Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-389/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunu gecikdirmə faizinin ödənilməsi) 10.02.2021 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4639/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2012-ci il tarixli, İST 323 saylı kred it müqaviləsinə əsasən, "xxxx" ASC, Cavabdeh illik 14 faiz dərəcəsi ilə 36 ay müddətinə 1.100.000 məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh, öhdəliyin icrasını gecikdirmiş, nəticədə banka borcu yaranmışdır. Bu səbəbdən "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli nömrəli kredit müqaviləsinə əlavə ilə borc kapitallaşdırılaraq, kreditin müddətinin xx.xx.2016-cı il tarixədək uzadılması və illik faiz dərəcəsinin 8% endirilməsi barədə razılığa gəlmişlər. Buna baxmayaraq, cavabdeh yenə də kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında icra etməmiş və bank xx.xx.2018-ci ildə aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), Cavabdeh xx.xx.2012-ci il tarixli, 323 saylı kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas borc, 43.756,52 manat faiz borcu, 197.266.61 manat cərimə borcu, 140.123,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 1.480.169,87 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc məbləğləri ondan tutulmalıdır.
4. Cavabdeh birinci i nstansiya məhkəməsindəki icraat zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) xx xxxx 2019-cu il tarixli, 2(005)-135/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas, 43.756,52 manat faiz, 150.000 manat məbləğində cərimə borcu, cəmi 1.292.779,75 manat, habelə 30 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə mühasibatlıqekspertizası xərci olaraq 120 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabd eh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, Cavabdeh öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxxx 2020-ci il tarixli, 2(103)12091/19 nömrəli qətnaməsi ilə apel lyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) 2(102)-847/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmaması hissəsində ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Kassas iya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxx 2020-ci il tarixli, 2(103)4639/20 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)135/2019 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla 140,123,52 manat pulun cavabdehdən tutulmasının təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 140,123,52 manat (yüz qırx min yüz iyirmi üç manat əlli iki qəpik) məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin və onun rəsmi şərhi olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin mövqeyinə əsasən iddiaçı kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə cavabdehdən illik 5 faiz formasında zərərin əvəzinin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbi üzrə kreditlərin əsas və faiz borcları hissələrində işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndər ilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlməyərək iddiaçının şişirdilmiş məbləğlərini heç bir araşdırma aparmadan əsaslı bildi və bununla bağlı Nərimanov rayon məhkəməsinin mövqeyini qanuni saydı. Məhkəmə kollegiyası tələm-tələsik qətnamə qəbul edərək qanunsuzluğa yol verdi. Məhkəmə kollegiyası nəzərə almadı ki, 1-ci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən birtərəfli qaydada araşdırma aparmış və bankın tərtib etdiyi sənədləri əsaslı sübut kimi qəbul edərək qətnamə çıxararkən həmin sənədlərə istinad etmişdir. Məhkəmə kollegiyası bankın əsassız yəni kifayət qədər real məbləği özündə əks etdirməyən tələblərini qüvvədə saxladı və göstərilən hal yəni heç bir araşdırma aparmadan bankın tələb etdiyi məbləğl ərə (mənbəyini və hesablanma prosedurunu müəyyən etmədən) əsaslı istinad olunası sübut kimi qiymət verməsi məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamənin əsassızlığına birbaşa dəlalət edir. Çünki necə ola bilər ki, bank ilk iddia ərizəsində cavabdehdən 146.422,27 manat faiz və 12.466,68 manat cərimə borcu istəyir, sonradan faiz 43.756,52 manata endirilir, ancaq cərimə borcu 197.266,61 manata qaldırılır. Görəsən bu şişirdilmiş məbləğləri işə baxan məhkəmələr görmür. Cavabdeh prosesə cəlb edilmədiyindən bu hallara dair müdafiəsiz qalmışdır. Cavabdehin banka bu qədər borcunun qalması mümkün deyil. Belə ki, iddiaçı tərəfindən banka ödənilmiş məbləğlərin düzgün hesablanıb-hesablanmaması aydın deyildir, bununla da əsas borc düzgün hesablanmamışdır. Həmçinin faiz, cərimə borcu da düzgün hesablanmamış, həddindən artıq çox hesablanmışdır. Məhkəməyə təqdim olunan kredit müqaviləsində kreditin və faizin hesablanması və qaytarılması qaydası nəzərdə tutulmuşdur və bu qaydalar bilavasitə borc verənin özü tərəfindən müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən əsas borcun da düzgün hesablanıbhesablanmaması araşdırılmamışdır, cavabdeh tərəfindən ödənişlər edilərkən əsas borcdan və ya faiz borcuna çıxılması müəyyən edilməmişdir. Ona görə də bütün bu hesablanmış əsas borclar və faiz borcları əsassızdır, qeyri-qanunidir, silinməlidir. Məhkəmə kollegiyası tərəfindən də bu amillər nəzərə alınmamışdır, iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmamışdır. Başqa bir halda kredit 2012-ci ildə 36 ay müddətinə verilib. Prosesdə iştirak edə bilməməyinə görə bankın iddia müddətinin ötürübö türməməsinə dair araşdırma apara bilməmişdir. Eləcə də, işə baxan məhkəmələr bu qanunsuz şişirdilmiş əsas və faiz borc məbləğlərini, 5 faiz gecikdirmə faizlərini tutmalarını azmış kimi hələ 150.000 manat da cərimə tuturlar. Bu ağlabatan olmayan şişirdilmiş məbləğlərlə cavabdeh olaraq onu çıxılmaz vəziyyətdə qoyublar. Ən azından məhkəmələr cavabdehin vəziyətini nəzərə alaraq cərimə məbləğini tutmaya bilərdi. Onsuz da əsas və faiz borc məbləğlərini fantastik qaydada şişirdiblər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunm adığı hallarda şikayət verə bilərlər.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamənin ləğv, iddia tələbi üzrə kreditlərin əsas və faiz borcları hissələrində işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Kollegiya vurğulayır ki, Cavabdeh əsas borc, müqavilə faizləri və cərimə borcunun tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün həmin hissələrlə bağlı kassasiya şikayəti verə bilməz (§ 19). Çünki, iddianın həmin hissələri ilə bağlı Cavabdeh apellyasiya məh kəməsində rədd edilmiş tələbləri mövcud deyil. Ona görə də, hazırkı kassasiya şikayəti üzrə apellyasiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan illik 5% faiz borca aid hissədə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Yuxarıda göstərilən məhkəmə aktları ilə cavabdehin kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas borcunun olması qətiləşmişdir. Belə olan halda, iddiaçının həmin borcun gecikdirilməsinə görə 140,123,52 manat illik 5 faiz məbləğini tələb etməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğundur (§ 17).
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tər əfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
26. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi halda, müqavilə müddəti bitdikdən və öhdəlik pozulduqdan sonra icra edilməmiş əsas borc öhdəliyi nin ən azı illik 5 faizini ödəməlidir. Çünki banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanmış gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz.
27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4639/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.