Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X3 Cavabdeh: Cavabdeh İddia tələbi: “53.000 manat məbləğində borcun ödənilməsi” Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1607/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Tərəflər arasında xx xxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh xx.xx.2016-cı il tarixinədək geri qaytarmaq şərtilə X3-dən 55.000 (əlli beş min) manat məbləğində borc pul almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələbi ilə notarius tərəfindən həmin müqavilədə xx.xx.2018-ci il tarixdə icra qeydi aparılaraq icra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə icra icraatı başlanmış, bu icraat çərçivəsində müxtəlif icra hərəkətləri həyata keçirilmiş, borclunun məcburi gətirilməsi və axtarılması barədə qərarlar çıxarılmış, icra tədbirləri nəticəsində Cavabdeh bor cunun 2.000 manat hissəsini ödəmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı X1 cavabdeh oğluna qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə Baki şəhəri 11 sayli Notariat Kontorunda təsdiq edilmiş 3M/286 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 55.000 (əlli beş min) manat borc pul verdiyini, borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürən cavabdehin öhdəliyini icra etməməsi səbəbi ilə xx.xx.2018-ci il tarixdə notariat kontoruna müraciət edib icra qeydi aparılmasını istədiyini, notarius tərəfindən həmin tarixdə XK-120 saylı bildiriş ünvanlanaraq otuz gün ərzində borc məbləğinin ödənilməsi barədə məlumat verilməyəcəyi təqdirdə ondan müqavilədə göstərilən pul məbləğinin tutulması məqsədilə icra qeydi apar ılacağının bildirilidyini, göstərilən müddətdə borc ödənilmədiyindən notariusun icra qeydi verərək xx.xx.2018-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinə göndərdiyini, xx.xx.2018-ci il tarixdə icra məmurunun icra sənədi üzrə icraata başladığını və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü təmin edilməsi üçün bildiriş göndərildiyini, izahatı alınan borclunun borcu qısa müddətdə ödəyəcəyinə söz verdiyini, lakin bu vədini də yerinə yetirmədiyini, icra məmurunun təqdimatı əsasında onun polis orqanı vasitəsilə məcburi qaydada gətirilməsinin qərara alındığını, xx.xx.2018-cı il tarixli qərarla onun axtarışa verildiyini, borclunun xx.xx.2018-ci il tarixində icra məmuru vasitəsilə 2.000 (iki min) manat ödəniş etdiyini, qalan 53.000 (əlli üç min) manatın qaytarılmasından i sə boyun qaçırdığını, icra məmurunun da öz vəzifəsini yerinə yetirmədiyini bildirmiş, buna görə də cavabdehdən 53.000 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)1018/2019 saylı qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsinə əsasən pulun qaytarılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 53.000 (əlli üç min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1607/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi müqavilənin təzyiq altında bağlanılmasına dair işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfin dən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı X3 və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlmə si əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. -442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya baxışı zamanı icra qurumuna ünvanlanmış sorğuya verilən cavabla müəyyən edilmişdir ki, notariusun icra qeydi əsasında başlanmış icra işinin icraatına hazırkı məhkəmə icraatının mövcudl uğu səbəbilə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh iddiaçı qarşısında 55.000 (əlli beş min) manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı müqavilənin bağlandığı, notarius tərəfindən icra qeydi verildikdən sonra 2.000 manat ödəməsinə baxmayaraq öhdəliyini yerinə yetirmədiyi nəticəsinə gəlmişdir Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-1607/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-390/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-390/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver