Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3890/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-966/2023 nömrəli iş ürzə 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə iddiaçı cavabdehə 48.000 manat pul borc vermişdir.
3. Cavabdeh müqavilə üzrə borcdan iddiaçıya 13.500 manat ödəmiş, 34.500 manat məbləğdə borcu ödənilməmiş qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34.500 manat əsas borcunun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 193,5 manat məbləğdə dövlət rüsumu olmaqla, ümumilikdə 34.693,5 manat tutularaq ona verilməsi ibarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Füzuli Rayon Məhkəməsinin 2(064)-261/2021 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia təmin edilmiş, cavabcehdən iddiaçının xeyrinə borca görə 34.500 manat, eləcə də dövlət rüsumuna görə ödənilmiş 193,5 manat olmaqla, ümumilikdə 34.693,5 manat tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdehborcalan Cavabdehlə iddiaçı-borc verən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48.000 manat pul borc verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcu xx.xx.2019- cu il tarixinədək qaytarmağı üzərinə öhdəlik götürsə də buna lazımınca əməl etməmiş və cəmi 13.500 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya qalan borcu 34.500 manat təşkil edir. Belə olan halda, iddiaçıborcverən haqlı olaraq məhkəməyə müraciət etmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-966/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Z.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılovdan ibarət tərkibdə,) apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırda cavabdeh kredit müqaviləsi üzrə əsl tərəf X2 olduğunu, sonuncunun şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün onunla müqavilə bağlandığını bildir. Məhkəmə kollegiyası qeyd edir ki, bu fakt sübuta yetirilsə belə, Cavabdeh notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir, yalnız gələcəkdə X3 qarşı reqress qaydasında tələb irəli sürmək hüququ verir. Apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundakı ünvan üzrə cavabdehə məhkəmə bildirişi göndərilmiş, həmçinin cavabdehin 050226-86-86 mobil nömrəsinə, hansı ki, apellyasiya şikayətində qeyd etmişdir, zəng edilərək məlumat verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi baxımından prosessual pozuntuya yol verilməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlik üzrə əsil tərəf X4r. Birinci instansiya məhkəməsində mülki işə baxılan zaman cavabdeh lazımi qaydada məlumatlandırılmadığından, məhkəmə iclaslarında iştirak edə bilməmiş və belə bir mübahisənin mövcudluğundan xəbəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın və apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin əsasları ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqın da müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətiində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün ə həmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquq i qiymət verilmişdir.
22. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdeh notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməlidir. X1 adlı şəxsə qarşı hər hansı tələbi vardırsa, o halda həmin şəxsə qarşı pozulduğu irəli sürülən hüquq və mənafelərinin qorunması məqsədilə qanunvericiliklə nəzərdə tutulan hüquqi imkanlardan, o cümlədən məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
23. Şikayətin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə gəldikdə isə, apellyasiya instansiya məhkəməsi bununla bağlı qətnaməsində qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən müəyyən edilən ünvan üzrə cavabdehə məhkəmə bildirişi göndərilmiş, həmçinin, onun, apellyasiya şikayəti ndə də qeyd etdiyi, mobil telefon nömrəsinə, zəng edilərək məlumat verilmişdir.
24. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-966/2023 nömrəli iş ürzə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.