Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 və başqalarına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi tələbi və s. tələblər) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X12, vəkili X18, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-962/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Zaqatala şəhəri X38 küçəsində 0.0605 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 10.03.2007-ci ildə İddiaçı1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
2. Eyni zamanda həmin Xidmətin verdiyi ******* nömrəli çıxarışa əsasən, Zaqatala şəhəri X38 küçəsində 0.208 ha torpaq sahəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi 07.11.2008-ci ildə ümumi mülkiyyət hüququ üzrə 2/3 payla Cavabdeh1 Məmməd qızının, 1/3 payla X6 adına qeydə alınmışdır. 3. 02.09.2013-cu il tarixli notarial bağışlama müqaviləsi əsasında həmin daşınmaz əmlak 12.09.2013-cü ildə tam mülkiyyət hüququ ilə Cavabd eh1 Məmməd qızının adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 nümayəndəsi Nümayəndə Cavabdeh1 və hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19.10.2005-ci il tarixli 117 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında 0,03 ha torpaq sahəsinin X19 mülkiyyətinə verilməsinə dair JN-1372A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Cavabdeh1 tərəfindən qanunsuz olaraq açılmış yolun giriş qapısının bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra Nümayəndə iddia tələbini artıraraq İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh1 Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv m hissəsinin Cavabdeh1 mülkiyyətindən çıxarılaraq İddiaçı1 mülkiyyətində olması faktının müəyyən edilməsini xahiş etmişdir.
6. İddia tərəfi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Zaqatala şəhəri Sabir küçəsi 29-da, 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218,2 kv.m. yaşayış, 46,7 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evi Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsində qeydə alınmışdır. Lakin halhazırda həmin evin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsinə X19 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin ev əvvəllər Əlizadə Şirxan ın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adına olub. X23 Əlizadənin adına keçib. Nümayəndə isə həmin evi qızı İddiaçı1 bağışlayıb. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,0605 ha olmasına baxmayaraq aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Fləyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir. Bundan əlavə həyətin bir hissəsindən Cavabdeh1 qanunsuz istifadə edərək yol açmışdır, hal-hazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi qanunsuz olaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir. Hazırda cavabdeh həmin giriş qapısını bağlı saxladığından həyətə girmək çətin olur. O na görə də cavabdehin istifadə etdiyi giriş qapısı bağlanmalıdır. Onun evinin küçəyə baxan pəncərəsindən yol açılmalıdır. Çünki daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 qanunsuz bağladığı yol İddiaçı1 adına qeydə alınmışdır.
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşdiyi ev onun və X7 mülkiyyətindədir. Həmin ev vərəsəliklə keçmişdir. Babazadə Alyona hazırda həmin evdə yaşamır. Həmin evin 0,02 ha həyətyanı torpaq sahəsi vardır. Lakin yerində faktiki olaraq torpaq sahəsi bir qədər artıqdır. O həmin evə reyestrdən çıxarış və texniki pasport almışdır. Mübahisəli sahə onun mülkiyyətinə işlənmişdir. Yaşadığı ev mərhum atası tərəfindən 1960-cı illərdə tikilmişdir. Özü və ailəsi 50 ilə yaxındır ki, həmin giriş qapısından istifadə edirlər. Hə min yol sahəsio 60 kvm-dir. X29 1970-ci illərdə onun mərhum atası Məmməd Babazadəyə dəmir dirəklər üzərində ikinci mərtəbədə evə əlavələr etməyə icazə vermişdir. Son vaxtlara qədər iddiaçı tərəfindən buna heç bir narazılıq olmamışdır. Şirxan və Fikrət Əlizadələrin sağlığında da həmin sahədən yol kimi hər iki ailə istifadə etmişlər. Əgər həmin yol bağlanarsa, onun evinə və həyətinə giriş mümkün olmayacaqdır. İddiaçının nümayəndəsinin pəncərədən yol açılması barədə dedikləri də qanunsuzdur. Bu onun mülkiyyətinə qəsd deməkdir. O həmin giriş sahəsini bağlı saxlamaq fikrində deyildir. Əvvəllər hər iki ailə həmin qapıdan istifadə etdikləri kimi, indi də hər iki ailənin istifadə etməsinə etiraz etmir.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 01 may 2009-cu il tarixli, 2(033)-13/2009 nö mrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19.10.2005-ci il tarixli qərarı ilə X22 0,03 ha həyətyani sahəsi verilməsi hissəsində ləğv edilməklə X19 adına verilmiş “torpağın mülkiyyətə verilməsinə dair JN-1372 A KOD 40201004 nömrəli şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Məmməd qızının adına 07.11.2008-ci il tarixdə 38003638 nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi, həmin 60 kvm sahənin İddiaçı1 mülkiyyətində olması faktının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli 60 kv.m. torpaq sahə sindən Cavabdeh1 və ailəsi yol kimi uzun müddət istifadə etsə də, həmin torpaq sahəsi Şirxan və Fikrət Əlizadələrin, sonradan isə İddiaçı1 qanuni istifadəsində olmuşdur. Ona görə də həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə işlənməsi qanunsuzdur. Həmin torpaq sahəsi yol İddiaçı1 mülkiyyətinə verilməli və ümumi istifadədə saxlanılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Şükürov və M.Əsədli) 23 iyun 2021-ci il tarixli, 2(107)-962/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 01 may 20 09-cu il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər qonşu olmaqla Zaqatala şəhəri M.Ə.Sabir küçəsində yaşayanlar İddiaçı1 mülkiyyətində olan ev əvvəllər X19, sonradan isə X13 məxsus olmuşdur. Həmin evin həyətyanı sahəsi 0,0605 ha olmuşdur. Cavabdeh1 mülkiyyətində olan ev isə əvvəllər onun atası X14 məxsus olmuşdur. Cavabdeh1 məxsus ev 1960- cı illərdə tikilmişdir. Həmin evin həyətyanı sahəsi 0,02 ha olmuşdur. Mərhum Şirxan və Fikrət Əlizadələr sağlığında 1960-cı illərdə mərhum X14 özlərinə məxsus həyətyanı sahədə (60 kvm) dəmir dirəklər üzərində ikinci mərtəbədə yaşayış evinə əlavə tikməyə şifahi razılıq vermişlər. Həmin əlavə tikililərin alt hissəsində isə həyətə giriş darvaz ası qoyulmuşdur. Hər iki ailə həmin giriş qapısından uzun illər istifadə etmişlər. Həmin darvaza 1970-illərdə qoyulmuşdur. Torpaq islahatı zamanı həmin giriş yolu qanunsuz olaraq Cavabdeh1 mülkiyyətinə işlənmiş, onun istifadəsində olmuş torpaq sahəsinin bir hissəsi isə qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Azərbaycan Respublikası DƏDRX-nin vermiş olduğu çıxarışa əsasən İddiaçı1 mülkiyyətində 0,0605 ha torpaq sahəsi vardır. Lakin mülki işə əlavə olunan Azərbaycan espublikası DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş, Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair yerquruluşu islahat layihəsindən çıxarışdan məlum olur ki, İddiaçı1 yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 kvm hissəsi X19 adına işlənmiş, X8 adına işlənməli olan 260 kvm torpaq sahəsi isə qeyri qanuni olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Həmin çıxarışa əsasən Cavabdeh1 Məmməd qızının mülkiyyətində 214 kvm torpaq sahəsi olmuşdur. Mübahisəli torpaq sahəsi isə 60 kvm-dir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı1 yaşayış evi və həmin evin yerləşdiyi 605 kv torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə həmin torpaq sahəsinin bir hissəsinin X22 verilməsinə dair şəhadətnamə ləğv edilməlidir. Mübahisəli 60 kv.m. torpaq sahəsindən Cavabdeh1 və ailəsi yol kimi uzun müddət istifadə etsə də həmin torpaq sahəsi Şirxan və Fikrət Əlizadələrin sonradan isə İddiaçı1 qanuni istifadəsində olmuşdur. Ona görə də həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə işlənməsi qanunsuzdur. Həmin torpaq sahəsi yol İddi açı1 mülkiyyətinə verilməli və ümumi istifadədə saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qətnamənin əsaslandırıcı hissəsində, hüquqi məsələlər bölməsində qeyd edir: “Bi rinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki,...Torpaq islahatı zamanı həmin giriş yolu qanunsuz olaraq Cavabdeh1 mülkiyyətinə işlənmiş, onun istifadəsində olmuş torpaq sahəsinin bir hissəsi isə qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır” Halbuki, məhkəmə iclasında şahid kimi dindirilən DƏDRX-ın Zaqatala rayon Ərazi İdarəsinin mühəndisi X2 ifadəsində Cavabdeh1 Məmməd qızının evinin texniki pasportunu onun işlədiyini, bu zaman torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaslandığını bildirmişdir: "Həmin şəhadətnamədə mübahisəli yolub böyük hissəsi R.Babazadənin mülkiyyətində göstərilib. Evin qarşısında olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılıb. Əslində həmin sahə R.Babazadənin olmalıdır." Göründüyü k imi, çıxarışın verilməsinə əsas olmuş hazırda qüvvədə olan Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə iddiaçının atası X9 adına “torpağın mülkiyyətə verilməsinə dair” JN-1371A saylı Şəhadətnamənin mövcud olmasına baxmayaraq, Azərbaycan Respublikası DƏDRX-ın Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Məmməd qızının adına 07.11.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə mülkiyyət hüququ məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq olaraq ləğv edilmiş, həmin 60 kv.m sahənin İddiaçı1 mülkiyyətində olması faktı müəyyən edilmişdir. Qətnamənin qanunsuz və əsassız olması həmçinin ondan ibarətdir ki, qeyd edilən 60 kv.m torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləş ən evinin altında olmaqla həmin evə giriş yolunu təşkil edir. İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin isə ayrıca girişi həmişə olmuşdur və hazırda da iddiaçı tərəfindən istifadə olunmaqdadır. İddia edilən 60 kv.m torpağın isə ona heç bir aidiyyəti yoxdur. Bu, əlavə olunmuş fotoşəkillərdən də aydın görünür. Məhkəmə cavabdehin mülkiyyətində olan fərdi evin altında olan və evə giriş yolunu təşkil edən torpaq sahəsinin, həmin evə heç bir aidiyyəti olmayan iddiaçının mülkiyyətində olması faktını müəyyən etmişdir. Halbuki, əvvəlki məhkəmə instansiyaları ən azı yerində müayinə aparmaqla bu faktları müəyyən edə bilərdilər. Lakin bunu etməmiş və kor-koranə iddiaçının tələbini təmin etmişlər. Digər tərəfdən, hazırkı mülki iş üzrə sübutların qiymətləndirilməsi onları yerində tədqi q etmədən qeyri-mümkündür. Lakin, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, apellyasiya məhkəməsi kollegiyası isə bu halları yoxlamağa cəhd etməmişdir. Bundan başqa, qətnamələrin əsassızlığı iş üzrə birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X20, Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsinin aparıcı mütəxəssisi X21 və Azərbaycan Respublikası DRX-nin Zaqatala rayon Ərazi İdarəsinin mühəndisi vəzifəsində işləyən X1 ifadələrindən də görünür. Belə ki, məhkəmə iclasında şahid kimi dindirilmiş X20 göstərmişdir: '"...həmin həyət keçmişdə alınanda balaca taxta qapı var idi. Həmin qapı evin otağına deyil, həyətə açılırdı, həyətin o başına kimi gedirdi. Rasimənin atası Məhəmməd 1960-cı illərdə kö hnə evi söküb yerində təzə ev tikmişdir. Bu zaman evə keçid olmadığı üçün atası Şirxan Əlizadə həmin sahədən istifadə üçün icazə verib. Həmin vaxtdan həmin yerdən hər iki ailə istifadə edib. Yerin qanuni istifadəçisi isə atası Şirxan olub" Şahidin ifadəsindən ilk öncə elə təsürat yaranır ki, iki qonşu evə giriş üçün yalnız bir qapı və bir yol mövcud olmuşdur. Lakin kiçik bir araşdırmanın aparılması İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin ayrıca girişinin olduğunu yəqinləşdirməyə kifayət edir. Həmçinin şahidin sözlərindən cavabdehə məxsus evin 1960-cı illərdə sökülərək yenidən tikilməsi zamanı mübahisəli sahədən istifadə etmək üçün atası Şirxan Əlizadənin şifahi razılığının olduğu məlum olur. Lakin təəccüblüdür, necə olur ki, 60 kv.m sahənin güya cavabdehin atasının is tifadəsinə verilməsindən sonra nə cavabdehin atası X14 məxsus torpağın ümumi sahəsi (207,5 kvm) artmamış, nə də iddiaçı X17 məxsus torpağın ümumi sahəsi (605 kvm) azalmamışdır. Bu məsələni birinci instansiya məhkəməsi qərəzli olaraq araşdırmamışdır. X25 Məhkəməsinin kollegiyası tərəfindən mülki işə apellyasiya qaydasında baxılması zamanı bu halların yoxlamlmaması ən azı yuxarı instansiya məhkəməsi adına təəssüf doğurur. Bundan başqa, mütəxəssis kimi dindirilən DTXK-nin Zaqatala rayon şöbəsinin aparıcı mütəxəssisi X4 qeyd edir: "...Cavabdeh1 ailəsinin mülkiyyətinə isə 214 kvm torpaq sahəsi verilmiş və ona şəhadətnamə işlənmiş, evinin qarşısında olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmış, mübahisəli yol sahəsinin (60 kvm) çox hissəsi də qanunsuz ola raq onun mülkiyyətinə verilmişdir." Qeyd edilən ifadədə də mütəxəssis obyektiv olmasa da, "mübahisəli yol sahəsi (60 kvm)", yaxud "mübahisəli yol sahəsinin hamısı" kimi ifadələr deyil, "mübahisəli yol sahəsinin çox hissəsi" ifadəsini işlədir. Mülki iş materiallarında İsə həmin yolun hansı hissəsinin, neçə kvm-nin iddiaçının və neçə kvm-nin isə cavabdehin istifadəsində olması, ümumiyyətlə iddiaçının istifadəsində olub-olmamasını təsdiqləyən heç bir mötəbər sübut mövcud deyildir. Bu məsələlər ümumiyyətlə məhkəmələrin araşdırma predmeti olmamışdır. Məhkəmə instansiyaları aşağıda qeyd edilənləri araşdırmamışlar: İddiaçı X15 hazırda istifadəsində olan torpaq sahəsinin ölçüsü yerində faktiki olaraq nə qədərdir? Qeyd olunan qətnamənin qəbul edilməsi iddiaçının istifadəsində olan faktiki torpaq sa həsinin cavabdehin sahəsi hesabına qanunsuz və əsassız olaraq artmasına səbəb olmamışdır ki? Qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmış torpaqlar hansı hissədədir və sahəsi nə qədərdir? Mütəxəssisin sözlərinə görə əgər "iddiaçının evinin yerləşdirir torpaq sahəsinin 605 kvm-dən çox olduğu müəyyən edilmişdir"sə (qətnamənin 3-cü səhifəsi, 2-ci abzas), onda bundan sonra üstəlik 60 kvm torpaq sahəsinin də iddiaçının mülkiyyətində olması faktının müəyyən edilməsi necə əsaslı ola bilər? Qeyd olunan suallar cavablandırılmamış, ziddiyyətli məqamlar araşdırılmamışdır. Necə olur ki, iddiaçının natamam və uydurma sübutlarla məhkəməyə təqdim etdiyi iddia tələbini böyük həvəslə "araşdıran" məhkəmə, xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin etmir?! Necə olur ki, ən azı yerində ölçmə işlərinin aparılması tələb olunan məsələyə dair şifahi məhkəmə baxışındakı izahatlarla kifayətlənərək, tələm-tələsik və heç bir hüquqi əsası olmayan qətnamə çıxarır?! Cavabdeh apellyasiya şikayətində, həmçinin apellyasiya şikayətini müdafiə edərkən məhkəmə iclasında həmin torpaq sahəsinin onun qanuni mülkiyyətinə vərəsəlik hüququ əsasında keçdiyini, bununla bağlı Zaqatala Rayon Məhkəməsinin 12.12.1997-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu göstərmişdir. Həmin qətnaməyə əsasən, ünvan 4 ünvanda yerləşib mərhum X5 miras qalan evin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X10; 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X16 mülkiyyətinə; 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X11 mülkiyyətinə verilmiş, evə giriş-çıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmışdır (iddiaçının vərəsələrə heç bir aidiyyəti yoxdur). Lakin, Məhkəmə kollegiyası apellyasiya şikayətində və məhkəmə iclasında öz əksini tapan bu fakta hər hansı münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. Deməli, MPM-m 389-cu maddəsinə zidd olaraq, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Göründüyü kimi, iddiaçının ünvan 5 ünvanında yerləşən cavabdehə aid evə heç bir aidiyyəti olmamışdır. Belə ki, qeyd edilən ünvanda yerləşən evin 0.02 ha həyətyanı sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə iddiaçının atası X9 mülkiyyətinə verilmiş, daha sonra həmin ev və 0.0208 ha torpaq sahəsi vərəsəlik əsasında Cavabdeh1 Məmməd qızının 2/3 hissə, X11 1/3 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı X15 cavabdehin mülkiyyətində olan torpağa nə vərəsəliklə, nə də digər əsaslarla hər hansı əmlak hüquqlarının yaranmasından, yaxud da həmin əmlakın hər hansı formada onunla bağlı olmasından söhbət gedə bilməz. Həmin əmlak heç bir halda iddiaçının qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn davranışların obyekti deyildir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsinin kollegiyası tərəfindən iddiaçının subyektiv hüquqa malik olub-olmaması ümumiyyətlə araşdırma predmeti olmamışdır. Halbuki, qətnamənin hazırkı kassasiya şikayətində şərh olu nan məzmunundan da göründüyü kimi, məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi sübutlara qeyri-obyektiv, qərəzli baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir.
13. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi də kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, lakin, Zaqatala rayon Məhkəməsinin 01 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsinin icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 2/3 hissə və A.R.Babazadənin 1/3 hissə adlarına ********** nömrə ilə qeydiyyata alınmış 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşay ış evi 02 sentyabr 2013-ci il tarixli, 4Ə-593 reyestr nömrəli notarial bağışlanma müqaviləsi ilə özgəninkləşdirilmiş və həmin müqaviləyə əsasən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 12.09.2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23.06.2021-ci il tarixli, 2(107)-962/2021-010 nömrəli qətnaməsində kassator tərəfindən göndərilmiş apellyasiya şikayətində yuxarıda qeyd olunan məsələyə dair qanuna müvafiq qiymət verməmişdir. Həmin qətnamənin “hüquqi məsələlər” olan hissənin 26-cı abzasında məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunanlara formal (ümumi) olaraq münasibət bildirərək göstərmişdir ki, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməli olduğundan cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs də göstərdiklərini təsdiq edən sübütları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz”. Məhkəmə kollegiyasının bu mövqeyinin hüquq və vəzifələrinə toxunulan şəxs ərazi idarəsinə münasibətdə etiraz olaraq bildirilir ki, apellyasiya şikayətində göstərilənləri təsdiq edən sübutlar (lazımi qaydada təsdiq edilmiş sənədlər) apellyasiya məhkəmə kollegiyasına təqdim edilmiş və bununla bağlı idarənin etibarnaməli nümayəndəsi məhkəmə iclas zalında ətraflı izahat vermişdir. Zaqatala Rayon Məhkəməsinin 01 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsində qeyd olunan Cavabde h1 Məmməd qızının adına 07.11.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0,02 ha torpaq sahəsinə dair çıxarış əsasında notarial qaydada bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən qeyd olunan 0,02 ha torpaq sahəsi yenidən qeydiyyata alınaraq 12.09.2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestr inin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən 1-ci instansiya məhkəməsinin qətnaməsinin 2-ci hissəsini qüvvədə saxlamaqla haqlı olmamış və həmin qətnamənin icrası mümkün olmayan hissəyə dair təqdim edilən sübutlara, dəlillərə obyektiv (qanuni) hüquqi qiymət verməmişdir. Həmin daşınmaz əmlakla bağlı yenidən aparılmış qeydiyyat və qeydiyyata dair sənədlər qüvvədə olduğundan dövlət reyestrində 1-ci instansiya məhkəməsinin qətnaməsinin 2-ci hissəndə göstərilən əməliyyatlarının aparılması mümkün deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqas ına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəzi yyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
22. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
23. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, ta m və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya şikayətlər ində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasında n və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. İşə mahiyyəti üzrə baxan məhkəmələr təmin olunan iddianın hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Qanunun 9-cu və Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad etmişlər.
32. Həmin normalara görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayışevlərinin, həyətyanısahələrin, fərdi, kollektiv vəkooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikləmüəyyən olunmuşqaydadaəvəzsiz olaraq onların mülkiyyətinəverilir. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları vərəsəlik hüququ əsasında da yaranır.
33. Buna baxmayaraq, məhkəmələr həmin normaların dispozisiya şərtlərinin işin müəyyən edilmiş hallarına və iddia tələblərinə uyğunluğunu əsaslandırmamışlar.
34. Məhkəmələr müəyyən etmişlər ki, Zaqatala şəhəri X38 küçəsində 0.0605 ha torpaq sahəsində yerləşən ev 10.03.2007-ci ildən tam mülkiyyət hüququ ilə İddiaçı1 adına, 0.208 ha torpaq sahəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi 07.11.2008-ci ildən ümumi mülkiyyət hüququ ilə, 12.09.2013-cü ildən isə fərdi mülkiyyət hüququ ilə Cavabdeh1 Məmməd qızının adına qeydə alınmışdır.
35. Tərəflərin verdikləri və iş materiallarında olan məlumatlardan belə görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasındakı mübahisə, iddiaçı (onun sələfi) tərəfindən Cavabdeh1 (onun sələfinin) faktiki istifadəsinə verilmiş 60 kv.m. sahə ilə bağlıdır.
36. Məlum olduğu kimi, daşınmaz əşya üzərindəki mülkiyyət hüququnun əmələ gəlməsi, başqasına keçməsi, habelə xitamı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla müəyyən olunur, həmin qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır (§ 19-20).
37. Odur ki, hər iki tərəfə məxsus torpaq sahələrinə dair mülkiyyət qeydləri (bu qeydlər üzrə torpaq sahələrinin sərhədləri) nəzərə alınmaqla, mübahisəli 60 kv.m. sah ənin tərəflərdən hansının adında olmasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
38. Əgər reyestrdəki qeydə görə mübahisəli sahə iddiaçının mülkiyyətindədirsə, həmin sahənin cavabdehin mülkiyyətindən çıxarılması”, iddiaçının mülkiyyətində olması faktının müəyyən edilməsi” kimi tələblərin əvvəlcə mümkünlüyü, daha sonra isə əsaslılığı məhkəmə tərəfindən müəyyən edilməli, bu xüsusatlara prosessual və maddi hüquq normalarna uyğun qiymət verilməlidir.
39. Hazırkı işdə mübahisəli 60 kv.m. sahə ilə bağlı iddia tələblərinin göstərilən şəkildə irəli sürülməsinə baxmayaraq məhkəmələr, iddianın mümkünlüyünü müzakirə etməmiş, Cavabdeh1 adına qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi, həmin 60 kvm sahənin İddiaçı1 mülkiyy ətində olması faktının müəyyən edilməsinin maddi və prosessual hüquqi əsaslarını göstərməmişlər.
40. Kollegiya bildirir ki, cavabdehin 0,02 ha torpaq sahəsinin qeydindən mübahisəli 60 kv.m. sahənin silinməsi üçün əvvəlcə, həmin sahənin cavabdehin adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində olması, daha sonra isə həmin qeydiyyatın əsassız aparılması müəyyən edilməlidir. Məhz bu halların sübuta yetirilməsi, hüququ pozulmuş şəxsin iddiası əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılmasına əsas verir (§ 21-23).
41. Hazırkı işdə bu xüsusatlar üzrə, yəni iddiaçının mübahisələndirdiyi 60 kv.m. sahənin cavabdehin ləğv edilən qeydiyyatına daxil olub-olmaması, əgər daxildirsə həmin qeydiyyatın hüquqi əsaslarının nədən ibarət olması, sözügedən əsasların mübahisələndirilm əklə ləğv edilib- edilməməsi, nəticə etibarilə həmin qeydin əsassızlığı lazımi qaydada araşdırılmamış, bu məsələlərə Mülki Məcəllənin qeyd olunan normaları çərçivəsində hüquqi qiymət verilməmişdir.
42. Kollegiya onu da bildirir ki, əgər reyestr məlumatına görə mübahisəli 60 kv.m. sahə iddiaçıya aid olmaqla, cavabdehin mülkiyyət qeydinə daxil deyilsə və həmin sahənin cavabdehin faktiki istifadəsində olmasından irəli gələn mübahisə(lər) varsa, həmin iddialar (mülkiyyətə maneçiliyə son qoyulması, çıxıntılı binalarla bağlı tələblər və s.) ayrıca icraatda həll edilə bilər. Çünki, hazırkı işdə sahənin faktiki istifadəsi ilə bağlı mübahisədən doğan hər hansı tələb apellyasiya məhkəməsinin icraatında olmamışdır (birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “qanunsuz olaraq açılmış yolun gi riş qapısının bağlanması” barədə tələbi rədd edilsə də, iddiaçı qətnamənin bu hissəsindən apellyasiya şikayəti verməmişdir).
43. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi iddia tələblərinin mümkünlüyünə, əgər mümkündürsə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına (§ 24-26) əməl etməmiş, mübahisənin düzgün həlli üçün zəruri olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
44. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən as ılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-962/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov