Məhkəmə qərarları › İş №2(102)-3894/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3894/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3894/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ 2(102)-3894/23 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə 2(103)-5430/2023 nömrəli, 8 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 2023cü il 02 oktyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-c i il tarixli qətnaməsi ilə (X2) iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 170000 (yüz yetmiş min) manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 80%-i, yəni 24 manat vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qalan 20%-i, yəni 6 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

3. Qətnamənin surəti tərəflərə, o cümlədən Cavabdeh1 Bəkirzadə oğluna poçt vasitəsilə göndərilmiş, sonuncuya göndərilmiş zərf, üzərinə “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarılmışdır ((i.v. 157)

4. Daha sonra qətnamə icra olunması üçün Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə ilkin icra hərəkətləri aparılmışdır. 5. 28.07.2022-ci il tarixdə Cavabdeh1 Bəkirzadə oğlunun nümayəndəsi Nümayəndə məhkəməyə qətnamənin təqdim edilməsinə dair ərizə vermişdir. xx.xx.2023-cü ildə yenidən qətnamənin təqdim olunmasına dair ərizə təqdim etmiş, müvafiq qətnamə xx.xx.2023-cü il tarixdə həmin şəxsə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh1 Bəkirzadə oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli qərardadı ilə (hakimlər Azad İmanov (məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski, iş N 2(103)5430/2023) apelyasiya qeyri-mümkün hesab edilmiş və şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin qətnamədən məlumatlı olub-olmamasını yoxlanılması qətnamə üzrə verilmiş icra işinə baxış keçirməklə mümkün olduğu halda məhkəmə hərəkətsizlik göstərmiş, həmçinin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilsə də, hansı səbəbdən qətnamənin məhz 1 ilə yaxın müddət keçdikdən sonra təqdim edilməsini aydınlaşdırmamış, əsassız olaraq apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM- nin 360 və 363.1.3-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 Bəkirzadə oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apellyasiyanın mümkün hesab edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin surətini rəsmi qaydada işdə iştirak edən şəxsə - Cavabdeh1 verməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə etdikləri müraciət nəticəsiz qalmış, yəni, məhkəmə qətnaməsinin surəti nə cavabdehin, nə onun nümayəndəsinin rəsmi qeydə alındığı ünvana göndərilməmiş, nə də məhkəmədə təqdim olunmamışdır. Məhkəmənin sözügedən qətnaməsi yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə edilmiş təkrar yazılı və şifahi müraciətlərindən sonra əl də olunmuşdur. Göründüyü kimi, məhkəmənin qətnamənin surətini cavabdehə təqdim etməməsi, bununla bağlı hərəkətsizlik göstərməsi cavabdehin prosessual hüququnun pozulmasına səbəb olmuşdur.

12. İş materiallarından məlum olur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmiş, apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə (1 ay müddətində) elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bir daha prosessual hüquq normasını pozmaqla, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Mad də 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

17. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

18. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bil ər.

20. Maddə

399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Qərardaddan kassasiya şikayəti verən cavabdeh onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə iş materiallarını konkret göstərişlərlə, yəni cavabdehlərin qətnamədən məlumatlı olubolmaması, qətnamənin surətinin verilməsi üçün cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət olunmasına baxmayaraq hansı səbəbdən qətnamənin surətinin 1 ilə yaxın müddət keçəndən sonra təqdim edilməsinin aydınlaşdırması, bunun üçün zərurət olarsa icra işinin nəzərdən keçirilməsi, şikayətin Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılması kimi göstərişlərlə qaytarmışdır. Birinci instansiya m əhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5430/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar