Məhkəmə qərarları › İş №2(102)-389/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-389/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-389/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1394/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) ayrı-ayrı vaxtlarda satmaq üçün 11000, 5600, 16.000, 14.500, 17000, 16150, 8500, 1880 manat, ümumilikdə 90730 manat dəyərində qızıl əşyaları götürmüşdür. Cavabdeh qızılları satmış, 29730 manat ödəmiş və 61000 manat dəyərində borcu qalmışdır.

2. İddiaçının şikayəti üzrə polis orqanlarında aparılan araşdırma zamanı cavabdeh iddiaçıdan satmaq üçün qızıllar almasını, 61000 manat borcu qalmasını etiraf etmişdir.

3. Mübahisə həmin münasibətlər üzrə yaranmış 61000 manat borcun qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 61.000 (altmış bir m in) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə, həmçinin cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün sonuncunun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayından başlayaraq cavabdeh iddiaçıdan hissə-hissə qızıl-zinət əşyaları alıb aparmış və nəticədə iddiaçıya məxsus 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Belə ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh xırda alverlə məşğul olur. 2021-ci ilin yanvar ayında cavabdeh iddiaçıya ona müraciət edərək, onun qızıl-zinət əşyası almaq istəyən müştərilərinin olduğunu demiş, iddiaçıda belə əşyalar varsa yaxşı qiymətə sata biləcəyini bildirmişdir. Beləliklə, bir neçə dəfə cavabdeh iddiaçının özünə m əxsus qızıl-zinət əşyalarını aparmış, satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmışdır. Buna görə də iddiaçı cavabdehə inanmış və etibar edərək ona qızıl-zinət əşyaları vermişdir. Bundan təxminən bir neçə ay sonra cavabdeh iddiaçıdan əyarı 750 və çəkisi ağır olan qızıl-zinət əşyaları istəmiş və iddiaçı da özünə və qızlarına məxsus qızılzinət əşyalarını hissə-hissə, yaşadıqları evdə əri X3 yanında cavabdehə vermişdir. Hər dəfə cavabdehə qızıl-zinət əşyalarını verəndə siyahı tutulmuş və hər bir qızıl-zinət əşyasının çəkisi, forması və əyarı siyahıda yazılmışdır. Qiymətini isə özləri öz aralarında danışıb, razılaşmışlar. Nəticədə, cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə onu aldatmış və 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir.

6. İddiaç ı 2022-ci ildən başlayaraq cavabdeh barəsində mütəmadi olaraq şikayətlər etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan yuxarı instansiyalara etdiyi şikayətlər bir nəticə verməsə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar ləğv edilmişdir. Bundan sonra iş yenidən araşdırılmağa başlanmış, lakin xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması yenidən rədd edilmişdir. Həmin qərardan da yuxarı instansiyalara şikayət etməsinə baxmayaraq, cavabdeh məsuliyyətə cəlb olunmamışdır. Hətta instintaq orqanları cavabdehin adını çəkd iyi, iddiaçının tanımadığı X adlı xanımla cavabdehi üzləşdirməmişlər. Yəni istintaq orqanı işə barmaqarası yanaşmış, nəticədə iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Lakin iddiaçı bu gün də hesab edir ki, cavabdeh ona qarşı dələduzluq etmişdir. Cavabdehin əməlləri nəticəsində iddiaçı maddi və mənəvi zərər çəkmişdir. Hətta cavabdehin bu əməli iddiaçının sağlamlığına ciddi zərər də vurmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.2, 448.1, 449.1,

739. Və 740-cı maddələrinə istinad etmişdir.

8. Cavabdeh hazırlıq iclasında bildirmişdir ki, iddiaçıdan hissə-hissə olmaqla 100 min manatlıq qızıl-zinət əşyası alıb. Həmin qızılları X adlı xanıma verib, lakin X pulu ödəmir. Hazırda iddi açıya 61000 manat borcu var. Buna baxmayaraq iddianı qəbul etmir.

9. Cavabdeh məhkəmə baxışında iddianı etiraf etməsi barədə ərizə vermiş, həmçinin göstərmişdir ki, iddiaçıdan qızılı hissə-hissə götürüb, ilkin və aylıq ödənişlər də edib. Axırıncı dəfə də ilkin ödəniş edib qızılları götürüb. X adlı xanımın ona 69493 manat borcu var, bu puldan 61000 manatı iddiaçıya ödənilməlidir. Lakin X onu aldadıb.

10. Sonradan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, videodiskə baxış keçirmişdir. Nümayəndəsi olduğu şəxsin dediklərində həqiqət vardır. Birinci məhkəmə iclasında cavabdehə iddianın qəbul edib-etmədiyinə dair sual vermişlər. Cavabdeh isə demişdir ki, iddianı qəbul etmir. Tərəflər arasında mübahisə vardır. Etiraf vardır ki, tərəflər arasında alış-veriş olmuşdur. Hər iclasda iddiaçının vəkili deyir ki, pulu cavabdehə vermişlər. Birincisi, məsələ pul deyildir, burada söhbət qızıldan gedir. Qızılın dəyərini isə iddiaçı bilmir. Cavabdeh etiraf edir ki, qızıl almışdır. Məhkəmə hər bir iddianın etirafını etiraf kimi qəbul etməməlidir. Həqiqətən cavabdehə verilən qızılların dəyəri 61000 manat deyildir. İddiaçının nümayəndəsi bildirir ki, onlar siyahını cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişlər. Mövcud olmayan bir şeyin sübutunu necə təqdim etsinlər? İddiaçının sübutetmə vəzifəsi vardır. Cavabdeh X adlı şəxsə çoxlu müraciətlər etdiyi üçün, X cavabdeh barəsində 102 qaynar xətti vasitəsilə şikayət etmişdir. İddiaçı bildirir ki, qızılları cavabdehə hissə-hissə vermiş, heç vaxt bütünlüklə iddiaçıya qızıl verməmişdir. Hər dəfə verdikdə də cavabdeh ilkin ödənişlərini etmiş və aylıqlarını başqa-başqa vaxtlarda vermişdir. Cavabdeh qızılları aldığını inkar etmir. Sadəcə qızılların dəyərini müəyyən etmək lazımdır. İddiaçı qeyri-səmimi izahatları ilə hansı hallarda özünün haqlı, hansı hallarda haqsız olduğunu sübuta yetirir. İddiaçı o halda haqlıdır ki, qızıl vermiş, cavabdeh də qızılları qəbul etmişdir. Bu həqiqətdə də belədir. Onların arasında olan mübahisə qızılların sayı və növləri ilə bağlıdır. Onlar özləri müəyyən etmişdir ki, iddiaçının verdiyi qızılların ümumi dəyəri maksimum 30000 manatdır. Qızılların dəyəri iki qat qiymətdə şişirdilmişdir. Buna görə də qızılların qiyməti ilə bağlı ekspertiza olmalıdır. Cavabdeh savadsız adamdır, o, qızılların qiymətini bilmir. Onlar iddia tələbini 30 min manat civarında qəbul edə bilərlər. İddi açı qismən haqlıdır, lakin əsassız varlanmaq istəyir. Ona görə də iddiaçının verdiyi tələb həcmində deyil, 30 min manat dəyərində iddia tələbini qəbul edirlər. İddia tələbinin xüsusi qərar hissəsi tamamilə absurddur. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vardır. Ona hüquqi qiymət verilmiş, digər şəxs də dindirilmiş və etiraf etmişdir ki, qızılları almışdır.

11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin etirazına münasibətdə bildirmişdir ki, heç kim kiməsə nə təzyiq göstərmiş, nə də göstəriş vermişdir. İki ildir ki, toplanmış materiallarda təxminən 10 izahat vardır. İzahatlar isə kimsə tərəfindən mübahisələndirilməmişdir. Qarşı tərəfin vəkilinin dedikləri və vəsatəti absurd və əsassızdır. Bütün bunlar məhkəmənin vaxtını uzatmağa yönəlmişdir. Cavabde hin nümayəndəsi iş materialları ilə tanış deyildir. Cavabdeh izahatında 90000 manat civarında qiymət göstərir. Cavabdeh X adlı şəxslə əlbir olmuş və iddiaçını aldatmışlar. Cavabdeh özü də məhkəmə iclasında demişdir ki, X ona qarşı da dələduzluq etmişdir. Cavabdehin etirafedici izahatı X ilə üzləşmələr də daxil, polisdə öz əksini tapmışdır. İddiaçı da 61000 manatla razılaşmışdır. Əldən çıxmış fayda da daxil hər hansı bir məbləğ artırmamışlar. Hər iki tərəfdə siyahılar vardır. Bu gün də o siyahını sübut kimi təqdim etmələrinə ehtiyac yoxdur. Çünki onlar cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara istinad etmişlər. Cavabdehin də məhkəməyə gəlməmişdən öncə etirafı vardır. İddiaçı cavabdehlə, ümumiyyətlə, mehriban olmuş və qonşuluqda yaşamışlar. Hər iki tərəfdə bir-birinə qarşı mübahisə olmamışdır. Mübahisə nümayəndə gəldikdən sonra ortalığa çıxmışdır. Cavabdeh polisdə də hər dəfə müxtəlif müstəntiqə ifadə vermişdir. Cavabdeh tərəf bildirir ki, 96 min manat pul almış və 27-28 min manat pul qaytarmışdır, sonra da deyir ki, qızılları X adlı şəxsə satmışdır. Polisdə də cavabdeh eyni ifadəni versə də, X ilə bağlı rəsmi müraciət etməmişdir. Buna görə də iddiaçı həmişə şübhəli qalmışdır. 61 manat məsələsi birdən-birə yaranmamışdır. Tərəflər qonşu olmuşlar, cavabdeh hər dəfə pulu qaytararaq etibar qazanmışdır. Sonda isə bahalı dəst istəmiş və onları geri qaytarmamışdır. Buna görə də etibardan sui-istifadə etmə maddələrinə toxunulmuş və iddia tələbində cavabdeh barəsində xüsusi qərar çıxarılaraq prokurorluğa müraciət edilməsini xahiş etmişlər. Təqdim edilmiş sübutlardan və cavabdehin etirafından da görünür ki, cavabdehin 61 min manat borcu qalmışdır. İddiaçı sübutetmə vəzifəsindən azaddırlar. Qarşı tərəf təkzib etməlidir. Həmçinin olmayan şeyin ekspertizası mümkün deyil. İddiaçı pulunu tələb edir. Ortada qızıl yoxdur. Cavabdeh özü bildirir ki, qızılları X adlı şəxsə satmışdır. Cavabdeh həmin qiymətə verdiyini özü bildirmişdir.

12. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1986/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 61000 manat pul tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 273 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Aynur Behbudova)

13. Birinci instansiya məhkəməsi işdəki sübutlara, cavabdehin polis orqanlarında və məhkəmədə verdiyi izahatlara, iddia tələbini qəbul etməsi barədə ərizəsinə istinad edərək müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda 11000, 5600, 16.000, 14.500, 17000, 16150, 8500, 1880 manat, ümumilikdə 90730 manat dəyərində dəyərində qızıllar götürüb satmaqla 29730 manat ödəmiş və 61000 manat dəyərində borcu qalmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan qızıl almışdır. Mübahisəli hissə isə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən qızıllarının dəyərinin qiymətləndirilməsi, eyni zamanda siyahının təqdim edilməsi ilə bağlıdır.

14. Birinci instansiya məhkəməsi qızılların dəyərinin qiymətləndirilməsi ilə bağlı qeyd etmişdir ki, hazırki mübahisə predmeti pul tələbidir. Qızılların qiymətləndirilməsini cavabdeh şəxsən özü həyata keçirmiş, cinayət işinin materiallarından, iş materiallarına əlavə edilmiş siyahıdan da görünür ki, cavabdeh izahatında X1 90730 manat dəyərində qızıl verdiyini, 21650 manat ödəniş etdiyini, 69.080 manat borc qaldığını, mübahisələndirilən 61000 manat məbləğdə pulun iddiaçıya qaytarılmalı olmasını qəbul etmiş, məhkəmə gedişatında ona qarşı tələbi inkar etməmişdir.

15. Bundan əlavə məhkəmə sorğusu əsasında tələb edilmiş cinayət işinin materiallarında olan (69 səhifə) X2 izahatında iddiaçını tanımadığını, qonşuluqda yaşayan Cavabdeh ilə (cavabdehlə) münasibətinin olduğunu, cavabdehin xırda alverlə məşğul olduğunu, 2020-ci ildə cavabdehin ona qızıl satdığını, ona inanaraq bir qramını 250 manatdan razılaşaraq qızılları götürdüyünü, pulunu ödəməsini, cavabdehə 60.000 manatadək pul verdiyini, cavabdehin ona 61000 manat ödədiyi halda, həmin qızılları qramına kimi qaytarmasını, cavabdehdən götürdüyü qızılları lombarda qoymaqla pul götürüb, cavabdehə verdiyini demişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və işin araşdırılan halları o qənaətə gəlməyə imkan verir ki, iddia tələbi 61.000 manat pul tələbi hissəsində əsaslıdır. Bu qənaətə gəlməyə əsas işin tədqiq olunan halları, tərəflərin izahatlarıdır.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən qəbul edilməsi barədə cavabdehin nümayəndəsinin gətirdiyi dəlillərə (qızılların dəyəri və sair) münaisbətdə göstərmişdir ki, bu dəlillər formal mülahizələrlə bağlıdır. Belə ki, bir tərəfdən qızılların dəyərini (işin mübahisə edilməyən halını) mübahisələndir ən cavabdehin nümayəndəsi, digər tərəfdən qızılların dəyərini 30.000 manat qəbul edərək cavabdeh tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlar işin tədqiq olunan hallarına uyğunluq təşkil etmir.

18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin müqavilə, öhdəlik və əsasız varlanma ilə bağlı münasibətləri nizama salan normalarına istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 61000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, iddia bu hissədə əsaslıdır və əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olanaiddiaçıya qaytarmalıdır

19. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdeh b arəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi hissəsinə qiymət göstərmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 329.2, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ondan 61.000 manat pulun tutulması hissəsində ləğv edilməsi, iddianın tələbinin qismən təmin edilərək ondan 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh savadsız adamdır. O, qızılların qiymətini bilmir. Məsələ orasındadır ki, iddiaçının özü belə verdiyi qızılların dəyərini bilmir. İddiaçının verdiyi və cavabdehin qəbul etdiyi qızılların dəyəri 30000 manat dəyərində olar. İddiaçı qismən haqlıdır. Lakin iddiaçı özü əsassız varlanmaq istəyir. İddia təl əbinin xüsusi qərar hissəsi tamamilə absurddur. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vardır. Ona hüquqi qiymət verilmiş, digər şəxs də dindirilmiş və etiraf etmişdir ki, qızılları almışdır. Hazırda məhkəmə tərəfindən qəbul edilən qanunsuz və əsassız qətnamə iddiaçının heç bir hüquqi əsas olmadan cavabdehin əmlakı hesabına əsassız varlanmasına səbəb olacaqdır. Qanunvericilik normalarını işin halları ilə müqayisə edəndə müəyyən olunur ki, məhkəmə yalnız birtərəfli, yəni sırf iddiaçının maraqlarını üstün tutaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları kobud surətdə pozulmuş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, əldə olunan sübutlara düzgün hüquqi qiymət verilməmiş və sonda ədalətsiz qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə və çıxardığı qətnamə açıq-aşkar hüquq pozuntusuna zəmin yaratmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1986/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Almaz Süleymanova)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbinin mahiyyəti iddiaçının qızıl-zinət əşyalarının onunla tanışlıq münasibətində olan cavabdehə verməsi, lakin onların dəyərini təşkil edən 61000 manat pulun qaytarılmamasından ibarətdir. İddiaçı tələbinin əsası kimi on a istinad edib ki, o, özünə məxsus olan qızılları cavabdehə vermiş, cavabdehlə onları sataraq pulunu ödəməsi barədə razılaşmaları olsa da, sonuncu 61000 manat dəyərində qızılı almış, lakin pulunu ödəməkdən yayınmışdır.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, qızılların dəyəri olan pul vəsaitinin ödənilməsini tələb edən iddiaçı cavabdehin bu barədə onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

26. Cavabdeh tərəf hazırda iddiaçı tərəfindən ona verilmiş qızılların ümumi dəyərinin 61000 manat deyil, təqribi hesablamalara əsasən 30000 manat olduğunu, həmin məbləği də ona ödəməkdən imtina etmədiyini göstərir.

27. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin iddiaçıdan qızıl-zinət əşyaları aldığı, ona 61000 manat məbləğində pul vəsaiti ödəməli olma sı iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və cavabdehin yazılı formada verdiyi izahatında öz təsdiqini tapır. Bu hal həmçinin cavabdehin birinci instansiya məhkəməsində yazdığı ərizə ilə də təsdiq olunur.

28. Göründüyü kimi cavabdeh həm polis bölməsində, həm də məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıya 61000 manat ödəməli olduğunu yazılı olaraq etiraf etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına görə hesab edib ki, iddiaçının mövcud tələbi əsasında cavabdehdən 61000 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgündür.

30. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 1091.1, 1091.2, 1092.1-1092.3, 1093.1, 1093.2.1, 1093.2.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırda məhkəmə tərəfindən qəbul edilən qanunsuz və əsassız qətnamə iddiaçının heç bir hüquqi əsas olmadan cavabdehin əmlakı hesabına əsassız varlanmasına səbəb olacaqdır. Məhkəmə tərəfindən maddi hüquq normaları kobud surətdə pozulmuş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, əldə olunan sübu tlara düzgün hüquqi qiymət verilməmiş və sonda ədalətsiz qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə və çıxardığı qətnamə açıq-aşkar hüquq pozuntusuna zəmin yaratmışdır. Qızılların dəyərini müəyyən etmək lazımdır. İddiaçı qeyri-səmimi izahatları ilə hansı hallarda özünün haqlı, hansı hallarda haqsız olduğunu sübuta yetirir. İddiaçı bir məsələdə haqlıdır ki, qızıl vermiş, cavabdeh də qızılları qəbul etmişdir. Mübahisə qızılların sayı və növləri ilə bağlıdır. Cavabdeh özü müəyyən etmişdir ki, iddiaçının verdiyi qızılların ümumi dəyəri maksimum 30000 manatdır. Cavabdeh savadsız adamdır, o, qızılların qiymətini bilmir. Polis orqanında verilmiş izahat hazırki məhkəmə üçün faktın baş verməsi hissəsində preyudisiya daşıya bilər. Lakin məhkəmə ədalətli araşdırma apararaq qızılla rın dəyərinin müəyyən edilməsi hissəsində iddiaçının üzərinə sübutetmə yükü qoymalı və cavabdehi əsassız ağır şərtlər altında qoymamalı idi. İddiaçı qızılların qiymətini iki dəfə şişirdərək 61 min manat həddində göstərmişdir. Halbuki həmin qızılların real bazar dəyəri 30 min manatdan artıq ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıc ı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb e də bilər. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir: Maddə 1092.1.2 Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə e tdiyinə və ya qəsdən əldə etmədiyinə dəşamil edilir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2.1. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə qaytarma tələbi istisna edilir. Maddə 1093.2.2. Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa tələbi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiy ası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normasını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

38. İddiaçı 2021-ci ilin yanvar ayından cavabdehə pulunu sonradan hissə-hissə ödəməklə qızıl əşyaları satdığını, cavabdehin aldığı qızılların dəyərindən 61000 manat borclu qalmasını bildirmiş, cavabdeh də iddiaçıdan hissə-hissə 100 min manat dəyərində qızıl əşyaları aldığını, həmin qızıllara görə iddiaçıya 61000 manat pul verməli olmasını, iddiaçıdan aldığı qızılları X adlı şəxsə verməsini, Xnin ona 69493 manat pul verməli olmasını, həmin məbləğin də 61000 manatının iddiaçıya çatmalı olmasını bildirmişdir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə də iddiaçı dəyəri sonradan hissə-hissə ödənilməklə cavabdehə qızıl əşyaları satmış, cavabdeh həmin qızılları pulunu ödəməyi öhdəsinə götürsə də, qızılların dəyərindən müəyyən ödəniş etmiş, qalan 61000 manatı ödəməmişdir.

40. Nəzərə alınsa ki, hazırki işdə tərəflər arasında rəsmi reyestrdə qeydə alınmalı olmayan daşınar əşyaların alqı-satqısı olub və belə müqavilələrin şifahi qaydada bağlanması da istisna edilmir, belə olan halda, işin müəyyən edilmiş halları tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin olmasını göstərir.

41. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Mülki Məcəllə, 598.1, 598.2, 6 00.1-ci maddələr)

42. Birinci instansiya məhkəməsi isə işin müəyyən edilmiş bu halına, yəni tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, bir tərəfdən müqavilədən irəli gələn öhdəliyə aid maddi hüquq normalarını, digər tərəfdən də Mülki Məcəllənin əsassız varlanmaya aid normalarını mübahisəyə tətbiq etməklə ziddiyyətli mövqe sərgiləmişdir.

43. Birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Mülki Məcəllənin 386.1ci maddəsinə görə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Göründüyü kimi, mülki qanunvericiliyə görə öhdəliyin yaranması əsası bir qayda olaraq müqavilədir, müqavilə olmadığı halda öhdəliyin yaranması əsası zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardır.

45. Başqa sözlə, hazırki iddia əsassız varlanma əsası ilə o halda təmin edilə bilərdi ki, tərəflər arasında müqavilə olmasın. Lakin qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən doğan öhdəlik münasibətləri yaranmışdır.

46. Lakin birinci instansiya məhkəməsi tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmasına baxmayaraq, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanmaya dair normalarını, yəni müqavilədən kənar öhdəliyə dair maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir.

47. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə kimin, kimdən, nəyi və hansı əsaslı tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qaydanın ardıcıl olaraq yoxlanması nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.

48. Baxılan işdən görünür ki, qeyd edilən qaydanın ilk üç ünsürü üzrə araşdırma aparmaqla işin hallarını müəyyən edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını düzgün tapmamış, işin müəyyən edilən halına uyğun gəlməyən maddi hüquq normasını mübahisəyə tətbiq etmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən e dilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. (Mülki Prosessual Məcəllə, maddə 218.1)

49. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlamış, bu da sonda işin müəyyən edilmiş hallarına münasibətdə maddi normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

50. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarının yoxlanılmalı olması barədə prosessual qanunvericiliyin müəyyən etdiyi vəzifəyə əməl etməmiş, düzgün olmayan qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir.

52. Qeyd edildiyi kimi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı münasibətləri olub, iddiaçı cavabdehə dəyərini sonradan hissə-hissə ödəməklə qızıl əşyaları satmış, cavabdeh həmin əşyalara görə ödəməli olduğu 61000 manatı ödəməmişdir.

53. Mülki Məcəllənin 567 və 600.4-cü maddələri iddiaçıya əşyanı təhvil almış alıcıdan onun dəyərini tələb etmək hüququ verir.

54. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edil məklə iddianın təmin edilməli olması qənaətinə gəlir.

55. Məhkəmə kollegiyası iddianın təmin edilməli olması barədə gəldiyi nəticə ilə bağlı onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən pul tutulması barədə qətnamə çıxarılmaqla yanaşı, cavabdehin barəsində xüsusi qərardad qəbul edilməsini də xahiş etmişdir.

56. Birinci instansiya məhkəməsi cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi barədə xahişə iddia tələbi kimi yanaşmış, həmin hissənin təmin edilməməsini qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərmişdir.

57. Məhkəmə kollegiyası izah edir ki, proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar olunduğu halda məhkəmənin bu barədə qəbul etdiyi akt xüsusi qərardad formasında olur.

58. Belə ki, Mülki Prosessual Məcəllənin 265.4-ci maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

59. Birinci instansiya məhkəməsi özü də göstərib ki, iddia ərizəsində göstərilən bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.

60. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh barəsində xüsusi qərardad qəbul edilmə si barədə xahişə düzgün olaraq vəsatət kimi yanaşıb, həmin vəsatət üzrə qətnamə deyil, xüsusi qərardad çıxarılmalı olması qənaətinə gəlsə də, sonda həmin xahişə iddia tələbi kimi qətnaməni nəticə hissəsində qiymət vermiş, bununla da prosessual pozuntu etmişdir. Nəticədə iddianı faktiki olaraq tam edən məhkəmə, qətnamədə iddianın qalan hissədə təmin edilməməsini göstərmişdir, halbuki iddianın təmin edilməyən hissəsi mövcud olmamışdır.

61. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının verdiyi qızılların ümumi dəyərinin maksimum 30000 manat olması, cavabdehin savadsız olduğu üçün qızılların qiymətini bilməməsi və cavabdehin polis orqanında verdiyi izahatın preyudisiya sayılmaması barədə kassasiya şikayətinin dəlillərini də qəbul etmir. Belə ki, işdən görünür ki, qızılların dəyəri və ödənilməyən pulun məbləğini cavabdeh özü də məhkəmə baxışında etiraf edib. Həmçinin qızılların dəyəri ilə bağlı işin halı cavabdehin təkcə polis orqanlarında verdiyi izahatla deyil, həm də məhkəməyə verdiyi yazılı ərizədəki etirafı ilə də müəyyən edilib.

62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, cavabdehdən 61000 (altımış bir min) manat pul tutularaq iddiaçıya, dövlət rüsumunun əvəzi olaraq 273 (iki yüz yetmiş üç) manat pul tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1394/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 61000 (altımış bir min) manat pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 273 (iki yüz yetmiş üç) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar