Məhkəmə qərarları › İş №2(102)-3901/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3901/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3901/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı qardaşı X3 ilə ailə qurmuş, ünvan 1 ünvanına köçüb orada yaşamışlar, bir uşaqları olmuşdur.

2. Sumqayıt Apelyasiya Məhkəməsinin X saylı 05.10.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X4 ilə birgə X köçürülməsi qət edilmişdir. Qətnamə 04.03.2016-cı ildə icra edilmişdir.

3. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2019-cu ildə həmin evi başqa şəxsdən alqı-satqı müqaviləsi əsasında almış və 03.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində evə dair onun adına mülkiyyət hüququ ilə qeydiyyat aparılmışdır. Hazırda həmin evin ünvanı ünvan 3 hüququna istinad edərək cavabdehin uşağı ilə birlikdə evdən çıxarılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Mə hkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşağı X4 ilə iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22-dən çıxarılması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, sonradan ünvan 4 ünvanındakı evi 2019-cu ildə başqa şəxsdən alqı-satqı müqaviləsinə əsasən almış, mülkiyyətinə keçirmişdir. Hazırda həmin evin ünvanı ünvan 5atda olmasına baxmayaraq iddiaçının mənzilindən çıxmaq istəmir. Odur ki, onun azyaşlı uşağı ilə birgə həmin ünvandan çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, kompensasiyaya razıdır, lakin 2500 manat məbləğində vəsait kifayət etmir. O, hazırda 3 otaqlı evdə yaşayır. Bir otaqlı mənzil alıb versələr evdən çıxar.

7. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 29 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, həmin ünvandakı ev əvvəllər qanunsuz tikili olsa da, Cavabdeh azyaşlı uşağı X4 ilə birgə məhkəmə qətnaməsi ilə ora köçürülməklə oradan istifadə hüququ mövcuddur. Bu səbəbdən də iddia əsassız olduğu üçün təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 17 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2 020-ci il tarixli, X saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh azyaşlı uşağı X4 ilə birlikdə İddiaçı mülkiyyətində olan X çıxarılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qüvvədə olan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırkı halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanun vericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22-də yerləşən yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından İddiaçı mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən həmin evdə yaşayır və həmin ev üzrə bütün komunal müqavilələr onun adına qeydə alınıb. Məhkəmə kollegiyası öz qətnaməsini iddia tələbi üzrə iddiaçının hüquqlarını üstün tutmaqla qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən düzgün hüquqi nətic əyə gəlmişdir. Mübahisəli evi mülkiyyətinə keçirmiş İddiaçı bunu gizli şəkildə etmiş, başqa sözlə əmlak əvəzli əldə olunmamışdır. Cavabdeh mübahisəli evə olan istifadə hüququndan heç vaxt notarial qaydada imtina etməyib, belə bir öhdəlik götürməyib. Buna görə də mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının gətirdiyi dəlillər cavabdehlərin evdən çıxarılması üçün əsas deyil. Görüldüyü kimi, məhkəmə kollegiyası işə birtərəfli, qərəzli yanaşmış, bununla da mülki qanunvericiliyin tələblərini pozmuş, ədalətsiz mövqe nümayiş etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Cavabdeh X saylı evə köçürülmə hüququ alan zaman Azərbaycan Respublika sı Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh X3 ilə evləndiyi əsas tutulmuş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2015-ci il tarixli, X saylı qətnaməsi ilə Cavabdeh X2 qarşı mənzilə köçürülməsinə dair iddiası təmin edilib, onun azyaşlı uşağı X4 ilə birgə Xi qət edilmişdir. Həmin vaxt mübahisəli ev özbaşına tikili olmuş, hazırda isə ev özəlləşdirilmişdir. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq Cavabdeh iddiaçı ilə yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunve riciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşdırma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin ev İddiaçı xüsusi mülkiyyətində olduğu üçün Cavabdeh mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evə köçürülsə, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə i clasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

17. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Kollegiya, cavabdehin mübahisəli evdə yaşaması üçün mülkiyyətçi ilə müvafiq razılaşmasının və ailə münasibətlərinin olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini, habelə Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadını əsaslı hesab etmir. Ona görə ki, həmin xüsusatlar şəxsin yaşayış sahəsindən istifadə etmək hüququ ilə bağlı hallardır. Cavabdeh və azyaşlı uşağı Rahib Mah mudovun mübahisəli evdə yaşamaq hüquqlarına dair mübahisəyə artıq baxılmış və Sumqayıt Apelyasiya Məhkəməsinin X saylı 05.10.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X4 ilə birgə Abşeron rayonu, X ürülməsi qət edilmiş, qətnamə də 04.03.2016-cı ildə icra edilmişdir.

27. Belə olan halda, Cavabdeh və övladının həmin evdə yaşamaq hüquqlarının olub-olmaması ilə bağlı məsələnin istifadə hüquqları kontekstində yenidən müzakirəsi hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır.

28. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xnin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və X dənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qə ti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

29. İddia ərizəsindən görünür ki, iddiaçı, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi nəticəsində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu baxımdan cavabdehlə istifadə hüququna dair yeni münasibətlərə ist inad etmir. İddiaçı tələbinin əsası kimi mübahisəli evi başqa şəxsdən əldə etdiyinə və 03.07.2019-cu ildə qeydə alınmış mülkiyyət hüququna əsaslanır. Başqa sözlə, iddiaçının tələbi mülkiyyətindən sərbəst istifadəyə törədilən maneçiliyin aradan qaldırılması ilə bağlıdır.

30. Cavabdeh isə mübahisəli evə məhkəmə qərarı ilə köçürüldüyünü, evin üzərində mülkiyyət hüququnun ondan gizli və əvəzsiz şəkildə İddiaçı adına rəsmiləşdirildiyini, həmin evə olan hüququndan imtina etmədiyini bildirərək iddiaya etiraz edir.

31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələ b(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Tərəflərin istinad etdikləri faktiki hallar üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər (§ 18).

33. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələ r törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

34. Mübahisəli evin hazırkı hüquqi vəziyyətinə görə iddiaçının mülkiyyətçi olması işin mübahisəsiz halıdır. Çünki bu fakt işdə olan, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03.07.2019-cu il tarixli çıxarışla təsdiqlənir.

35. Məlum olduğu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların müdafiəsinə dövlət təminat verir. Digər tərəfdən, əksi sübut edilmədikcə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. Bu qaydalara uyğun olaraq, əşyanı daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara güvənərək başqa şəxsdən yüksüz əldə edən vicdanlı şəxsin hüquqları qorunur (§ 16-17).

36. Həmin hüquqi mövqeyi hazırkı işdə tətbiq etdikdə mübahisəli evi başqa şəxsdən aldığını bildirən iddiaçının cavabdehə münasibətdə mülkiyyətçi hüquqlarının qorunmasına, başqa sözlə cavabdehin və uşağının həmin evdə yaşamasının mülkiyyətdə olan əşyaya qəsd və ya maneəçilik təşkil edib-etməməsinə düzgün hüquqi qiymət verilməlidir.

37. Kollegiya onu da nəzərə alır ki, iş materiallarında cavabdehin evdən çıxması üçün iddiaçı tərəfindən ona müvafiq pul kompensasiyasının təklif edilməsinə dair məlumatlar vardır.

38. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə qətnamə çıxararkən mübahisəli evin iddiaçı tərəfindən kimdən və hansı əsasla alınmasını, iddiaçı mülkiyyət hüququnu əldə edərkən evin (məhkəmənin qərarı ilə oraya köçürülmüş) cavabdehin hüquqları ilə yüklü olub-olmaması, cavabdehin keçmişdə ailə qurduğu Zamiq Mahmudovun qardaşı k imi İddiaçı bu halları bilibbilməməsi, iddiaçının Cavabdeh qarşı vicdanlılıq prezupmsiyasından istifadə etmək imkanının olub-olmaması, iddiaçının mübahisəli evə dair mülkiyyət hüququnun müdafiəsinə istinad etdiyi halda cavabdehə hansı səbəbdən pul kompensasiyası təklif etməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları lazımi qaydada araşdırılmamış və onlara qiymət verməmişdir.

39. Bu hallar isə apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamasına dəlalət edir (§ 19, 21-22).

40. Göstə rilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar