Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3890/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(005)-17/2016 hakim K.F.Əmirxanova) İddiaçı KB QSC-nin Cavabd eh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, əsas borc kimi 497.075 manat, faiz borcu kimi 3.804 manat, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz borc kimi 66.853 manat, cərimə kimi 49.473 manat olmaqla, cəmi 617.207 manat, pul məbləğinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan evə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 1.250.000 manat müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1164/2018 hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) Cavabdeh2-nin apellyasiya şikayəti qismən təmin edi lmiş, Nərimanov Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsi qismən - kredit müqaviləsi üzrə borcun tutulmasına aid hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, əsas borc kimi 497.075 manat, faiz borcu kimi 3.804 manat, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz borcu kimi 66.853 manat, cərimə kimi 49.473 manat, cəmi 617.207 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-5865/2018, hakimlər İ.K.Dəmirov, A.Ə.İsgəndərov, Ə.A.Əhmədov)Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli qətnaməsi müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcu hissəsində dəyişdirilərək həmin faiz borcu 20.291 manat məbləğində müəyyən edilmiş, qətnamə cərimə və cəmi borc məbləğinə dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13492/2018 hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) Cavabdeh2-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsi yoxlanılan-cərimə borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1 0.000 manat dəbbə pulu, cəmi isə (497.075 manat əsas birc, 3.804 manat faiz borcu, 20.291 manat 5 faizlə hesablanmış faiz borcu, 10.000 manat cərimə faizi olmaqla) ümumilikdə 531.171 manat məbləində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin cərimə borcunun tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. İşin halları: İddiaçı KB QSC ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinə il əsasən, sonuncuya bank tərəfindən illik 17 faiz olmaqla 36 ay müddətinə 2.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir. Bununla bərabər İddiaçı KB QSC ilə Cavabdeh1 ar asında zaminlik müqaviləsi də bağlanmışdır. 14 iyul 2015-ci il tarixdə“xxxx” Kommersiya Bankı QSC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək 22.09.2010-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc kimi 497.075 manat, faiz borcu kimi 3.804 manat, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz borc kimi 66.853 manat, cərimə kimi 49.473 manat, cəmi 617.207 manat, habelə 11.03.2016-cı il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 69,03 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan evə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəıtini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiy a instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etmiş, cavabdeh MMC həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsi həmin qətnaməni qismən ləğv edərək, iddianı qismən təmin etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, kassasiya i nstansiyası məhkəməsinin qərarı ilə kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə faiz borcu hissəsində dəyişdirilmiş, cərimə və cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməklə işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi iddiaçı bank cavabdeh MMC ilə aralarında bağlanmış 22.09.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 17 faizlə, 36 ay müddətinə 2.000.000 manat kredit vermiş, sonradan tərəflər 12.05.2014-cü il tarixdə əlavə saziş bağlayaraq kredit müddətini 12.05.2015-ci ilədək uzatmış, kreditin təminatı olaraq digər Cavabdeh1 ilə həm zaminlik, həm də sonuncunun mülkiyyətində oan fərdi yaşayış evinin bankın xeyrinə y üklü edilməsinə dair ipoteka müqaviləsi bağlamışlar. Cavabdeh MMC tərəfindən öhdəlik lazımi qaydada yerinə yetirilməmiş, nəticədə kredit müqaviləsi üzrə borc yaranmışdır. Cərimə borcunun məbləği 49.473 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından biri nci instasniya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 49.473 manat məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək dəbbə pulunun 10.000 manat məbləğində müəyyən edilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-3890/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3890/2019
23.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver