Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3895/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, torpaq mübahisəsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil xxxqızının, Cavabdeh xxxnun iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2(106)243/2020 nömrəli qə tnaməsindən İddiaçı nümayəndəsi, vəkil xxxqızı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2200 manat dəyərində maddi ziyanın, 700 ədəd yonca kipinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)-1008/2019 nömrəli qətnaməsi ilə (hakim A.H.Səmədov) iddia qismən təmin edilərək, xxxndan 2200 manatın və iddia tələbinin təmin olunmuş hissəsində mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 22,75 manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan A pelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(106)-243/2020 nömrəli qətnaməsi ilə (hakimlər Q.B.Kərimov - sədrlik edən və məruzəçi, Z.B.Babayev və N.F.Mirzəyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş,Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh xxxndan 2200 manatın və iddia tələbinin təmin olunmuş hissəsində mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 22,75 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1008/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh xxx tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxxqızı kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin xx xx xxxx 2020-cı il tarixli, 2(106)-243/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkil xxxqızı kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh xxx məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Bununla belə, cavabdeh xxx kasasiya şikayətinə yazılı etiraz verərək, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(106)-243/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının sahəsinə gedən su yolunu kəsməmiş, sonuncuya maddi ziyan vurmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, o, apelyasiya şikayəti verməmiş və apelyasiya baxışının hədlərini yalnız iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Apelyasiya instansiyası məhkəm əsi tərəfindən isə qətnamə həmin hissədə ləğv edilərək, iddia rədd olunduğundan, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətinə əsasən X3 1,93 ha torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İş materiallarında olan ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx və qeyrilərinin iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən icarəçi İddiaçı əkib-becərdiyi 1,93 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı su kanalının xxx tərəfindən doldurulması müəyyən olunmuşdur. Ona su kanalının bərpa olunması tövsiyə olunmasına baxmayaraq, heç bir nəticə əldə olunmam ışdır. İcarəçi İddiaçı yonca sahəsini suvara bilmədiyi üçün ona ziyan dəymişdir. İş materiallarında olan X5 X2 Mərkəzinin xx xxxx 2019-cu il tarixli 66 saylı mütəxəssis rəyinə əsasən ünvan 1ndə yerləşən icarəçi İddiaçı 1,93 ha torpaq sahəsinə icra nümayəndəsi, bələdiyyə sədri və zərərçəkmişin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, xxx sahəyə gedən su kanalını dolduraraq suvarmağa imkan verməmişdir. Nəticədə fevral ayında yonca əkilməsinə baxmayaraq biçin keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx və qeyrilərinin iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən İddiaçı icarəyə götürdüyü torpaq sahəsi uzun müddətdir suvarılmamış, nəticədə həmin sahədə yonca biçini mümkün o lmamışdır. Sahə suvarılmadığı üçün sahəni tikan basmışdır. İş materiallarında olan ünvan 2 kənd İƏ nümayəndəsi tərəfindən vermiş x xxxxxx 2019-cu il tarixli 59 saylı arayışa əsasən ərazi icra nümayəndəsi və bələdiyyə tərəfindən xxx mübahisəli su kanalının açılması dəfələrlə tövsiyə olunmuş, lakin buna baxmayaraq həmin su kanalı bərpa olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı rədd edən apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunması qənaətinə gələrkən, ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx, İddiaçı, ünvan 2 kənd sakinləri xxx və xxxn iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş Akta əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan akta tənqidi yanaşaraq hesab etmişdir ki, həmin akta əsasən iddia tələbinin təmin olunmasına dair nəticəyə gəlinə bilməz. Belə ki, həmin akt tərtib edilərkən cavabdeh xxxnun iştirakı təmin edilməmiş və belə bir aktın tərtib edilməsi barədə onun məlumatı olmamışdır. Mübahisəli sahəyə baxış keçirilməsi və bununla bağlı akt tərtib ediləcəyi barədə cavabdeh xxxnun bu və ya digər formada məlumatlandırılması iş materialları ilə müəyyən edilmir. Mübahisəli sahəyə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktdan xəbəri olmaması səbəbindən cavabdeh xxx tərəfindən imzalanmamışdır. Həmçinin iş materialları ilə ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx və qeyrilərinin iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş aktın surəti Cavabdeh gönd ərilməsi müəyyən edilmir. Həmçinin işdən görünür ki, qeyd olunan akt heç bir orqan tərəfindən qeydə alınmamışdır. Göstərilənləri nəzərə alan, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasına dair nəticəyə gələrkən ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx və qeyrilərinin iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş akta əsaslanmaqda haqlı olmamış, birinci instansiya məhkəməsinin cavabdeh xxxndan maddi ziyana görə 2200 manatın və 22,75 manat dövlət rüsumunun alınıb İddiaçıverilməsinə dair nəticəni qanuni hesab etmək olmaz. Bundan başqa, apelyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı kollegiya iclasında verdiyi izahatından müəyyən olunur ki, cavabdeh xxxnun qanunsuz hərəkətləri nəticəsində onun icarə sində olan torpaq sahəsinin bir hissəsinə ziyan dəymişdir. O, icarəsində olan torpaq sahəsinin digər hissələrindən məhsul toplamışdır. ünvan 2 bələdiyyəsinin sədri xxx, icra nümayəndəsi xxx və qeyrilərinin iştirakları ilə xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş aktda isə bu hal öz əksini tapmamışdır. Bu səbəbdən, həmin məhkəmə qeyd olunan aktı iş materiallarına uyğun hesab etməmiş və cavabdeh xxxnun İddiaçı ziyan vurması halının sübut olunmaması qənaətinə gəlmişdir. Bundan başqa, apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xxxnun kollegiya iclasında verdiyi izahatından görünür ki, onun tərəfindən qanunsuz doldurulması qeyd olunan su kanalından yalnız İddiaçı istifadə etmir. Belə ki, həmin kanaldan iddiaçının icarəsində olan torpaq sahəsindən sonra yerləşən torpaq sahələri də mütəmadi olaraq sahiblər tərəfindən suvarılır. Əks təqdirdə həmin şəxslərdə ona qarşı iddia qaldırardılar. Bundan başqa cavabdeh izahatında qeyd etmişdir ki, onun doldurması qeyd edilən kanal iri su tutumlu kanaldır, onun qarşısını torpaqla adi qaydada bağlamaq mümkün deyil. İddiaçı hazırki iddia tələbini özünün tərəfkeşləri tərəfindən yalandan tərtib edilmiş sənədlər əsasında qaldırmışdır. Belə ki, hazırki iş üzrə İddiaçı ilə onun arasında İddiaçı ona məxsus üzüm sahəsinə ziyan vurması ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə İddiaçı onun xeyrinə 1500 manat pulun tutulması qət edilmişdir. Hazırki iddia isə onu şərləmək üçün hazırlanmışdır. İddiaçı icarəsində olan torpaq sahəsinin bir hissəsini özü suvarmamışdır ki, sonradan ona qarşı iddia qaldırsın. Bununla da, apelyasiya məhkəməsi X5 X2 Mərkəzinin xx xxxx 2019-cu il tarixli 66 saylı mütəxəssis rəyində xxx sahəyə gedən su kanalını dolduraraq suvarmağa imkan verməməsi, nəticədə fevral ayında yonca əkilməsinə baxmayaraq biçinin keçirilməsinin mümkün olmaması və nəticədə iddiaçıya 2200 manat ziyanın dəyməsinə dair rəyi inandırıcı hesab etməmişdir. Belə ki, iddiaçı hələ fevral ayında onun ərazisinə gedən su kanalını cavabdeh tərəfindən qanunsuz doldurulması ilə bağlı polis şöbəsinə, bələdiyyəyə, həmçinin İƏN-nə şikayət ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi aktı qeyri-mötəbər sübut qismində qiymətləndirərək, iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının istifadəsində torpaq sahəsinin mövcud olması və onun həmin to rpaq sahəsində təsərrüfatla məşğul olması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, həmin torpaq sahəsində (torpaq sahəsinin bir hissəsində) suvarmanın aparılmaması (və ya bunun mümkün olmaması) nəticəsində əkilmiş yonca məhv olmuşdur. Həmin hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Mübahisələndirilən hal ondan ibarətdir ki, torpaq sahəsində suvarmanın aparılmamasına və nəticə olaraq ona vurulmuş zərərə görə cavabdehin təqsirinin olubolmamasıdır. Belə ki, iddiaçı onun icarəsində olan torpaq sahəsinə gedən su kanalının cavabdeh tərəfindən bağlanmasını iddia etmiş və bunun sübutu qismində qeyd olunan aktları və mütəxəssis rəyini təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yarad an hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzə rə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq oluna n faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bunun la da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən həm təqdim edilmiş sübutlara, həm də apelyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verilmədən, maddi hüquq normalarının tələblərinə uyğun və düzgün olmayan qə tnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi aktların tərtibatında cavabdehin iştirak etməsi qeyd olunmamışdır. Bu səbəbdən sonuncunun həmin aktları imzalamaması və aktların surətinin cavabdehə təqdim edilməməsi həmin aktların qeyrimötəbər olmasına dəlalət etmir. Aktlar onu tərtib etmiş şəxslər tərəfindən müəyyən edilmiş halları təsdiq edir və özü-özlüyündə tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmır. İş materiallarına həmin aktların əsilləri əlavə olunmuş və müəyyən olunu r ki, aktlar vəzifəli şəxslər olan ünvan 2 bələdiyyəsinin sədri X1 və icra nümayəndəsi X4 tərəfindən təsdiq olunmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi, o cümlədən həmin sənədlərin saxta olmasından ibarət cavabdehin izahatına istinad edərək, vəzifəli şəxslər tərəfindən tərtib olunmuş aktları mötəbər saymasa da, sonuncuların əməllərində vəzifə hüquq pozuntusunun olub-olmamasına hüquqi qiymət verilməsi üçün tədbir görməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin sübut qismində təqdim etdiyi X5 X2 Mərkəzinin xx xxxx 2019-cu il tarixli 66 saylı mütəxəssis rəyini də qeyri-mötəbər sübut qismində qiymətləndirərkən yenidən cavabdehin izahatına istinad etmişdir ki, iddiaçı cavabdehə qarşı əsassız iddia qaldırmaq üçün qəsdən öz torpaq sahəsinin bir qismini s uvarmamışdır. Lakin həmin mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, rəyi tərtib etmiş şəxs tərəfindən xx xxxx 2019-cu il tarixdə torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən torpaq sahəsinə gedən su kanalı doldurularaq, suvarmaya imkan verilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin izahatına istinad etməklə göstərmişdir ki, iddiaçının sahəsinə gedən suvarma kanalı iri kanal olduğu və tərəflərdən başqa, digər şəxslərin də torpaq sahələrinin suvarılması üçün istifadə olunduğu üçün onu bağlamaq mümkün deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin etirazının həmin dəlilini ümumiyyətlə araşdırmamış, zərurət olduğu halda yerində müayinə aparmamış, ziddiyyətli məqamların yoxlanılması üçün mütəxəssis cəlb etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin iddiaçıya vurulmuş zərərə görə təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi sübutların qiymətləndirilməsinə dair prosessual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə tərəfindən təqdim olunmuş sübutlara yenidən hüquqi qiymət verilməklə, zəruri olduğu halda MPM-in 77.3-cü maddəsinə əsasən tərəflərə əlavə sübutlar təqdim etməyə təklif etmək lə, o cümlədən mübahisələndirilən sahəyə tərəflərin, mütəxəssisin və ya ekspertin iştirakı ilə baxış keçirilməklə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: a pelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxxqızı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-243/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3895/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3895/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver