Məhkəmə qərarları › İş №2(102)-3889/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3889/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3889/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı; Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.12.2007-ci il tarixli kredit razılaşmasına əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik faiz 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 eyni tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətindəki X kvadrat metr yaşayış sahəsindən ibarət 34 nömrəli binanın 14 nömrəli mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.

3. Buna baxmayaraq, Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.

4. Bank, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında Cavabdeh1 x əbərdarlıq etdikdən sonra 22.04.2019-ci ildə aşağıdakı ilkin iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İKB ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 27.12.2007-ci il tarixli kredit müqaviləsi üzrə 22.399,17 ABŞ zolları əsas borc, 11.947,71 ABŞ dolları faiz borcu, 314,84 ABŞ dolları cərimə olmaqla, cəmi 54.661,72 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1də yerləşən 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və b orcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tələb Cavabdeh1 məxsus mənzilə yönəldikdə və o, satıldıqdan sonra ilkin iddia üzrə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı İKB ASC işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İKB ASC ilə bağlanmış kredit müqaviləsinin şərtlərinin 29 dekabr 2009-cu ildə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə uyğunlaşdıraraq 26.000 ABŞ dollarının 21.983 manat kimi dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti 240 ay (20 il) göstərilmişdir. Lakin, istehlak krediti göstərilən müddətə verilə bilməz. 27 dekabr 2007- ci il tarixli, 1434 nömrəli yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən ünvan 1-də yerləşən 14 nömrəli mənzil alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. Mənzil in satış qiyməti 30.861 AZN (36 500 ABŞ dolları), müəyyən edilmişdir. Sənədlərdən görünür ki, onunla ipoteka predmetinin əvvəlki mülkiyyətçisi və bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bank cavabdehə istehlak krediti verməyib, ona ipoteka predmetinin alınması məqsədilə manat ekvivalenti ilə ipoteka krediti verib. Bütövlükdə cavabdeh banka 39.113,8 ABŞ dolları pul ödəmişdir. Ondan faiz borcu kimi 37.000 ABŞ dolları, əsas borc kimi isə 2106 ABŞ dolları çıxmışlar. Hal-hazırda da iddiaçı ondan 34661,72 ABŞ dolları tələb edir. Cavabdeh tələb olunan məbləği də ödəsə, ümumilikdə banka 73 775,52 ABŞ dolları ödəmiş olar. Hal-hazırda Sumqayıt şəhərində 5-ci mərtəbədə, təmirsiz, 2 otaqlı mənzilin dəyəri 30000-35000 manatdır ki, bu da təqribən 19-20 500 ABŞ dolları edir. 21 fevra l 2015-ci il tarixdə Azərbaycan manatı ABŞ dollarına münasibətdə 30% devalvasiyaya uğramış, sonrakı dövrdə yenidən devalvasiyaya uğrayaraq 1 ABŞ dolları 1,7 manat dəyərində dayanmışdır. Deməli, yuxarıdakıları analiz etdikdə belə nəticəyə gəlmək olar ki, 27 dekabr 2007-ci il tarixli kredit müqaviləsi və manatın ABŞ dollarına nisbətdə devalvasiyaya uğraması cavabdehin vəziyyətini pisləşdirmişdir. Bundan başqa yaranmış münasibətləri kredit müqaviləsi deyil 29.12.2007-ci il tarixdə bağlanmış alqısatqı və ipoteka müqaviləsi tənzimləyir. Kredit müqaviləsi alqı-satqı və ipoteka müqaviləsinə uyğunlaşdırılmalıdır. Çünki alqı-satqı və ipoteka müqaviləsində evin dəyəri 30.861 manat göstərilmişdir. Həmin məbləğin 8878 manatını cavabdeh, 21.983 manatını isə bank ödəmişdir. Bu baxımdan kredit müqavilə sində göstərilmiş 26.000 ABŞ dolları ipoteka müqaviləsində göstərildiyi kimi 21.983 manat kimi götürülməli və onun ödədiyi məbləğ də həmin puldan çıxılmalıdır.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 10.09.2019-cu il tarixli, 19164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 22.04.2019-cu il tarixinə əsas borcu 22.399,17 ABŞ dolları, faiz borcu 11.947,71 ABŞ dolları təşkil edir. 10. “S-Əmlak Qiymətləndirmə” Ekspert Mərkəzinin 24.01.20200-ci il tarixli qiymətləndirmə hesabatında Sumqayıt şəhər, 12-ci mikrorayon, bina 34-də yerləşən 14 nömrəli mənzilin dəyəri 43.000 manat məbləğində müəyyən edilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 21 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli, X saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 22399,17 ABŞ dolları, faiz borcu üzrə 11947,71 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 34446 (otuz dörd min dörd yüz qırx altı) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən 14 nömrəli mənzilə yönədilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatış mayan məbləğin Cavabdeh1 ümumi qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1-də yerləşən 14 nömrəli mənzilin ilkin satış qiymətinin 43000 (qırx üç min) manat məbləğində müəyyən edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manatın 45 manatı iddiaçı "xxxx" ASC-dən, 100 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit razılaşması və ipoteka müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşı sında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13. "xxxx" MMC-nin X saylı 21 sentyabr 2020-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin 19 sentyabr 2020-ci il tarixinə bazar dəyəri 45.000 (qırx beş min) manat, likvid dəyəri isə 40.000-42.000 (qırx min – qırx iki min) manat məbləğində müəyyən edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 14 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı İKB ASC ilə Cavabdeh1 arası nda bağlanmış 27 dekabr 2007-ci il tarixli, X saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 22.399,17 ABŞ dolları, faiz borcu üzrə 11947,71 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 34.446 (otuz dörd min dörd yüz qırx altı) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən 14 nömrəli mənzilə yönədilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-yə olan borcu ödənilməsi, ünvan 1-də yerləşən 14 nömrəli mənzilin likvid dəyərinin 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməsi, il kin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 500 (beş yüz) manatın alınaraq S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını gecikdirmiş və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Qarşılıqlı iddia tələbinin isə qanuni əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən tarixdə ipoteka müqaviləsi bağlanmamışdır və 27.12.2007-ci il tarixdə Cavabdeh1 mülkiyyətimdə mübahisəli ev olmamışdır. Cavabdeh1la iddiaçı arasında alqı-satqı və ipoteka müqaviləsi 29.12.2007-ci il tarixdə bağlanmışdır. Bu baxımdan göstərilən kredit müqaviləsinin ipoteka müqaviləsinə heç bir aidiyyəti yoxdur. Sənədlərdən görünür ki, Cavabdeh1la ipoteka predmentinin əvvəlki mülkiyyətçisi və bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bank ona istehlak krediti verməyib. Bank ona ipoteka predmetinin alınması məqsədilə manat ek vivalenti ilə ipoteka krediti verib. Həmin müqavilənin 1.5-ci bəndi müəyyən edir ki, Alıcı-İpoteka qoyan satılan mənzili (bundan | sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış "27" dekabr 2007-ci il tarixli X №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. 27 dekabr 2007-ci il tarixli kredit müqaviləsinin əlavəsi kimi verilmiş cədvəldən də görünür ki, ilkin olaraq bank Cavabdeh1 361,73 ABŞ dolların, əsas borcdan 15,26 ABŞ dolları, faiz borcundan isə 346,47 ABŞ dolları tutmuşdurlar və o, bütövlükdə banka 39113,8 ABŞ dolları pul ödəmişdir. Bunun faiz borcu 37.000, əsas borcda isə 2106 ABŞ dolları çıxmışlar. Hal-hazırda da İddiaçı İKB ASC Cavabdeh1 34.661,72 ABŞ dol ları tələb edir. Sonuncu tələb olunan məbləği də ödəsə, ümumilikdə banka 73.775,52 ABŞ dolları ödəmiş olar. Hal-hazırda X mənzilin dəyəri 30-35 min manatdır, bu da təqribən 19.000-20.500 ABŞ dolları edir. 21 fevral 2015-ci il tarixdə Azərbaycan manatı ABŞ dollarına münasibətdə 30% devalvasiyaya uğradı, sonrakı dövrdə yenidən devalvasiyaya uğrayaraq 1 ABŞ dollar=l,7 manat dəyərində dayandı. Yuxarıdakıları analiz etdikdə belə nəticəyə gəlmək olar ki, 27 dekabr 2007-ci il tarixli kredit müqaviləsi və manatın ABŞ dollarına nisbətdə devalvasiyaya uğraması Cavabdeh1 vəziyyətini pisləşdirdi. Bundan başqa yaranmış münasibətləri kredit müqaviləsi deyil, 29 dekabr 2007-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi tənzimləyir. Kredit müqaviləsi alqı-satqı və ipoteka müqaviləsinə uyğunlaşd ırılmalıdır. Çünki alqı-satqı və ipoteka müqaviləsində evin dəyəri 30.861 manat göstərilmişdir. Həmin məbləğin 8878 manatını Cavabdeh1 ödəmişdir. 21.983 manatını isə bank ödəmişdir. Bu baxımdan kredit müqaviləsində göstərilmiş 26.000 ABŞ dolları ipoteka müqaviləsində göstərildiyi kimi 21.983 manat kimi götürülməli və Cavabdeh1 ödədiyi məbləğ də həmin puldan çıxılmalıdır. Bu formada ipoteka müqaviləsi üzrə ödənişlər aparıla bilməz. 27 dekabr 2007-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu istehlak kreditidir. Bunun da ipoteka kreditinə heç bir aidiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıl malarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

22. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka sax layanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhru m olur.

24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

30. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq m arketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

31. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

32. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.

33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edili r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş m ateriallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

40. Tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yetirərək, pulu cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İlkin iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü pretenziya qaydasında müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmiş və nəticədə ilkin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 öz növbəsində qarşılıqlı iddia tələbi üzrə müraciət edərək, ilkin i ddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinin 29 dekabr 2009-cu ildə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə uyğunlaşdıraraq 26.000 ABŞ dollarının 21.983 manat kimi dəyişdirilməsini xahiş etmişdir.

41. Qanunun mənasına görə əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəlik Cavabdeh1 tərəfindən icra edilmədiyindən, iddia kredit müqaviləsinin ləğv edilməsi, əsas borc, ona hesablanmış faiz və ipoteka predmetinə tutmanın yönəldilməklə mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilmə si hissəsində iddia əsaslıdır.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 34.661,72 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır.

44. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqa yisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 34.661,72 ABŞ dolları cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdeh barəsində 34.661,72 ABŞ dolları məbləğində hesablanan cərimənin məbləğinin azaldılaraq, 100 (yüz) ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır.

45. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Apellyasiya məhkəməsi tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilm iş A04/365 saylı 21 sentyabr 2020-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin 19 sentyabr 2020-ci il tarixinə bazar dəyəri 45000 (qırx beş min) manat, likvid dəyəri isə 40.000-42.000 (qırx min – qırx iki min) manat məbləğində müəyyən edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 42.000 manat müəyyən edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan və məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmadığından təmin edilə bilməz.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı ara şdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Kollegiya manatın devalivasiyaya uğramasına görə bağladığı müqavilə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə qarşılıqlı iddia çının mövqeyi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 7 sentyabr 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya ş ikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar