Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3891/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, X1, İddiaçının nümayəndəsi X3, vəkili Xnın, Cavabdeh1 və vəkili X1nın iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Cavabdeh4 cavabdeh “xxxx” ASC-nə və X4 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab olunması” barədə qarşılıq lı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1530/18 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-nə və qeyrilərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 27 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə 430052 manat əsas borcun, 37789,71 manat faiz borcunun, 13 dekabr 2012-ci il tarixli 017 saylı razılaşma üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının 14 iyul 2014-cü il tarixinə olan məzənnəsi üzrə 352980 manat əsas borcun, 37215,86 manat faiz borcu olmaqla, cəmi 858037,57 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 210 manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tutmanın mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 163.7 m2 ümumi, 96.2 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 2 ünvanda yerləşən 76.5 m2 ümumi, 62.4 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus ünvan 3 ünvanda yerləşən 66.9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışınd an əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh4 cavabdehlər “xxxx” ASC-nə və notarius X4 qarşı “ipoteka müqavilələrinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış 07 iyun 2010-cu il tarixli, 441 saylı və 14 fevral 2011-ci il tarixli, 441/04 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ilk iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27 iyun 2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 352980 manat əsas borc, 37215,86 manat faiz borcu olmaqla, 390195,86 manat borcun, ümumilikdə 858.037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəlməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin edilməsinə yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Sərvət Hüseynov) 13 avq ust 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, hakimlər Əhməd Əhmədov, Mehparə Əhmədova) 26 fevral 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2015-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya icraatına göndərilmiş, Cavabdeh4 kassasiya şikayəti isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 04.12.201 8-ci il tarixli 2(103)-1530/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1530/2018 saylı 04 dekabr 2018-ci il tarixli qətnamə qanunsuz və əsassız olmuş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməs i, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, 29.04.2010-cu il tarixdə “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 441 №-li Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinə əsasən bank tərəfindən “xxxx” MMC-nə 60 ay müddətinə 650000 (altı yüz əlli min) manat və ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xətti açılmışdır. Daha sonra, həmin kredit xətti müqaviləsinə 19.10.2010-cu il tarixli 01 saylı Əlavə Sazişə əsasən müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilərək, ayrılacaq kredit limitinin məbləği 2.000.000 (iki milyon) manat və ona ekvivalent olan digər valyuta məbləğinə çatd ırılmışdır. Həmin müqavilənin təminatı olaraq iddiaçı “xxxx” ASC ilə cavabdehlər Cavabdeh1 və “xxxx” MMC arasında 13.11.2010-cu il tarixdə 441/003 saylı Sonrakı İpoteka Müqaviləsi imzalanmış və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, mənzil 5; Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, mənzil 6; Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4cü köndələn), ev 7, mənzil 19 və ünvan 4 ünvanda yerləşən və müvafiq olaraq ümumi sahələri 28,3 kv.m. olan 1 otaqlı mənzil, 45.2 kv.m. olan 2 otaqlı mənzil, 32.0 kv.m. olan 2 otaqlı mənzil və 39,15 kv.m. olan 2 otaqlı mənzil ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən, "verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir". Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, “bu müqavilə əsasında verilən bütün kreditlərin ümumi məbləği bu müqavilənin 1.1.-ci bəndində göstərilən məbləği (yəni 2 000 000 manat) heç bir halda aşmamalıdır”. İş materiallarında olan Kredit razılaşmalardan və hesablardan görünür ki, kredit xətti müqaviləsinin şərtləri pozulmuş, bank tərəfindən verilən kreditlərin ümumi məbləği 2.000.000 (iki milyon) manat məbləğini aşmışdır. Belə ki, “xxxx” MMC-nin 13.12.2012-ci il tarixə borc limiti 2.372.103,40 manat təşkil etmişdir. Nə birinci instansiya məhkəməsi, nə apellyasiya məhkəməsi əsas borclu şəxsin, yəni “xxxx” MMC-nin öhdəliyini icra etmə imk anlarını müəyyənləşdirməmiş, borclu şəxsin balansında olan daşınar və daşınmaz əmlakları siyahıya alınmamış və qiymətləndirməmiş, tutmaya yönəldilməsi üçün heç bir prosessual tədbirləri həyata keçirməmiş və daha asan yolu seçərək borclu olan şəxsi məsuliyyətdən kənarlaşdırmış, Cavabdeh1 mülkiyyətində olan mənzillərin satılması və satışdan əldə olunacaq məbləğin tutmaya yönəldilməsi yolu ilə həll etmişdir. Bununla da Cavabdeh1 hüquqları pozulmuş, ilkin olaraq hüquqi şəxsə qarşı ilkin tələbin iddiaçı tərəfindən irəli sürülməməsinə əhəmiyyət verilməmiş, bununla da Azərbaycan Respublikası MM-nin 453.1-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh1 məxsus mənzillərin ilkin satış qiymətləri düzgün qiymətləndirilməmişdir. İş materiallarında olan mübahisəli 014 və 017 saylı kredit razılaşmaların a dair verilmiş hesabdan çıxarışlardan görünür ki, faizlərin necə hesablanması müəyyən etmək çətindir. Bərpa olunan kredit xətti müqaviləsi olduğundan mübahisəli kredit razılaşmaları üzrə kredit vəsaitləri tam məbləğdə deyil, hissə-hissə verilmiş və ayrı vaxtlarda həm borc, həm faizlər ödənilmiş və buna baxmayaraq xeyli məbləğdə borc və faizlər hesablanmışdır. Bu faktların araşdırılması, yəni əsas və faiz məbləğinin düzgün hesablanıb-hesablanmaması hallarının araşdırılması xüsusi biliklər tələb edir. Bu səbəbdən məhkəmə mühasibatlıq ekspertizanın təyin edilməsinə dair vəsatətin verilməsinə baxmayaraq məhkəmə kollegiyası əsassız olaraq təmin etməmişdir. Beləliklə, hazırki iş üzrə kredit müqavilələri üzrə faizlərin düzgün hesablanmasını müəyyən etmədən mühüm əhəmiyyəti olan bütün faktiki hal ların aydınlaşdırılmamasını göstərir və ona görə də məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və ədalətsizdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X7 və vəkili Məmmədova Rəna Fazil qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kim i qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: “xxxx” ASC tərəfindən 29.04.2010-cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsi əsasında “xxxx” MMC üçün 60 ay müddətində 650000 manat və ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xətti açmışdır. 01 saylı Əlavə Saziş ilə 29.04.2010-cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinin 1-ci bəndində dəyişiklik edilərək ayrılacaq kredit limitinin məbləği ******* manat və ona ekvivalent olan digər valyuta məbləğinə çatdırılmışdır. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 27.06.2012ci il və 13.12.2012-ci il tarixli razılaşmaları əsasən kredit xətti çərçivəsində “xxxx” MMC-nə 500000 manat və 450000 ABŞ dolları məbləğində illik 18% olmaqla 24 ay müddətinə kredit verilmişdir. “xxxx” MMC-nin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə digər ipotekalarla yanaşı, “xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh1 və borc alan “xxxx” MMC arasında 13.11.2010-cu il tarixli, 441/003 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 45,2 kv.m ümumi, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cii köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzil, Bakı şəhəri, Yasamal ray onu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39,15 kv m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmənin 10.02.2015-ci il tarixli, 11,11/1, 11/2 və 11/3 saylı ekspert rəyləri ilə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7 ünvanında yerləşən 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilin qiymətinin 60000 manat, 45,2 kv.m ümumi, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilin qiymətinin 100000 manat, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilin qiymətinin 95000 manat və 39,15 kv m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilin qiymətinin 90000 man at təşkil etməsi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətlərini müstəqil qiymətləndiricinin rəyi əsasında obyektiv olaraq müəyyən etmişdir. Cavabdeh ipoteka predmetlərinin dəyərinin fərqli olması və ya hazırki vaxtda qiymətlərin dəyişməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, qətnamə ilə tutulması qət edilmiş kredit borcunun ümumi məbləğinin ipoteka predmetlərinin dəyərindən az olması, tutmanın ipotekaya yönəldilməsini istisna etmir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh müstəqil qaydada “ipoteka müqaviləsinə xitam verilməsi, ipot ekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair, ondan sonra isə «kredit xətti müqaviləsinə xitam verilməsi və kredit razılaşmalarının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, bu səbəbdən də hazırki iş üzrə icraat dayandırılmışdır. İşdə olan, qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, hər iki halda Cavabdeh1 iddia tələbləri rədd olunmuşdur. Qətnamələrdən göründüyü kimi, Cavabdeh1 hazırki iş üzrə etirazlarını iddiaçı qismində iştirak etdiyi işlər üzrə də irəli sürmüş, lakin tələbləri təmin olunmamışdır. Buna görə də, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsi nə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34- cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 317-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinə əsaslanaraq hesa b edir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlı olmuş və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin kredit xətti müqaviləsinin şərtləri pozularaq, kredit limitinin aşılması, faizlərin düzgün hesablanmaması, əsas borcluya tələb irəli sürülmədən borcun ipotekaya yönəldilməsinin düzgün olmaması, ipoteka predmetinin ilkin satış qiymətinin ilk növbədə tərəflər arasında razılaşdırılmalı olması, lakin belə razılaşma üçün Cavabdeh1 heç bir təklif edilməməsi, ipoteka predmeti olan əmlaklara dəyərindən qat-qat artıq qiymət qoyulmasına, hərracda satılması qət edilmiş əmlakların dəy ərinin borcun dəyərindən əhəmiyyətli dərəcədə çox olması barədə dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yalnız iki dəlilə: ipoteka predmetinin satış qiymətinin onunla razılaşdırılmadığını və dəyərindən artıq qiymətləndirlməsinə və hərracda satılması qət edilmiş əmlakların dəyərinin borcun dəyərindən əhəmiyyətli dərəcədə çox olmasına baxmayaraq, bütün əmlakların satılaraq pulunun iddiaçıya verilməsinin düzgün olmamasına istinad edilmişdir. Kassasiya şikayətində qeyd edilən digər dəlillər apellyasiya baxışının predmetini təşkil etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə bağlanmış 13.11.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş 4 mənzilin dəyəri 238.5 00 manat müəyyən edilmiş, ipoteka predmetinə tutma yönəldilməsi barədə bütün tərəflərə, o cümlədən Cavabdeh1 bank tərəfindən 07.05.2014-cü il tarixli 03/368 saylı bildiriş göndərilmiş, həmin bildiriş Cavabdeh1 ipoteka müqaviləsində göstərilən ünvanında qəbul edilmiş, tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmışdır. İşin 186-cı vərəqində olan birinci instansiya məhkəməsinin 14.01.2015-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən vəsatət verilərək, ipotekaya qoyulmuş mənzillərin dəyəri hazırki bazar qiymətindən çox aşağı qiymətləndirildiyinə görə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməsi xahiş edilmiş, həmin vəsatət təmin edilərək 14.01.2015-ci il tarixli qərardadla cav abdehə məxsus ipoteka qoyulmuş mənzillərin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertiza zamanı mənzillərə baxış keçirilmiş, onların fotoşəkilləri çəkilərək ekspertiza rəyinə əlavə edilmişdir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin və hazırki kassasiya şikayətinin ipotekanın qiymətinin ekspertiza yolu ilə müəyyən edilməsinin qanunsuz olması, mənzilin dəyərinin rəydə göstəriləndən qat-qat aşağı olması, ekspertizadan məlumatlı olmaması və s. dəlilləri iş materialları ilə təkzib edilir. Digər dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka ilə təmin edilmiş 29.04.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən borclu “xxxx” MMC-nə 60 ay müddətinə bərpa olunan kredit xətti müqaviləsi açılmışdır. Bərpa olunan kredit xətti müqaviləsi isə bu xüsusiyyətə malikdir ki, bank tərəfindən açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Buna görə də, həmin kredit müqaviləsi üzrə limitin aşılaraq, borcluya verilən bütün kreditlərin 2.000.000 manat çox olması barədə kassasiya şikayətinin dəlilləri əsaslı deyil və iddia üzrə yaranan borc 858.037,57 manat təşkil etməklə, həmin limiti aşmadığına görə ipoteka qoyanları həmin kredit üzrə məsuliyyətdən azad etmir. Kassator şikayətində borca görə faizlərin düzgün hesablanmaması, habelə qoyulmuş mənzillərin qiymətinin düzgün müəyyən edilməməsini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ipoteka predmetinə tutma yönəldilməzdən əvvəl əsas borclu “xxxx” MMC-nə tələbin yönəldilməli olması və əmlakların dəyərinin borcun dəyərindən əhəmiyyətli dərəcədə çox olması barədə dəlilləri də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və Mülki Məcəllənin 317-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinə əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipotek a predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Buna görə d ə, ipoteka ilə yüklü edilmiş bütün əmlaklar kreditin təminatı kimi çıxış etdiyindən kredit borcunun məbləğinin ipotekanın dəyərindən az olması halı onlardan bir qisminin qabaqcadan ipotekadan azad edilməsinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1530/18 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3891/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3891/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver