Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3892/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)-xx/18) iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqav iləsinin ləğv edilməsi, pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi, cavabdehdən 18.855 manat əsas borc, 5.694 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi, 24.649 manat borcun və ödənilmiş dövlət rüsumunun 28,20 manat hissəsinin iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 19.12.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, ev1 yerləşən 206.8 kvm ümumi sahədən ibarət 625 C saylı bağ evinə yönəldilməsi və həmin evin ilkin satış qiyməti 160.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, evin satıl dıqdan sonra ən geci 1 ay müddətində boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və H.Həmidov, iş № 2 (103)-xx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyy əti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bank ilə Cavabdeh arasında 19.12.2016-cı il tarixdə bağlanmış 455/E №-li “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqaviləyə əsasən yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 18.855 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.694 manat, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və cavabdehə məxsus olan əmlaka – Bakı şəhəri, ev1 yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, ev satıl dıqdan sonra onun 1 aydan gec olmayan müddətdə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bank ilə Cavabdeh arasında 19.12.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bank tərəfi ndən cavabdehə kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə, 40 ay müddətinə 18.855 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh özünə məxsus evi Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə cavabdeh arasında 19.12.2016-cı il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Öhdəliklərin icra edilməməsi səbəbindən Cavabdeh Banka borcu yaranmışdır. Belə ki, əsas kredit borcunun məbləği 18.855 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləği 5.694 manat, cərimə borcunun məbləği isə 1.500 manat təşkil edir. Bank cavabdehə dəfələrlə məktub göndərərək borcun ödənilməsini tələb etsə də, cavabdeh Banka olan borcunu ödəməmişdir. DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin 17.10.2017-ci il tarixli, **********04 saylı arayışından görünür ki, Cavabdeh məxsus evə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Qeyd edilənlərə əsasən işin araşdırılmış halları kimi müəyyən edilir ki, Cavabdeh iddiaçı Bank qarşısında kredit müqaviləsi üzrə icra edilməmiş öhdəlikləri mövcuddur və bu öhdəliklər Bank tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra edilməmişdir. Bu baxımdan Bank hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin araşdırılan hallarına əsasən tələbin qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 421,442, 445, 448, 467, 739.1-ci və “İpoteka haqqında” Qanunun 33, 34.1, 59.3 -cü maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmuş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda Cavabdeh üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdehin apellyasiya şikayətində qe yd olunmuşdur ki, ödənişin gecikməsinə səbəb onun maddi vəziyyətinin geriləməsi olmuşdur, lakin bu hal nə Rayon Məhkəməsi, nə də Bank tərəfindən nəzərə alınmamış, onun borcunu qaytarması üçün heç bir humanist addım atılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Çünki qeyd edilən əsasla bağlı cavabdehin Bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad edilməsi və ya məsuliyyətini hər hansı başqa formada yüngülləşdirilməsi barədə tərəflər arasında bağlanmış müqavilədə müddəa nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin maddi vəziyyətinin pisləşməsi onu öhdəliklərinin icrasına dair hər hansı bir güzəştin tətbiq edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, Bank cavabdehdən cərimə borcu tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi qismən təmin etməkdə haqsız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə borcunun tutulmasına dair hər hansı bir şərt mövcud olmamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirmişdir ki, cavabdehlə Bank arasında 19.12.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsinin” 1.1.1-ci bəndində göstərilir ki, gecikmə faizi hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 34%-i qədər hesablanacaqdır. Bu müddəa müqavilədə aydın şəkildə öz əksini tapmış, cavabdehin isə müqavilə şərtləri ilə tanış olmaq və onu öz imzası ilə könüllü olaraq təsdiqləmək imkanı olmuşdur. Cavabdehin müqaviləni öz imzası ilə təsdiqləməsi, həm də bu müddəaya razılıq verdiyin i müəyyən edir. Ona görə də, Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi cavabdehdən cərimə borcu tutmaqda düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir və o, öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayə tinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, iş ə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və k assasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2 (103)-xx/18) saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3892/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3892/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver