Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3893/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı X18 və vəkili X2, cavabdeh X4 vəkili Vəkil iştrakları ilə, Üçüncü şəxslər “xxxx” MTK-nın, X3 və cavabdeh X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il ta rixli qətnaməsi ilə (hakim: Ş.Ə.Məhərrəmova; 2(001)-851/2017) iddiaçı X10 cavabdeh X7 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və X5 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dаir iddiаsı təmin еdilmiş, iddiaçı X18 ilə X16 arasında Abşeron rayon, Pürəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsinin, MERCEDES 270 Dİ markalı, ** ******* *** dövlət nömrə nişanlı avtomobilin və Nərimanov rayonu, *************** ünvanda 4323.6 kv.m torpaq sahəsinin bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə X10 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qət naməsi ilə (hakimlər: R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn; 2(103)-767/2019), cavabdeh X4, üçüncü şəxslər “xxxx” MTK-nın, X3 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X18 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 adına olan birgə nikah dövründə əldə edilmiş Abşeron rayon, ********** kənd ərazisində 5,0 ha torpaq sahəsinin, MERCEDES 270 Dİ markalı, ** ******* *** dövlət nömrə nişanlı avtomobilin, ünvan 1 ünvanda olan 763,9 kv.m qeyri yaşayış sahəsinin ümumi birgə mülkiyyət hesab edilərək bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X18 iddia tələbinin həcminin azaldılma sı barədə məhkəməyə ərizə təqdim edərək, Nərimanov rayonu, **************** ünvanda 4323,6 kv.m torpaq sahəsi üzərində olmuş 763,9 kv.m qeyri yaşayış sahəsi söküldüyündən həmin qeyri-yaşayış sahəsinə dair iddianın həcmini azaldaraq, iddianın digər hissələrdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X16 ilə 25.11.1999-cu il tarixdə nikaha daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)5705/13 saylı, 07 oktyabr 2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahdan olan 19.05.1999-cu il təvəllüdlü X11, X4 himayəsində, 17.12.2002-c. təvəllüdlü X12 cavabdeh olaraq anasının yəni, onun himayəsində saxlanılması qət edilmişdir. Birgə nikahda olduqları dövrdə yəni, 25.11.1999-cu ildən 07.10.2013-cü il tarixədək olan müddət ərzində bir çox daşmar və daşınmaz əmlakları əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-i tərəfindən verilmiş ********** saylı, 25 avqust 2015-ci il tarixli cavab məktubunda göstərilir ki, “Xidmətin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən X4 adına Abşeron rayonu, ********* kəndi ərazisində 5,0 ha torpaq sahəsi (torpaq sahəsinə 29 aprel 2011-ci il tarixində məhdudiyyət (yüklülük) haqqında arayış alınmışdır. Lakin əmlakın özgəninkiləşdirilməsinə dair heç məlumat qeydə alınmamışdır) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron daşıyıcılarının üzərinə toplanan məlumatlara əsasən isə X4 adına ünvan 2 ünvanda 4323,6 kv.m torpaq sahəsi, ********* ** saylı, 05.05.2003-cü il tarixli və eyni ünvanda 763,9 kv.m qeyri yaşayış sahəsi, ********** saylı, 05.05.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir ”. Bundan başqa baş X31 İdarəsi tərəfindən verilmiş *********** saylı, 26.08.2015-ci il tarixli cavab məktubuna əsasən cavabdeh X4 adna MERCEDES 270 1 markalı, ** ******* *** dövlət nömrə nişanlı avtomobil, ************* sayı, 07.10.2005-ci il tarixli şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Daşınmaz və daşmar əmlaklar cavabdehlə birgə nikahda əldə edilməsinə baxmayaraq, aralarında əmlak bölgüsü aparılmamış və o, həmin əmlaklardan məhrum edilmişdir. Hesab edir ki, qeyd edilən və cavabdehlə birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətlər məhkəmə qaydasında bölünməlidir. Cavabdeh X16 iddiaya etiraz ed ərək bildirmişdir ki, “Mercedes 270 Dİ” markalı *********-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər onun sahibliyində və istifadəsində olsa da, hələ tərəflər nikah münasibətində olarkən, yəni 10.09.2008-ci il tarixində X8, həmin şəxs isə X1, lakin mübahisəli avtomobillə bağlı faktiki həyata keçirilən alqı-satqı əməliyyatları notarial qaydada rəsmiləşdirilməmişdir. Həmin avtomobilin satılmasından əldə edilmiş vəsait iddiaçı da daxil olmaqla, onun ailə üzvlərinin zəruri tələbatının ödənilməsinə sərf edilmişdir. Abşeron rayon, ********* kənd ərazisində 5,0 ha torpaq sahəsinin xalası oğlu, Bakı şəhər sakini X5 2011-ci ildə satmışdır. Lakin Rusiya Federasiyasına getdiyindən mübahisəli torpaq sahəsinin satılmasına(bağışlanmasına) etmədiyinə dair iddiaçı X9 05.05.2011-ci il tarixli razılıq notariat qaydasında təsdiq eilmiş ərizəsi vardır.Bakı şəhəri ************************** ünvanında yerləşən torpaq sahəsi üzərində isə “xxxx” MTK tərəfindən 1 ədəd 3 giriş 16 mərtəbəli A tikilişi, 2 ədəd 16 mərtəbəli B və C tikililəri inşa edilmişdir. Hal-hazırda həmin yaşayış binalarında olan mənzillərin hamısı müxtəlif kooperativ üzvlərinin və digər şəxslərin mülkiyyətindədir, 244 ailə həmin mənzillərində mülkiyyət hüququ ilə yaşamaqdadırlar. Həmin torpaq sahəsinin “xxxx” MTK-ya verilməsi birgə nikah dövründə baş verdiyindən, bu hadisədən ddiaçının da məlumatı olmuşdur. Həmin torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış bınasının inşa edilməsindən də iddiaçının xəbəri olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən bölünməsi tələb edilən əmlakların heç biri cavabdehə məxsus deyil, tərəflər həl ə bırgə nikah dövründə olduqları dövrdə ayrı-ayrı şəxslərə satılmış və ya verilmişdir. Həmin əmlakların satılmasından əldə edilən vəsait isə iddiaçı və cavabdehin ailəsinin xərclənmişdir. ehtiyaclarına Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxslər “xxxx” MTK və X13 birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və Abşeron rayonu, Pürəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsinin, Nərimanov rayonu, **************** ünvanda yerləşən 4323,6 kv.m torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin, Azərbaycan Res publikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Cavabdeh X2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamiylə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətibirinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla işin faktiki halları göstərilərək hüquqi cəhətdən onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88,217-ci maddələrinin, Azərbaycan Respublikasının Məcəlləsinin 225-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin,Azərbaycan Respublikası Konstitusiyasının 6 0-cı maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdeh X4 vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəməkollegiyasınıniclasında iddiaçı X20 və vəkili X19 оğlu kassasiya şikayətlərinin təminedilməməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, cavabdeh və 3-cü şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər 25.11.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından 19.05.1999-cu il təvəllüdlü X11 və 17.12.2002-ci il təvəllüdlü X12 anadan olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli 2(001 )-5705/13 saylı qətnaməsi ilə X16 və L8 arasında 25.11.1999-cu il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması və birgə nikahdan olan 19.05.1999-cu il təv əllüdlü X11, X4 himayəsində, 17.12.2002-ci il təvəllüdlü X14 cavabdeh L8 himayəsində saxlanılması qət edilmişdir. Tərəflərin birgə nikahda olduğu müddət ərzində, yəni 07.10.2005-ci il tarixdə X4 adına “Mercedes 270 CDİ" markalı *********-*** dövlət qeydiyyat nişanlı avtomobil, 30 mart 2007- ci il tarixdə Abşeron rayonu, *********** kəndi ərazisində 5,0 ha torpaq sahəsi, 05.05.2003- cü il tarixdə ünvan 4 ünvanda yerləşən 4323,6 kv.m torpaq sahəsi əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 -ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinin tələblərinə görə nikah müddəti ndə ər-lə arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair «tommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı İ sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. - 37.1 -ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müə yyən etmişdir ki,mübahisəli avtomobil və torpaq sahələri birgə nikah dövründə məhz tərəflərin birgə qazancları hesabına əldə edilmişdir. Çünki həmin əmlakların alındığı 2003, 2005 və 2007-ci illərdə tərəflər müvafiq olaraq 4, 6 və 8 il nikahda olmuşlar. Eyni zamanda həmin əmlakların tərəflərin deyil, başqa şəxslərin vəsaiti hesabına əldə olunması hər hansı sübutla təsdiq olunmur. Mübahisəli əmlaklar tərəflərin ümumi birgə mülkiyyətidir. Cavabdehin və üçüncü şəxslərin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazir lər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1 -ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinin məktubundan da müəyyən olunur ki, "Mercedes 270 CDİ" markalı **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adında qeydiyyata alınmışdır. Ona görə də, həmin avtomobilin etibarnamə ilə X6, daha sonra isə X15 istifadəsində olması mübahisənin həllinə heç bir təsir etmir. Çünki həmin avtomobil notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında həmin şəxslərə satılmışdır. ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş seriya MH ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində 5,0 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X7 məxsusdur və iddiaçı ilə birgə nigah dövründə əldə edilmişdir. İş üzrə toplanmış sübutlara qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinin faktiki olaraq X3 istifadəsində olması mübahisənin həllinə heç bir təsiri yoxdur. Həmin torpaq sahəsinin başqa şəxsin vəsaiti nesabına əldə olunması isə heç bir sübutla təsdiq olunmur. Həmçinin həmin əmlakın satılmasına (bağışlanılmasına) etiraz etməməsi barədə X18 tərəfindən Abşeron rayonu döv lət Notariat Kontoruna ünvanlanmış 05.05.2011-ci il tarixli ərizənin də neç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin əmlakın satılması ilə bağlı X16 ilə X13 arasında müqavilə bağlanılmayıb və hazıra kimi həmin əmlak cavabdehin mülkiyyətindədir. ünvan 4 ünvanda yerləşən 4323,6 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ ilə X7 məxsusdur və iddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Həmin torpaq sahəsinin “xxxx” MTK-nın təsisçilərindən biri olaraq X16 tərəfindən “xxxx” MTK-ya pay haqqı olaraq verilməsi və bu zaman X10 notarial qaydada razılığının alınması ilə bağlı hər hansı bir sənəd iş materiallarına mövcud deyildir. Həmçinin torpaq sahəsində faktiki olaraq xxxx” MTK tərəfindən çoxmərtəbəli bina inşa edilməsinin mübahisənin həllinə təsiri yoxdur və həmin fakt heç bir halda həmin əmlak üzə rində X10 oirgə nikah dövründə əldə olunmuş əmlak kimi mülkiyyət hüququnu istisna edən hal kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3893/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3893/2019
03.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver