Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3892/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 2580 manat zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Kərimov, hakimlər T.Heydərov və F.Abbasov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəmsinə müraciət edərək, avtomobilinə vurduğu zərərə görə yaranmış 2580 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıd a göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "Mercedes Benz C200 CDİ" minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Ağcabədi Rayon Məhkəməsinin "inzibati tənbehvermə haqqında" xx xxxxx 2019-cu il tarixli qərar ilə müəyyən edilir ki, X özünə məxsus olan mal-qaranı yolda nəzarətsiz qoyaraq və ya mal-qaranı sutkanın qaranlıq vaxtı yolların bu məqsəd üçün ayrılmayan yerindən keçirmiş, nəticədə X1 idarə etdiyi "Mercedes Benz C200 SDİ" minik markalı **FP-*** dövlət qeydiyya t nişanlı minik avtomobili ilə toqquşaraq, avtomobilin sahibinə maddi ziyan vurmuş, bununla da inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx xxxxx 2019-cu il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, X1 etibarnamə əsasında idarə etdiyi **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bərdə Avtomotoservis “Nizami" KDM tərəfindən baxış keçirilmiş və dəymiş maddi zərərin ümumi məbləğinin 2580 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 1998-ci il buraxılışlı "Mercedes Benz C200 CDİ" minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2580 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1630 manat, təmir-bərpa işlərinin qiyməti isə 950 manat təşkil edir. Göründüyü kimi İddiaçı məxsus etibarnamə əsasında X1 istifadəsində olan "Mercedes Benz C200 SDİ" minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə sonuncu yolda hərəkətdə olarkən Cavabdeh özünə məxsus olan malqaranı yolda nəzarətsiz qoymuş, mal-qaranı sutkanın qaranlıq vaxtı yolların bu məqsəd üçün ayrılmayan yerindən keçirərkən, heyvan iddiaçıya məxsus olan "Mercedes Benz C200 SDİ" minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxaraq toqquşmuş və nəticədə avtomobilin sahibinə 2580 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1110-cu maddəsində göstərilir ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3892/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3892/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver