Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Sarış qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-41/2019, hakim Z.Ə.Əliyev) "xxxx” BOKT ASC-nin Cavabdeh Sarış qızına qarşı iddiası qismən təmin edilmiş,cavabdehdən iddiaçının xeyrinə 32.800 dolları əsas, 12.107 ABŞ dolları faiz və 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45.907 ABŞ dollarının ödəniş gününə manat məzənnəsinə uyğun olaraq tutulması, ipoteka predmeti - Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 4 saylı evin 38 saylı mənzilinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə, mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə 1 ay müddətində mənzildən çıxarılması, (iddiaçıya satıldığı təqdirdə) iddiaçının xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5972/2019, hakimlər R.Ə.Eyvazov, V.N.Sadıqov, F.Ş.Talışinski)Cavabdeh Sarış qızının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: "xxxx” BOKT ASC ilə Cavabdeh Sarış qızı arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında sonuncuya bank tərəfindən 60 ay müddətinə, illik 24% olmaqla 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi borcluya məxsus Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 4 saylı evin 38 saylı mənzilinin bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə "xxxx” BOKT ASC kredit müqavləsi üzrə borcun borcludan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyaisya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti düzgün müəyyən edilməməklə, real bazar qiymətlərinə uyğun olmamış, əsassız olaraq mənzil satıldıqdan 1 ay sonra boşaldılması barədə nəticəyə gəlinmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbininəsasını kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əmlak satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzildən çıxarılması tə şkil edir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və mənzildən çıxarılma hissəsində apellyasiya qaydasında mübahisələndirmişdir. Apellyasiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında iştirak etdiyi halda ipotekaya qoyulmuş əmlakın ilkin satış qiymətini mübahisələndirməmiş, məhkəməyə bu istiqamətdə müstəqil qiymətləndiricinin təyin edilməsi barədə yazılı və ya şifahi vəsatət verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən ipoteka müqaviləsində göstərilmiş məbləğ əsas götürülmüşdür. Eyni zamanda, iddiaçının nümayəndəsi tərəfində n apellyasiya məhkəməsinə təqdim edilmiş hərracın nəticələri haqqında xx xxxx 2018-ci il tarixli yekun protokol, eyni tarixli alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin icrası zamanı ipoteka qoyulmuş daşınmaz əmlak açıq hərraca çıxarılmış, nəticədə iddiaçı xx xxxx 2018-ci il tarixdə hərracın nəticələri haqında yekun protokol və eyni tarixli alqı-satqı müqaviləsi əsasında ipoteka predmetini əldə etmiş, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi onun açıq hərracdan satılması ilə bağlı olduğundan və artıq mənzil satıldığından ilkin satış qi ymətinin yenidən müəyyən edilməsinə zərurət qalmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikasının 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Deməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydininvə ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-390/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-390/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver