Məhkəmə qərarları › İş №2(102)-3893/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3893/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3893/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-635/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 04 avqust 2014-cü il tarixli İK 600f/14 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 oğluna illik faiz dərəcəsi 30 faiz olmaqla, 30 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. 04 avqust 2014-cü il tarixli 600-f-z/14 nömrəli Zaminlik müqavilələrinə əsasən, İddiaçı ASC ilə Cavabdeh3, X2 və Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Kreditor İddiaçı ASC borclular Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 04 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Abaməcid oğlunun banka olan 1682,55 manat əsas, 1529,05 manat faiz borcu olmaqla, cəmi 3211,60 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun borclulardan (borclu Cavabdeh1, zaminlərCavabdeh3, Cavabdeh4 və Cavabdeh2) birgə qaydada tutularaq bankın xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilməsi xahiş edilmiş, məhkəmənin 23 may 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh3 etirazı əsasında məhkəmənin 03 fevral 2017-ci il tarixli qərardadı ilə 23 may 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, işə baxılması iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək qətnamə qəbul edilərkən cavabdehdən əsas borc üzrə 837 manat, cərimə üzrə 1494,53 manat olmaqla, cəmi 2331,80 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu 26 dekabr 2016-cı il tarixinə olan nəticəyə görə əsas borcundan 4662,73 manat ödəmiş, əsas borc məbləğindən 837,27 manat qalıq qalmışdır. 06 dekabr 2018-ci il tarixədək hesablanmış 3230,07 manat ümumi faiz borc məbləğindən isə 3230,07 manat ödəyərək faiz borc qalığı qalmamışdır. Həmin tarixə gecikdirilən günlərə görə 1494,53 manat cərimə faizi hesablanmış, beləliklə müştərinin 06 dekabr 2018-ci il tarixə banka ümumilikdə 2331,80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən təqdim olu nmuş 06 dekabr 2018-ci il tarixli 488 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 06 dekabr 2018-ci il tarixə əsas borc üzrə 837.27 manat, cərimə borcu üzrə isə 1494.53 manat olmaqlacəmi 2331.80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2018-ci il tarixli 9796 nömrəli rəyinə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 04 avqust 2014-cü il tarixli, İK№ 600f/14 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 30 dekabr 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 1017,79 manat məbləğində və 19 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 130,78 manat müəyyən olunur, o cümlədən 30.12.2016-cı il tarixə əsas borc üzrə 997,83 manat, faiz borcu üzrə 19,96 manat olmuş, 19.04.2017-ci il tarixə əsas borc üzrə 126,67 manat, faiz borcu üzrə 4,12 manatdır. Cavabdeh1 ilə İddiaçı» ASC-nin arasında 19 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) 04 avqust 2014-cü il tarixli, İK №600f/14 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, maddi imkanı olmadığına görə krediti ödəyə bilməmişdir. Bank tərəfindən əsas borc və cərimə məbləğləri yüksək göstə rilmişdir. Ekspertizanın rəyi ilə razıdır. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 14 yanvar 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 126,67 manat məbləğində əsas borc, 4,12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi 126,67 manat əsas borca, 4,12 manat faiz borcuna aid hissədə əsaslıdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlmişdir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 126,67 manat, faiz borcu 4,12 manat оlduğu halda 1494,53 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 20 manat həcmində müəyyən edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə istinad edərək, onların iddia tələbindən çox aşağı olan, real məbləğləri əks etdirməyən borcun tutulmasını qət etmişdir. Məhkəmə rəy ilə iddia tələbi arasındakı kəskin fərqi nəzərə almadan, ekspert rəyini əsas tutmuş və öz qətnaməsində bu halı əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ay az Mahmudov) 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 467, 470.1, 472.2 və 739-cu maddələrinə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə ekspert rəyi ilə iddia tələbi arasındakı ciddi fərqi nəzərə alaraq təkrar ekspertiza təyin etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (m addə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdehlər tələbin təmin edilən hissəsini mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddia tə ləbinin rədd edilən hissəsində yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, maliyyə arayışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilir və iddiaçının mülahizəsinə əsasən tərtib edilir. İş üzrə borcun məbləği ekspertiza rəyi ilə müəyyən edilmiş, məhkəmə rəyə istinad edərək cavabdehlərdən borc məbləğinin tutulmasını göstərmişdir. MPM-nin 101.7-ci maddəsinə əsaəsn ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bu baxımdan təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçı kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamı ş, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə ekspert rəyi arasında ziddiyətin olması təkrar ekspertiza keçirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-635/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar