Məhkəmə qərarları › İş №2(102)-3898/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3898/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3898/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-27412021 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "Amrahbank” ASC ilə borclu Cavabdeh1 arasında 20 iyul 2018-ci il tarixli, NK-16136595/009945 saylı kredit müqaviləsi bağlamış və ona əvvəlki kredit borcunun restrukturizasiyası məqsədilə 36 ay müddətinə, illik 0 faiz hesablanmaqla 28127 manat kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit üzrə öhdəliyin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında 20 iyul 2018-ci il tarixli, NK-16-36595/009945 saylı zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Zəngilan Rayon Məhk əməsinə müraciət edərək, Cavabdeh1 arasında 07 noyabr 2014-cü il tarixli 03-MK/0983 saylı kredit müqaviləsinə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 20 iyul 2018-ci il tarixli NK-16136595/009945 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26857 manat əsas borc, 100 manat cərimə borclu olmaqla, cəmi 26957 manat məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Asıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialına müraciət edərək 07 noyabr 2014-cü il tarixli 03-MK/0983 saylı saylı kreditin qalıq məbləği olan 28127 manat məbləğin restrukturizasiya edilməsini xahiş etmişdir. 20 iyul 2018-ci il tarixli NK-16136595/009 945 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 0 faiz olmaqla, 28127 manat restrukturizasiya edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının əsas təminatı kimi Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclunun 20 iyul 2018-ci il tarixli NK-16-136595/009945 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı ASC-nin Sumqayıt filialı ilə 20 iyul 2018-ci il tarixli NK-16-136595/009945 saylı zaminlik müqaviləsi imzalayaraq məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borc alan tərəfindən hər ay bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirili r. Lakin cavabdeh müqavilənin bu bəndini pozaraq krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh kredit müqaviləsinin 5.1 və 5.2-ci bəndini pozduğu üçün 20 iyul 2018-ci il tarixli NK-16-136595/009945 saylı kredit müqaviləsi öhdəliyin vaxtından əvvəl pozulmasına zəmin yaratmışdır. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Zəngilan Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(034)-108/2020) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26857 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, cəmi 26957 (iyirmi altı min doqquz yüz əlli yeddi) manat borcun iddi açı «Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, eləcə də Cavabdeh3 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı «Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı cavabdehə verdiyi kredit məbləğini geri tələb etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-2741/2020) apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə də yişdirilmədən saxlanılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda zaminlərlə birgə göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil Vəkil) kassasiy a şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2741/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək və mülki işin apellyasiya baxışına qaytarılmasını xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, yaranmış borc düzgün hesablanmamışdır, ona yüksək məbləğdə faiz borcu hesablanmışdır. Əvvəlki kredit borcunu hesablayarkən onu aldatmışlar və ona 5901 ABŞ dolları artıq faiz borcu tətbiq olunmuşdur. Bunun qarşısının alınması üçün məhkəmə mühasibatlıq espertizası təyin olunmalı və borc düzgün müəyyən olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu i lə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faiz borc məbləğinin düzgün müəyyən edilməməsi, faiz borcunun artıq hesablanması ilə bağlı olmuşdur. İddiaçı eyni dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi müvafiq olaraq həmin dəlilləri qiymətləndirmiş və əsassız olması nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, cavadbeh şikayətində faiz borcunun artıq hesablanmasını göstərmiş olsa da işin halları ilə müəyyən olunur ki, iddiaçı ondan hər hansı məbləğdə faiz tələb etməmiş və məhz kredt müqaviləsinin restrukturizasiyası ilə bağlı tərəflər arasında razılaşdırılmış əsas borc məbləği tələb olunmuşdur. Həmin məbləğ isə tərəflərin razılıqları əsasında rəsmləşdirilmiş və faktiki olaraq həmin müqavi lə hazırda qüvvədə olmaqla tərəflərin qarşılıqlı öhdəliklərini müəyyən edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2741/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar