Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3898/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Məmmədov Zamin Əli oğlunun, cavabdeh x2nun vəkili İsmayılov Kənan Şəmşəddin oğlunun iştirakı ilə, cavabdeh x2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(006)99/2018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddianın qismən təmin edilməsi, 13 iyun 2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsi üzrə 120.519,48 ABŞ dolları əsas borc, 214,26 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 121.233,74 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə x2ndan alınaraq x1-yə ödənilməsi, tələbin x3 məxsus ipoteka predmeti olan ünvan 1 mənzilinə (4 otaq, ümumi sahəsi 164.2 kv.m, yaşayış sahəsi 99.4 kv.m, yardımçı sahə 64.8 kv.m) yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 300.650 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 121.233,74 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla mana t hesabı ilə x1-yə ödənilməsi, qalan məbləğin x3 verilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatının x1-yə aid edilməsi, 15 manatın isə x2ndan alınaraq x1-yə ödənilməsi, ilkin iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı x2na aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 300 manatın 150 manatının x1-dən, 150 manatın isə x2ndan alınaraq x4-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatının x1-dən, 50 manatının isə x2ndan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 2(103)-10797/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(006)-99/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10797/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.06.2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsinə əsasən cavabdeh x2nun x1-yə olan 122.507,66 ABŞ dolla rı əsas, 2.291,30 ABŞ dolları faiz, 49.768,68 ABŞ dolları cərimə faiz borcu, cəmi 174.567,64 ABŞ dolları pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş x3 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 164.2 kv.m ümumi, 99.4 kv.m yaşayış və 64.8 kv.m yardımçı sahədən ibarət olan mənzilə yönəldilərək həmin əmlakın açıq hərracda satılmasından əldə edilən vəsait hesabına x1-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı x1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh x2ndan kredit müqaviləsi üzrə 120.519,48 ABŞ dolları əsas borc, 214,26 ABŞ dolları faiz borcu, 49.768,68 ABŞ dolları cərimə borcu, cəmi 170.502,42 ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində rüsumun və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın x3 məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 164.2 kv.m ümumi, 99.4 kv.m yaşayış və 64.8 kv.m yardımçı sahədən ibarət olan mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına x1-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh x2 iddiaçı x1-yə qarşı “kredit müqaviləsində dəyişikliklər edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, onunla x1 arasında bağlanmış 13.06.2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsində dəyişiklik edərək kredit məbləğinin 200.000 manat, kreditin müddətinin isə 60 ay kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh x2 qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla x1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsinə ilkin iddia məhkəməyə təqdim edildiyi 16 yanvar 2017-ci il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10797/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2nun vəkili İsmayılov Kənan Şəmşəddin oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1 ilə x2 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 850/F-14 №-li kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, x1 x2na 36 ay müddətinə illik 16% dərəcəsi ilə 200.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan x1 ilə sonrakı ipoteka qoyan x3 və borc alan x2 arasında bağl anmış 13 iyun 2014-cü il tarixli 850/F-14 №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, x1 ilə x2 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 850/F-14 №-li kredit müqaviləsinin təminatı olaraq x3 məxsus ünvan 1 mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə 252.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 13.06.2014-cü il tarixli məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, x2 tərəfindən həmin tarixdə x1-dən 200.000 ABŞ dolları məbləğində vəsait götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriy alı, ******* №-li çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzili x3nın adına tam mülkiyyət hüququ ilə 07.04.2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1106 nömrəli reyestr kitabının 100162 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın təsdiq edilmiş surətindən görünür ki, x3 məxsus ünvan 1 mənzili x1-nin xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1106 nömrəli reyestr kitabının 100162 nömrəli vərəqində qeydiyyata alınmış dır. Qeydiyyat tarixi 14.06.2014-cü il, qeydiyyat nömrəsi **********-dür. Əsas öhdəlik 13 iyun 2014-cü il tarixli 850/F-14 №-li kredit müqaviləsidir. İş materiallarında olan x1 tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 03.11.2015-ci il tarixli 729 №-li ərizənin surətindən, 26.02.2016-cı il tarixli 116 №-li, 09.03.2016-cı il tarixli 137 №-li və 15.11.2016cı il tarixli 574 №-li bildirişlərin surətlərindən, x1 tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 21.11.2016-cı il tarixli 578 №-li ərizədən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 30.11.2016-cı il tarixli məktubundan görünür ki, borclular tələbin ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə x1 tərəfində n xəbərdar olunmuşlar, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində 30.11.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 23.02.2016-cı il tarixli 103 №-li pretenziyanın surətindən görünür ki, 23 fevral 2016-cı il tarixdə cavabdeh x2na banka olan borcunun ödənilməsi barədə x1 tərəfindən bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan 28.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, x2nun 13 iyun 2014-cü il tarixli 850/F-14 №-li kredit müqaviləsi üzrə 13 iyun 2017-ci il tarixinə banka 120.519,48 ABŞ dolları əsas borcu, 214,26 ABŞ dolları faiz borcu, 49.768,68 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, x1 tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan x4-nin 29 may 2017-ci il tarixli 79/17 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 mənzilin hazırki dövrə olan orta bazar dəyəri 300.650 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2018-ci il tarixli 25460 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları və 13 iyun 2014-cü il tarixli, 850/F-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla x2nun 13 iyun 2017-ci il tarixə illik 16% faiz dərəcəsi ilə x1 olan borcu 137.189,54 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas borc üzrə 123.966,45 ABŞ dolları, faiz borcu üzrə 13.223,09 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan x4-nin 29 may 2017-ci il tarixli 79/17 nömrəli qiymətləndirmə hesabatını nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 mənzilinin ilkin satış qiyməti 300.650 manat müəyyən edilməlidir. İşdən göründüyü kimi x1 ilə x2 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 850/F14 saylı kredit müqaviləsinə əsasən x2na x1 tərəfindən illik 16% hesablanmaqla 36 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq x3nın mülkiyyətində olan ünvan 1 mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh x2 qeyd olunan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə bank tərəfindən ona 120.519,48 ABŞ dolları məbləğində əsas borc, 214,26 ABŞ dolları məbləğində faiz borcu, 49.768,68 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən isə x2nun mübahisələndirilən kredit müqaviləsinə əsasən 13 iyun 2017-ci il tarixə əsas borcu 123.966,45 ABŞ dolları, faiz borcu 13.223,09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xey li dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə t əmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasın dan almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yax ud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, x1 ilə x2 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsinə əsasən bank x2na illik 16 faiz ödəmək şərtilə 36 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı idd ia üzrə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə xitam verilməsini tələb etsə də, o, mübahisələndirilən kredit müqaviləsinə xitam verilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmadı. Qarşılıqlı iddia üzrə iddiaçı müqaviləyə xitam verilməsini müqavilənin müddətinin bitməsindən əvvəl iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əsaslandırmaqla müqaviləyə ilkin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən xitam verilməsini xahiş edir. Lakin qeyd olunanlar müqaviləyə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi andan xitam verilməsi üçün əsas hesab edilə bilməz, ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi əs assızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən müştərək qaydada 500 ABŞ dolları cərimə borcu tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3898/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3898/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver