Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3902/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "X6" MMC-nin cavabdeh Muradlı (Hüseynli) Aysel Zakir qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, iddiaçı "X6" MMC-nin cavabdeh na qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4614/2023 saylı iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı “X7” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh xx.xx.2020-ci il tarixdən iddiaçı "xxxx" MMC-də əmək fəaliyyətinə başlamış, 003/K nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən mühasib vəzifəsinə keçirilmişdir. 2. 009/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən tərəflər arasında olan əmək münasibətlərinə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "X6" MMC cavabdeh na qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 10000 manat dəyərində zərərin və 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən siyahıda adı qeyd edilən müəssisə və fiziki şəxslərin mühasibatlıq işləri görülmüşdür: 1. "xxxx" MMC; 2. "xxxx" MMC;
3. X8; 4."xxxx" MMC; 5."xxxx" MMC. xx.xx.2022-ci il tarixli 008/K saylı əmr və ərizə cavabdehə təqdim edilmiş, cavabdeh əmrdə göstərilən işlərin layiqincə görüləcəyi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçıya 48550 manat dəyərində ziyan dəymişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)1352/2023 nömrəli qətnaməsi ilə (hakim F.R.Əlizadə) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, “X6" MMC öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, göstərdiyi halları təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyinə görə X1 öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi ilə əlaqədar "X6" MMC-yə 20529,21 manat zərər vurulması qeyd olunsa da, sözügedən rəyi mötəbər və əsaslı hesab oluna bilməz. Belə ki, ilk öncə iddia tələbində qeyd olunan xüsusatlar mütəxəssi rəyi ilə deyil, yalnız audit rəyi ilə müəyyən edilə bilərdi. Həm də təqdim olunmuş mütəxəssis rəyinin təsviri, əsaslandırıcı və nəticə hissələrinə əsasən müəyyən edilir ki, rəy əsaslandırılmamış, yoxlayıcının mülahizələrindən ibarətdir, vurulmuş zərərin faktiki əsasları, bu barədə olan mühasibat sənədlərinə və digər sübutlara istinad edilməmişdir. Cavabdehin təqsiri, maddi zərər vurması və cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə dəymiş zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək münasibətləri üzrə işçi öz funksional vəzifələrini layiqincə icra etmədikdə, işəgötürən tərəfindən müvafiq intizam məsuliyyətinə cəlb edilə bilər və ya əmək müqaviləsinə xitam verilə bilər. İşçi tərəfindən vəzifələrinin icra edilməməsi nəticəsində digər şəxslərlə əmək müqaviləsi bağlanılması və nəticədə görüləcək işlərin həyata keçirilməsi müvafiq işçidən digər işçilərə ödənilmiş əmək haqqının geri tələb edilməsinə hüquqi əsas vermir. Nəticədə, işəgötürənlə əmək münasibətlərində olan bütün işçilər əmək müqaviləsi üzrə funksional vəzifələrini icra etməklə əmək haqqı alırlar. Digər işçilərin aldığı əmək haqqının hər hansı başqa bir işçidən tələb edilməsi qanuni və əsaslı hesab edil ə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203.1, 203.2, 205.2 və 296.5-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar çıxararkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları lazımi qaydada və obyektiv araşdırmamış və düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, iddia ərizəsində göstərilən müəssisələrdən bir çoxunun işləri düzgün aparılmamış, bu cür hərəkətlər hələ yanvar ayından etibarən başlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli izahata nəzər yetirdikdə cavabdeh tərəfindən bildirilmişdir ki, “müəssisənin rəhbəri X5 24 iyun 2022-ci il tarixində məndən "xxxx" ASC-nin əmək haqqı cədvəlini istəmişdir. Lakin iyun ayı bitmədiyinə görə şirkət də əmək haqqı köçürmələri etmədiyinə və Emin bəy də mənə “Pen”-də çalışan işçilərin əmək haqqı cədvəlini göndərmədiyinə görə, mən emas.sosial.gov.az sisteminə daxil olaraq əmək haqqı cədvəli hazırlamışam, amma nəzərə alsaq ki, işçilərin bir hissəsi işəmuzd çalışır, onların aylıq aldığı əmək haqqısını bilmədiyimə görə yoxlaya bilməmişəm. Ayın 30-u isə hazırlad ığım əmək haqqı cədvəlini X2 təqdim etmişəm”. Mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyində müəssisəyə cavabdeh tərəfindən vurulmuş ziyan və həmin ziyanın hansı şəkildə yaranması barədə məlumatlar qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamışdır. Məhkəmə mütəxəssisə rəyini sübut olaraq qəbul etməmişdir. Bu isə məkhəmə tərəfindən işin faktiki hallarının tam şəkildə araşdırılmadığına dəlalət edir. Cavabdeh tərəfindən işlərin görülməsi barədə xx.xx.2022ci il tarixli, 008/K saylı əmr və ərizə sözügedən şəxsə təqdim edilmişdir. Həmin şəxs tərəfindən işlərin layiqincə görüləcəyi öhdəliyinə götürülmüş və imza edilmişdir. Bir digər hal isə bundan ibarətdir ki, cavabdeh tərəfindən işləri təhvil verdiyi şəxslərin də izahatları təqdim edilmişdir. Hə min izahatlarda cavabdeh tərəfindən işlərin lazımi qaydada görülməməsi və bir çox problemlərə səbəb olması qeyd edilmişdir. Həmin mütəxəssis rəyinə layiqincə hüquqi qiymət verilsə idi, dəymiş zərərin hansı şəkildə yaranması məhkəməyə tam şəkildə aydın ola bilərdi. Lakin məkhəmə bu kimi halları nəzərə almadan qətnamə qəbul etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra apellyasiya instasiya məhkəməsi) 2(103)4614/2023 saylı iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, biri nci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə işin müəyyən edilmiş halları və tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
20. Bundan əlavə, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cavabdehin hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona 48550 manat məbləğində ziyan dəymiş, iddia ərizəsində isə cavabdehdən iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi tələb edilmişdir.
21. Apellyasiya baxışı zamanı isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən fiziki şəxs X4 cavabdehin vəzifə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən vurulmuş 9600 manat məbləğində zərər iddiaçı tərəfindən ödənilmişdir.
22. Halbuki, mütəxəssis rəyinə əsasən cavabd eh tərəfindən yerinə yetirilməmiş və səhv yerinə yetirilmiş işlərin icra edildiyi göstərilmiş, lakin cavabdeh tərəfindən xidmət göstərməli olduğu şəxslərə vurulmuş ziyanla bağlı hər hansı məlumatlar qeyd edilməmişdir.
23. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında işçinin tam maddi məsuliyyəti ilə bağlı bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır.
24. Bundan əlavə, işdə olan cavabdehin izahatına əsasən ona müvafiq məlumatlar təqdim edilmədiyi üçün onun tərəfindən əmək haqqı cədvəli hazırlanmamışdır. Yəni, izahatdan cavabdeh tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, əmək haqqı cədvəlinin hazırlanmaması nəticəsində hər hansı hüquqi və fiziki şəxsə ziyan dəydiyi müəyyən edilmir.
25. Məhkəmə öz mövqeyini birinci instansiya tərəfindən istinad olunan hüquq maddi normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində, öz vəzifələrini düzgün yerinə yetirəməyərək maddi ziyan vuraraq əmək vəzifələrini kobud şəkildə pozması iddiaçı tərəfindən təqdim olunmuş sübutlar öz təsdiqini tapır. xx.xx.2023-cü il tarixli audit rəyi, həmşinin kassa məxarici qəbzləri iddianın təmini üçün kifayət hesab edilməli olduğu halda apellyas iya məhkəməsi tərəfindən həmin sübutlar düzgün araşdırılmamış və qiymətləndirilməmişdir.
28. İddiaçı kassasiya şikayətini Əmək Məcəlləsinin 10, 11 və 72-ci, Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1 və 1115-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88 və 217.4cü maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarın 2.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 10. “a” və “ç” bəndləri. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi ü zrə işçinin əsas vəzifələrindəndir.
31. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.2.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olma dığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə
198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bi lər. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiy a məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmşidir ki, “X6" MMC öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, göstərdiyi halları təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir.
37. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)4614/2023 saylı iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.