edilməməsinə əsası ilə təmin edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
45. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini tam sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
46. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1181/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.