Məhkəmə qərarları › İş №2(102)-3890/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3890/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3890/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi ilə verilmiş 17370 ABŞ dollarının öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməsi və dəbbə pulunun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun müəyyən edilməsi, ekspertiza, sübutların qiymətləndirilməsi) Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)69/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxxoğlu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləğv prosesində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2015-ci il 04 may tarixli 709/A nömrəli kredit müqaviləsinə əs asən 16481,47 ABŞ dolları əsas, 10595,82 ABŞ dolları hesablanmış faiz, 14685,83 ABŞ dolları dəbbə, cəmi 41763,12 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 30000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində, 1 mərtəbəli, 3 otaqlı, 121.4 kv.m ümumi, 91.2 kv.m yaşayış, 30.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun bir hissəsinin ödənilməsi, ipoteka predmeti borc tələbini ödəmədiyi halda tələbin borclunun digər əmlaklarına yönəldilməsi, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində, 1 mərtəbəli, 3 otaqlı, 121.4 kv.m ümumi, 91.2 kv.m yaşayış, 30.2 kv.m yardımçı sahədən ibar ət fərdi yaşayış evinin boşaldılması, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində, 1 mərtəbəli, 3 otaqlı, 121.4 kv.m ümumi, 91.2 kv.m yaşayış, 30.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsi ilə ona verilmiş 17370 ABŞ dollarının qalan hissəsinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə, yəni 1 ABŞ dolları = 1,05 manat dəyərinə yerinə yetirilməsi və 14685,83 ABŞ dolları dəbbə pulunun ləğv edilməsibarədə qətnamə çıxarılmasını xa hiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(020)-1479/2017 nömrəli qətnaməsi ilə (hakim N.İ.Əliyev) Cavabdeh1 xx xxx 2015-ci il tarixli 709/A nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 16481,47 ABŞ dollarının, faiz borcuna görə 10595,82 ABŞ dollarının, dəbbə borcuna görə 10 ABŞ dollarının, borcun cəmi məbləği 27087,29 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ipoteka predmetinin 30000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 121,4 kv.m ümumi, 91,2 kv.m yaşayış, 30,2 kv.m yardımçı sahədən ib arət fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun bir hissəsinin ödənilməsi, ipoteka predmeti borc tələbini ödəmədiyi halda tələbin borclu Cavabdeh1 digər əmlaklarına yönəldilməsi, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 121,4 kv.m ümumi, 91,2 kv.m yaşayış, 30,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin boşaldılması, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 121,4 kv.m ümumi, 91,2 kv.m yaşayış, 30,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh4 çıxarılması, fərdi yaşayış evinin boşaldılması, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində ye rləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşayan Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh4 ev satıldıqdan bir ay sonra evi könüllü surətdə tərk etmədikləri halda həmin evdən məcburi qaydada çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli 709/A nömrəli kredit müqaviləsi ilə ona verilmiş 17370 ABŞ dollarının qalan hissəsinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə, yəni 1 ABŞ dollar = 1,05 manat dəyərinə yerinə yetirilməsi hissəsində iddianın rədd edilməsi və 14685,85 ABŞ dolları dəbbə pulunun ləğv edilməsi tələbinə dair hissədə iddianın qismən təmin edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(106)2149/2018 nömrəli qətnaməsi ilə (hakimlər K.H.Əkbərov - sədrlik edən və məruzəçi, İ.H.Əhmədov və K.S.Bəşirov) ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(020)-1479/2017 nömrəli qətnaməsi apelyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8012/2018 nömrəli qərarı ilə Cavabdeh1 kasasiya şikayəti təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(106)2149/2018 nömrəli qətnaməsi qismən, ilk iddia tələbinin “tələbin borclu Cavabdeh1 digər əmlaklarına yönəldilməsi və cavabdehdən 10595,82 ABŞ dolları faiz borcunun tutulması” hissələrdə ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-69/2020 nömrəli qətnaməsi ilə (hakimlər F.N.Abbasov - sədrlik edən və məruzəçi, M.K.Həsənov və T.S.Kərimov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin olunmuş, Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(020)-1479/2017 nömrəli qətnaməsi “ipoteka predmeti borc tələbini ödəmədiyi halda tələbin borclu Cavabdeh1 digər əmlaklarına yönəldilməsi”hissəsindələğv olunmuş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh1 10595,82 ABŞ dolları faiz borcunun tutulması hissəsində d əyişdirilərək, Cavabdeh1“xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı olan faiz borcunun 4391,31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili xxxoğlu kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-69/2020 nömrəli qətnaməsinin 4391,31 ABŞ dolları faiz tutulması və ödənişi kredit sənədləşdirilən vaxtdakı kursla ödəməyi hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarında irəli sürülmüş göstərişləri icra etməmiş, borcun Azərbaycan manatının ABŞ dollarına münasibətdə devalvasiya olunması nəticəsində yaranmasını nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM- in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia tələbinin borcun Cavabdeh1 digər əmlaklarına yönəldilməsi və cavabdehdən 10595,82 ABŞ dolları faiz borcunun tutulması hissələrdə ləğv edilmiş və təkrar apelyasiya baxışının predmetini yalnız həmin məsələlər təşkil etmişdir. Apelyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi “ipoteka predmeti borc tələbini ödəmədiyi halda tələbin borclu Cavabdeh1 digər əmlaklarına yönəldilməsi” hissəsində təmin olunmasa, faiz borcu hissəsində isə qismən təmin olunsa da, iddiaçı, habelə digər cavabdehlər kasasiya şikayəti verməmişlər. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz borcunun müəyyən edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” ASC və Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 faiz olmaqla 48 ay müddətinə 17370 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin borcunun 16481,47 ABŞ dolları əsas, 10595,82 ABŞ dolları faiz, 14685,83 ABŞ dolları dəbbə, borcun cəmi məbləğin 41763,12 ABŞ dolları olduğunu iddia edərək, tələbinin sübutu qismində xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli q ərarında irəli sürülən göstərişləri MPM-in 420-ci maddəsinə uyğun icra edən apelyasiya instansiyası məhkəməsi təkrar apelyasiya baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə 16481,47 ABŞ dolları əsas və 4391,31 ABŞ dolları faiz borcu vardır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyini əsas kimi götürərək, cavabdehdən tutulan faiz borcu yenidən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pu la və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq faiz borcunu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatla r sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəlləni n 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdehin kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında cavabdehdən faiz borcunun tutulması əsassız hesab olunmamış, həmin faiz borcunun ekspertiza təyin edilməklə yenidən yoxlanılmasına dair göstəriş verilmişdir ki, təkrar apelyasiya icraatı qaydasında həmin göstəriş icra olunmuş və ekspertiza rəyinə uyğun olaraq cavabdehin iddiaçıya olan yekun faiz borcu müəyyən edilmişdir. Götürülən borcun məzənnəsi ilə bağlı kasa siya şikayətinin dəlilinə isə münasibət göstərilərək qeyd olunmalıdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsində və əvvəlki şikayətlərində də həmin məsələni qaldırmış, qarşılıqlı iddiası təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə həm Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, həmin məsələyə yenidən hüquqi qiymət verilməsi kasasiya baxışının hədləri nəzərə alınmaqla hazırda kasasiya instansiyası məhkəməsinin səlahiyyətləri xaricindədir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, h əmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxxoğlu tərəfindən verilmi ş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-69/2020 nömrəli qətnaməsi faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar